8630
8 İyul 2018
Kalkulyoz prostatit(prostatda kalsinatlar)
Kalkulyoz prostatit(prostatda kalsinatlar)

Prostat kalsinatları - Prostat daşı - Prostat daslari - Mikro kalsinat nedir - Prostat kalsinatlar - Prostatda das

Kalkulyoz prostatit prostat vəzinin axarlarında kalsinatların formalaşması ilə xarakterizə olunur və prostat vəzinin uzunmüddətli xroniki iltihabı nəticəsində yaranır. Bu xəstəlik, orta hesabla, androloqun qəbuluna düşən hər onuncu pasiyentdə müəyyən edilir, bu isə bu patologiyanın nisbətən geniş yayılmasından xəbər verir.

Kalkulyoz prostatitin səbəbləri

Gənc pasiyentlərdə bu xəstəliyin əsas səbəb cinsi yolla ötürülən infeksiyanın olmasıdır, yaşlı insanlarda isə kalkulyoz prostatitin yaranmasının əsasında prostat adenoması və ya libidonun azalması ilə əlaqədar yaranan durğunluqlar dura bilər. Kalsinatlar həm birbaşa vəzinin axarlarında yarana bilər, həm də sidik daşı xəstəliyinin təzahürü kimi yerləşdikləri yerə uretral kanaldan, böyrəklərdən və ya sidik kisəsindən nüfuz edə bilərlər.

Hesab edilir ki, prostatda daşların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:

* Prostat vəzidə durğunluq;

* Kəskin və xroniki prostatit;

* Uretro-prostatik reflüks (prostat vəzi ilə uretranın birləşmə sfinkterinin funksiyasının pozulması nəticəsində uretral kanaldan sidiyin atılması);

* Prostat vəzinin xoşxassəli hiperplaziyası;

* Cinsi yolla ötürülən infeksiyalar: xlamidioz, ureaplazmoz, süzənək (qonoreya) və s.;

* Sidik daşı xəstəliyi;

* Kiçik çanaq orqanları nahiyəsində cərrahi müdaxilə;

* Cinsi həyatın tamamilə olmaması;

* Fiziki aktivliyin azalması;

* Uretral kanalın zədələnmələri.

Əgər hər hansı səbəbdənsə sidiyin prostat vəziyə nüfuz etməsi baş verirsə, daşların tərkibi ən çox hallarda fosfatlar və kalsium uratlarından ibarət olan kristallaşmış bioloji maye duzlarından ola bilər. Konkrementin əsasını həmçinin epitelial toxumanın ölmüş hüceyrələri və amiloid cisimlər formalaşdıra bilər. Kalkulyoz prostatit zamanı olan daşlar, adətən tərkibinə görə sidik daşı xəstəliyi zamanı olan konkrementlərdən fərqlənirlər, onların miqdarı müxtəlif ola bilər.

Kalkulyoz prostatitin əlamətləri

Xəstəliyin simptomokompleksi xroniki iltihabi prostatitlə oxşardır və adətən xayalıq və aralıq nahiyələrində kifayət qədər intensiv ağrı sindromu ilə təzahür olunur. Prostat vəzinin axarlarında daşların olmasının əsas əlamətləri aşağıdakılardır:

* Cinsi əlaqə, defekasiya, sidik ifrazı və istənilən növ yüklənmə zamanı ağrı sindromunun intensivləşməsi;

* Kiçik miqdarda sidik ifrazı ilə müşayiət olunan tez-tez sidik kisəsini boşaltmaq istəyi;

* Sidik kisəsinin həddindən artıq dolu olması hissi;

* Spermada qan qatışıqları;

* Sidiyin tündləşməsi;

* Eyakulyasiya zamanı ağrılar;

* Prostatoreya;

* Cinsi zəiflik;

* Cinsi həvəsin azalması;

* Subfebril bədən temperaturu;

* Ümumi zəiflik.

Kalkulyoz prostatitin diaqnostikası

Prostat kalsinatların olmasından yalnız aparat diaqnostik müayinə üsullarının həyata keçirilməsindən sonra danışmaq olar. Lakin bu patologiyadan əziyyət çəkən pasiyentin müayinəsinin birinci mərhələsi kompleks laborator diaqnostikanın həyata keçirilməsini nəzərdə tutur.

Kalkulyoz prostatitin müalicəsi

Xəstəlik ağırlaşmadığı, daşlar isə orta ölçüdə olduqları təqdirdə, ağrı sindromunun ifadə olunma dərəcəsinin azaldılması məqsədilə özünə antibiotiklərin, iltihab əleyhinə preparatların və spazmolitiklərin qəbulunu daxil edən medikamentoz müalicə həyata keçirilə bilər. Bəzən müalicəni fitoterapevtik vasitələrlə tamamlamaq tövsiyə olunur. Kalkulyoz prostatitin terapiyası zamanı elektroforez və maqnitoterapiya kimi fizioterapevtik metodikalar da yüksək effektivliyə malikdirlər. Yadda saxlamaq lazımdır ki, xroniki prostatit zamanı təyin edilən prostat vəzinin masajı axarlarda kalsinatların aşkarlanması halında qəti qadağandır.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda