18495
6 Fevral 2012
Qardnerellyoz
Qardnerellyoz

Qardnerellyoz - daha çox qadın orqanizmi (bakterial vaqinoz) üçün məxsus olan xəstəlikdir, çünki onun səbəbi kimi uşaqlıq yolunun bakterial fonu çıxış edir, burada qardnerellalar norma saxlanılmalıdır. Yalnız bu bakteriyaların disbalansı qadınlarda qardnerellaların inkişafına gətirib çıxarır. Kişilərdə bu daha az baş verir və yoluxmanın nəticəsində olur. Normada qardnererella kişinin sidik - tənasül sistemindən nüfuz etdikdən sonra 2 - 3 gün ərzində çıxarılır. Zəifləmiş immunitet, soyuma, yanaşı gedən xəstəliklər qardnerellaların sayının artmasına səbəb olur və uretrada iltihab prosesinə gətirib çıxarır.

Qardnerella ilə yoluxma

Qardnerellalar qadının normal mikroflorasının bir hissəsi olduğundan kişinin orqanizminə yalnız qorunmamış cinsi əlaqə zamanı daxil ola bilərlər. Yoluxmuş kişi isə, öz növbəsində, digər partnyor - qadın üçün yoluxma mənbəyi ola bilər.

Qardnerellyozun əlamətləri
Kişilərdə qardnerellyozun əlamətləri, bir qayda olaraq, açıq - aydın olmur. Kişilərin böyük əksəriyyətində qardnerella heç bir zahiri dəyişikliyə səbəb olmur. Lakin bəzən qardnerellyoz uretritin - sidik kanalının iltihabının inkişafının səbəbi ola bilər. Bu halda az miqdarda ağımtıl - bozumtul ifrazatdan xüsusi “balıq” iyi gəlir,. Bundan başqa, işəmə zamanı yanma hissi, qaşınma kimi xoşagəlməz hisslər yarana bilər. 
Qadınlarda qardnerellyozun əlamətləri - uşaqlıq yolundan onun divarlarını bərabər şəkildə örtən az miqdarda, pis qoxan, həmcins, sulu, bozumtul - ağ ifrazatdır. Bu zaman uşaqlıq yolundan gələn ifrazatın qoxusu iylənmiş balıq iyini xatırladır.

Qardnerellyozun diaqnostikası

Qardnerellyozun diaqnostikası xüsusi çətinlik törətmir. Diaqnoz kişinin uretrasından götürülmüş yaxmanın müayinəsi əsasında qoyulur.

Qardnerellyozun müalicəsi

Kişilərdə qardnerellyoz yalnız şikayətlərin və kliniki əlamətlərin mövcud olması zamanı deyil, eləcə də həyat yoldaşında ( cinsi partnyorda) cinsi yollardan pis qoxusu olan, təkrarlanan ( aparılan müalicəyə baxmayaraq daim yaranan ) ifrazatın olması zamanı da müalicə olunmalıdır. Müalicə dövründə cinsi əlaqədən imtina etmək və acı, qızarmış, hisdə qurudulmuş, ədviyyəli qidaları və alkoqolu istisna edən ən sadə, elementar pəhrizə riayət etmək lazımdır. Aparılmış terapiyadan sonra xəstəliyin residivlərini istisna etmək üçün kontrol müayinələr aparılır. 

Qardnerellyozun profilaktikası

Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.

Müəllif: Dr. Orxan Ağabəyov

DR. ORXAN AĞABƏYOV
DR. ORXAN AĞABƏYOV
Andrologiya
Azərbaycanda