ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Aliyev | 16 Fevral 2013 15:53
Salam Doktor. meni narahat eden bir mesele var.Mende cinsi elaqeden sonra Sol xayamda agrilar hiis edirem.bu hal her defe terkrlanmir.bezen olur.normal cinsi elaqede olanda olmur bu agrilar, ele ki biraz ickili oldum normadan artiq cinsi elaede oldum bu agrilar hiss olunur (meselen 4-5 defe ve artiq).bilmek isterdim ki bu neye gore olur..evvelceden minnetdarligimi bildirirem size
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 06:43
Salam Aliyev. Bu ağrıların olması, norma çərçivəsindədi(xayanın həddən artıq yüklənməsi ilə əlaqədardı). Uğurlar.
Ramin | 16 Fevral 2013 12:23
Salam doktor.Men partnyorumla anal cinsi elaqede olmaq isdirem lakin o hec vaxd olmayib bu bize ne cur tehlukeler yarada biler?partnyorumda yirtilma zedelenme baw vere bilermi?cox saqlun
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 06:17
Salam Ramin. Təhlükələr, partnyorda bağırsaq çatının yaranma riski və hər ikinizdə cinsi infeksiyalarla yoluxma riskindən ibarətdir. Uğurlar.
kanan | 16 Fevral 2013 10:59
men de cox tez qurtariram.yalniz ickili olanda birde rezinle istif edende vaxti uzada bilirem.ama bele istemirem olsun.umumiyetle deyirler bele kremler var ki surtursen vaxti uzadir. bele bir sey varsa adini yazin mene.tewekur edirem
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 06:14
Salam Kanan. Erkən boşalmanın müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssalığı, cinsiyyət sistemində iltihabi prosess, psixoloji səbələr və s. Səbəbləri müəyyənləşdirməmiş, düzgün müalicə təyin etmək olmaz. Uğurlar.
anonim | 16 Fevral 2013 10:44
Salam. Uşaqlıqdan xayamın biri sağ tərəf yuxarıda idi. 6 yaşımda əməliyyat olundum düşmədi, 15 yaşımda yenidən əməliyyat olundum, aşağı salındım. Lakin fikir verdim ki, aşağı düşürülənin ölçüsü digərindən kiçikdir. İndiyə kimi də belədir. Hazırda 33 yaşım var, evliyəm 1 uşağım var. Uzağı 2-3 gündən bir tam həvəslə cinsi əlaqədə oluram. Bunun hər hansı neqativ nəticələri ola bilərmi? Bununla əlaqədar hansı testlərdən keçməliyəm? Digər sualım: gec qutarmaq üçün boğazı dar qoruyuculardan istifadə etmək hər hansı neqativ nəticə verə bilərmi? Diqqətinizə görə minnətdaram.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 06:10
Salam Anonim. 1. Yazdığlarınıza əsaslansaq, heç bir testə ehtiyac yoxdu, hər şey qaydasındadı.2. Prezervativlərin(hər hansı tip) istifadəsinin heç bir neqativ təsiri yoxdu. Uğurlar.
rauf | 16 Fevral 2013 09:18
Salam Hekim.Mende bilmirem bu problemdi ya yox..bezen sekse chox hevesdi oluram ele olur her gun ya bir gunde bir neche defe.elede olur hefte ile ureyim istemir.Birde ki,birncini tez boshalmaqi sevmirem..boshalan zaman fikrimi yayiyndraq 20-30 deq uzadiram elaqeni..2 ciye chox nadir hallarda hevesim olur.2 ci elaqeder bezen sertleshme ortada yox olur ureysiz olduqum uchun ..yeni sohbet dalbadal olmaqdan gedir bele gun erzinde hevesdi vaxt 4 defede oa bilerem...
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 18:16
Salam Rauf. Əslində, Sizdə olan vəziyyət normaya yaxındı, hər bir kişidə həvəsin çox və az olan dövrləri olur. Və əgər boşalmanı 20 dəqiqəyə uzada bilirsizsə - buda problem sayılmır. Qaldı ki, 2 -ci cinsi əlaqəyə həvəsin olmamasına, saytda potensiyanı gücləndirmək haqqında məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edin. Uğurlar.
orxan | 16 Fevral 2013 08:48
salam hekim.. Dehwetli derecede ehtiraslanib bowalmamaqin nese problem yarada biler? Birde hemen vaxt xayalarin aqrimasi normaldi yoxsa bunun bir ziyani var....
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 17:19
Salam Orxan. Bu çox ziyandır - prostat vəzidə və xayalarda durğunluq proseslərinə gətirib çıxara bilər. Əgər ehtiraslanma varsa -mütləq boşalmada olmalıdır. Uğurlar.
eldar 201 | 16 Fevral 2013 08:40
hekim bir sualim var. qadinin minet elemesinin, kishi ucun xeyri ve ziyani varmi?teshekkur eleyirem
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 17:15
Salam Eldar 201. Oral seksin olması, kişinin istəyindən asılıdı, ziyan isə yalnız cinsi əlaqənin başqa formalarındaki kimi - cinsi infeksiyaların yoluxma riskidir. Uğurlar.
Nicat | 16 Fevral 2013 08:25
salam hekim..islerinizde ugurlar..24 yasim var..subayam..size bele bir sualim var. 1995de "qrija"dan emeliiyat olmusdum..vaxt kecdikce o qeder de fikir vermemisdim.ama indi gorurem ki, xayamin birinde inkisaf getmir.yani biri norma, digeri ise oldugundan cox kicikdi..bu nederecede mene problem yaradar?umumiyyetle analiz ve ya mualice etdirmeliyem? cox sagolun..
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 09:05
Salam Nicat. Bir xayanın inkişafdan qalması, müəyyən problemlər yarada bilər. Bunu dəqiqləşdirmək üçün, spermoqramma analizi verin. Əgər göstəricilər, normaya uyğun deyilsə, daha geniş müayinə və müalicə lazım ola bilər. Uğurlar.
Fuad | 16 Fevral 2013 06:33
Salam doktor...Vakuum ekstenderin teqriben qiymeti neçeye olur?Onu burada elde etmek mumkundur mu?Bunun ne derecede effekti olur?İstifade etmeye deyer mi?
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 09:01
Salam Fuad. Baxın, var vakuum pompaları, var ekstender, vakuum ekstender anlayışı yoxdur. Əgər Sizi ekstender maraqlandırırsa, effekt 6-9 aya, 1.5 -2 sm artım müşahidə olunur. Daha ətraflı məlumat üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
cavid | 16 Fevral 2013 06:08
salam evvela vaxdinizi alibsizi narahat etdiyimcun bagislayin sualim o olacaqki orxan hekim qizla elaqede olanda onun icine qutarmamis usdune qurtaranda qizda nese hamileliy bas vere biler bunu bilmey isdiyirem
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 08:55
Salam Cavid. Sizin bu sualınıza mən cavab vermişəm( ümmumiyyətlə mən bütün suallara cavab verirəm, adətən cavab 1 gün ərzində olur). Cavab baxmaq üçün - bütün suallar düyməsinini basın və öz sualınızı tapın((verilmə tarixi 09.02.2013). Uğurlar.