ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
samo | 21 Noyabr 2012 17:01
salam orxan doxdur xayis eleyirem sualima cavab veresiniz menim cinsi orqanim 12 san bu normaldi yoxsa mualica olunmaliyam xayis eleyirem cavab yazin
Dr.Orxan Agabəyov | 23 Noyabr 2012 11:46
Salam Samo. Penisin orta uzunluq  göstəriciləri 13-15 sm-di. 12 sm-də  normaya yaxın göstəricidi. Amma buna baxmayaraq, əgər Siz ölcüləri artırmaq istəyirsizsə - müalicədə dərman prepatları ilə yanaşı, müəyyən apparatlardan istifadə olunur (ekstender, pompa). Nəticədə 2-3 sm penisin uzunluğunu artırmaq olar. Uğurlar.
Намик | 21 Noyabr 2012 11:06
Добрый день! У меня левое яичко меньших размеров чем правое и обнаружено левостороннее варикоцеле 2 степени (данные доплер анализа яичек) . Спермограмма тоже была плохая - 5 миллионов сперм. на 1 мл. , 8 % активных (а б) . Учитывая что мне 38 лет какова вероятность улучшения данных спермограммы после операции варикоцеле. Возможно ли что что левое яичко вновь увеличится и возобновит свою деятельность в полную силу? Заранее благодарю. Намик.
Dr.Orxan Agabəyov | 22 Noyabr 2012 11:58
Здраствуйте Намик. Во 1-х нужно уточнить - что является причиной уменьшения яичка, это может быть связано совсем не с варикоцеле. И самое главное - при операции варикоцеле, улучшаются только условия при которых функционирует яичко,  т.е. если яичко маленькое то не вырастет.  Шансы на улучшение показателей спермограммы после операции есть, но не самые высокие. Сдайте анализы для уточнения диагноза и только потом решайте -делать операцию или нет. Удачи.
Fikret | 18 Noyabr 2012 06:06
hekim salam.penisi boyutmek ucun hansi tebii ve eks tesirsiz dermanlar var?
Dr.Orxan Agabəyov | 20 Noyabr 2012 06:58
Salam Fikret. Penisi böyütmək üçün adətən müəyyən apparatlardan istifadə olunur (ekstender, pompa). Dərman vasitələrinin isə tətbiq olunması  o qədərdə məsləhət deyil. Amma dəqiq, yalnız müayinələrdən(hormonlar) sonra demək olar. Uğurlar.
elmar | 17 Noyabr 2012 17:57
salam hekim xaish edirem cavab yazin mende sol teref xayamda havalar soyuq olan kimi aqrilar olur amma isti olanda hec bir aqri olmur bu nedendir?
Dr.Orxan Agabəyov | 19 Noyabr 2012 06:59
 Salam Elmar. Xayalarda olan ağrıların səbəbi müxtəlif ola bilər - varikosele, epididimit(xaya artımının iltihabı) və s. Ağrıların soyuq hava ilə əlaqəsi olması - prostatitin simptomu da ola bilər. Daha dəqiq diaqnostika üçün müayinələrdən keçmək lazımdı (xayaların doppler müayinəsi, prostat vəzinin usm-i). Uğurlar.
Kenan | 15 Noyabr 2012 07:53
Salam doktor...Mən 1 aydir ki,evlənmişəm.Ancaq yoldaşımla cinsi əlaqədə ola bilmirik.Mən yaxınlaşan kimi o ağridan çəkinir,özünü gərgin vəziyyətə salır.Və mən penisi vaginaya sala bilmirəm.Amma yoldaşım da çox istəyir bu baş versin.Sadəcə ağrı qorxusundanmi ya nədənsə friksiyaya başlamaq istıyəndə belə gərginlik yaranır.
Dr.Orxan Agabəyov | 17 Noyabr 2012 19:06
Salam Kenan. Sizin yoldaşınizdakı problem - vaqinizm adlanır. Bu problemi aradan qaldırmaq üçün həm rasional psixoterapiya, həmdə dərman preparatları istifadə olunur (spazmolitik, sedativ, anestetik gel və s.). Hər halda vaqinizm aradan qalxan problemdi. Uğurlar.
Ferman | 14 Noyabr 2012 19:03
Salam hekim! cinsi organin uzadilmasi ne geder mumkundur ve burda esas hansi amiller cox rol oynayir? men ANDRO-PENIS apparatindan istifade etdim ve eyni zamanda tabletler qebul etdim(VIG RX-plus ) ,amma hec bir uzanma olmadi. yashim 37-dir. testesteronun seviyyesini qanda yoxladim.ve normani ashagi serhedinde oldugu melum oldu. sizce mumkundumu? minnetdaram!
Dr.Orxan Agabəyov | 15 Noyabr 2012 08:48
Salam Ferman. Cinsi orqanın ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və müalicə (dərman preparatları, ekstender, pompa). Adətən ekstenderlərin və pompaların istifadəsi nəticəsində , cinsi orqanın ölçüləri artır. Ola bilər Siz ekstenderi düzgün istifadə etməmisiniz. Əks halda , yeganə çıxış yolu - əməliyyatdır. Uğurlar.
Ruslan | 14 Noyabr 2012 16:16
Həkim salam mənim 31 yaşım var mən bilmək istərdimki cinsi orqanı müalicə ilə dərmanla böyütmək uzatmaq yekəltmək mümkündür??????????penisi müalicə ilə dərmanla uzatmaq böyütmək mümkündür?mümkündürsə mənə cavab yazın mən gəlim sizin qəbulunuza məni müalicə edin səbirsizliklə sizdən cavab gözləyirəm həkim
Dr.Orxan Agabəyov | 15 Noyabr 2012 08:42
Salam Ruslan. Penisin ölçülərini əməliyyatsız böyütmək mümkündür. Müalicədə dərman prepatları ilə yanaşı, müəyyən apparatlardan istifadə olunur (ekstender, pompa). Nəticədə 2-3 sm penisin uzunluğunu artırmaq olar. Uğurlar.
Vasif | 12 Noyabr 2012 20:33
Salam hekim.38 yasim var,evliyem,3 ovladim var,cinsi fealligim normaldir. Son 2 ayda arabir sag xayamda agriya benzer sizilti hiss edirdim. 1 heftedir ki sizilti kesilmir. basqa hec neden sikayetim yoxdur. Siziltinin sebebini,mualicesini ve ne kimi fesadlari olacagini bilmek isterdim. Cavab yazacaginiza umid edirem ve evvelceden tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 13 Noyabr 2012 15:20
Salam Vasif. Sizdə olan problemin səbəbləri müxtəlif ola bilər -  epididimit (xaya artımın iltihabı), orxit (xayaların iltihabı), yırtıq və s. Hər bir xəstəliyində öz müalicəsi və fəsadları var. Ən yaxşı variant - xayaların doppleroqrafiyası adlanan müayinədən keçmək - bu diaqnozu dəqiqləşdirəcək. Sonra müalıcə etmək olar. Uğurlar.
samir | 12 Noyabr 2012 14:56
salam hekim,men dopler muayinesinde oldum,mene sol terefli varikosel diaqnozu qoyuldu.xatirladim ki,hec bir naratligim yox i di.sadece olaraq 3ildir aileliyem usaq olmur,yoldasim malice alib ,men de sperqramma analizi verdim, aktiv duz hereketliler 8% cixdi ona gore doplere getdim.indi hekim mene mualice yazib,men mualice etsem ata ola bilerem?38 yasim var.sagolun,umidim sizin cavabadir.
Dr.Orxan Agabəyov | 13 Noyabr 2012 14:57
Salam Samir. Əgər spermoqrammanın nəticələrini zəiflədən başqa səbəb yoxdursa (lazım olan müayinələr verilibsə) - ən düzgün variant varikoseleni aradan qaldırmaqdı. Varikosele müalicəsinin yalnız əməliyyat üsulları mövcuddur.  Əməliyyatsız, varikoseleni aradan qaldırmaq mümkün deyil. Ən əsası dəqiqləşdirin - səbəb yalnız varikoseledir? Uğurlar.
Elvin | 11 Noyabr 2012 16:37
Salam hekim men 2 gundur yoldasimla cinsi elaqede ola bilmirem yaxinliq eleyen kimi menim cinsi orqanim qalxmir men 3gun yuxusuz qaldim sonra 1 defe olduq sonra ola bilmedik bunu ne ile ola bileceyini mene deye bilersiz 1de bunun mualicesi var?
Dr.Orxan Agabəyov | 12 Noyabr 2012 04:42
Salam Elvin. Birdən-birə baş verən cinsi problemlərin səbəbi adətən psixoloji səbəblərdir (stress). Və ya Sizdə yorğunluq fonunda ereksiya zəif olub, buna görə həyəcanlanmısız, və nəticədə ereksiya tam zəifləyib. Hər halda bu problem müalicə olunur. Uğurlar.