Elmir | 9 Fevral 2013 19:53
Salam doktur mende gobekden asagi agrilar olurdu gedim uzi-ye dediler prostada problem var Prostatilen-biofarma ve bir nece tabletka derman yazdilar mualice aldim 1 ay yaxsi oldum indide yene heminki kimidir dediyim yerlerde agrilar olur ve isiyenden sonra acismalar olur meslehetiniz nedir zehmet olmasa .
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 18:44
Salam Elmir. Sizdə, prostatitin müalicəsi tam(düzgün) aparılmayıb. Və dərmanların təsiri keçəndən sonra, hər hansı provokasiya(məsələn soyuqdəymə), prosessi təkrar kəskinləşdirib və əlamətlər təkrar yaranıb. Təkrar və düzgün müalicəyə ehtiyac var. Uğurlar.
ismail | 9 Fevral 2013 18:49
Salam Hekim. Sizin bu platformanizi cox yuksek qiymetlendirdim, problemin cemiyyetimizin cox genis tebeqesini ehate etmesine baxmayaraq. Insanlarin doktorlarimiza yanasmalarinda cetinlik cekdikleri bir cox sebebler var. sizin bu tesebbusunuz vasitesiyle bir cox vetendaslarimiz oz problemlerine cavab tapa bilirler bu sebebden size oz derin teseggurumu, minnetdarligimi bildirirem...
Ve size bir sualda men unvanlamaq isteyirem. hekim men qadinla cinsi elaqeye girende cox tez bosaliram hetta bezen ele olurki cinsi elaqe 1 deqiqe bele surmur. Bu meni cox narahat edir. cinsi elaqe zamani erken bosalmanin vaxtini nece uzada bilerem? uzadmaq munkundumu? bu vaxti ne qeder uzatmaq olar? evvelceden oz teseggurumu bildirirem..
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 18:36
Salam İsmail. Xoş sözlərə görə, minnətdaram. Erkən boşalma haqqında, saytda məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edin - cinsi əlaqənin müddəti artımına kömək edəcək. Normal cinsi əlaqənin müddəti, 7-8 dəqiqəyə bərabərdir. Uğurlar.
Cavid | 9 Fevral 2013 17:19
Salam Doktor! Toy Gecesi haqda sualim olacaq. Ilk Toy Gecesi Elaqede olan Zaman Bowalma olmalidir ya yox?? Hemcinin, Toy Gecesinden Sonra nece gunden sonra elaqede olmaq olar??
Dr.Orxan Agabəyov | 11 Fevral 2013 11:44
Salam Cavid. 1. Boşalma olsa daha yaxşı olar(əgər cinsi əlaqə vaxtı, ağrı varsa- olmasada olar). 2. Adətən fasilə 3-5 gün olur(amma fasilənin müddəti individualdı). Uğurlar.
resad | 9 Fevral 2013 16:51
salam hekim...sualim beledir men evliyem 2 usagim var..amma san 1 ilde demek olar ki men de cinsi heves yoxdur..hetta qadinlara qarsi sehvet hissi yaranmir....cox gec gec qadina qarsi mecbur etmekle men de heves yaranir...bunun sebeblerin bilmek isterdim....irsi ve ya daimi xestelillerim olmur..tez tez tezyiqim yuksek olur bununla bagli ola bilermi.en esas odur ki men de sehvet bir sozle ehtiras demek olar ki yoxdur....xahis edirem meslehet vererdiniz...bunun ucun hansi cay ve ya bitkilerden istifade edim?
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 17:50
Salam Resad. Sizdə potensiyanın zəifləməsi fonunda, libidonun(istək) azlması baş verib. Bunun müxtəlif səbəbləri var - psixoloji və orqanik səbəblər(prostatit, hormonal pozuntu və s.). Müalicəyə başlamaq üçün, mütləq bu problemi yaradan səbəblər müəyyənləşdirilməlidir. Sonra, effektiv müalicə təyin etmək olar. Uğurlar.
Sadiq | 9 Fevral 2013 16:42
Salam hekim bagisla bizi utaniram yazam onu bilmek isteyirem suxoy vurmaq cinsi zeyifliye getirib cixarar
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 17:48
Salam Sadiq. Masturbasiya vərdişə çevrildikdə, müəyyən qeyri-adekvat erotik stereotiplərin formalaşmasına gətirib çıxara bilər, yəni real cinsi həyatda masturbasiya zamanı olan şərtlər(görüntülər və sürtünmə) olmadığına görə ehtiraslanma və ereksiya ilə bağlı problemlər yarana bilər. Uğurlar.
Ferid | 9 Fevral 2013 16:09
salam Orxan doktor.mende cinsiyyet orqaninda xirda xirda et xallari texminen 4-5 dene olar,bunlarin cinsi yolla yoxsa basqa bir deri xesteliyinden emele geldiyini bilmek isterdim,birde bunu nece mualice etdirmek lazimdir zehmet olmasa meslehet gorerdiz.evvelceden cox sagolun
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 17:26
Salam Ferid. Bu çox güman ki, papillomavirusdu. Bu xəstəlik əsasən cinsi yolla ötürülür. Müalicə zamanı,lazer koaqulyasiyası vasitəsilə, papillomaların çıxarılması və immunomodulyatorlar istifadə olunur. Uğurlar.
Cavid | 9 Fevral 2013 15:07
evvala salam sualim bu olacaqki qizla olanda qizin bakireliyin pozmamış qabagdan usdune boşalsan usaq olma hali bas vere biler bunu bilmey isdiyirem mumkunduse tez cvb vere bilersiz
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 16:53
Salam Cavid. Belə bir ehtimal, azda olsa, var. Uğurlar.
Elmin | 9 Fevral 2013 12:11
Salam hekim..men cinsi elaqede olanda bezen Cinsi elaqenin cox olmasi ucun derman istifade edirem..sizce bu necedi ve pis tesiri var??indiden twk
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 16:50
Salam Elmin. Bu tip dərmanlar, psixoloji asılılıq yarada bilər və əgər cinsi problem yoxdursa, istifadə edilməməlidi. Uğurlar.
Tariel | 9 Fevral 2013 10:50
Salam Hekim evelceden minnetdarliqimi bildirirem.Menim qardasimda (26 yas) bele problem var.deyir her gun 1-2 defe cinsi elaqede olur ve ya masturbasiya edir.Cinsi orqaninda bele problem yoxdu ,sadece onda gec bosalma var.adi mast.da her sey qaydasindadi istediyi vaxt bosala bilir,, ancaq partnyorla olanda cox gec bosalir veya hec bosala bilmir bunun sebebi???? Deyir meni ehtiraslandira bilmedi, mence bu sebeb deyil (bu menim fikirimdi). Bunlarin SEBEBI NEDIR VEYA NE OLA BILER?
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 16:12
Salam Tariel. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Nəzərə alsaq ki, masturbasiya zamanı hər şey qaydasında olur, hormonal və iltihabla bağlı səbəblər daha az ehtimal olunandı. Uğurlar.
mamed | 9 Fevral 2013 10:23
2 qizim var oglum olmur na etmali
Dr.Orxan Agabəyov | 10 Fevral 2013 15:33
Salam Mamed. Belə problemlərdə, tibb heç bir köməklik edə bilmir. Sadəcə bəxtinizi bir daha sınayın. Uğurlar.