ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kamran | 18 Fevral 2013 12:28
Salam Həkim. 31 yaşdan sonra penisi hər hansı bir vasitə ilə böyütmək olarmı? Birdə cinsi əlaqə zamanı qadına həzz edən onun qalınığıdı yoxsa uzunluğu. Təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:04
Salam Kamran. Cinsi orqanın ölçülərinin artırmağın 2 yolu var - əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Hər iki faktor(həm uzunluq, həmdə qalınlıq) vacibdir. Uğurlar.
Ceyhun | 18 Fevral 2013 09:08
Erken bowalma ucun keyidici kremden istifade etmek ziyandi ?
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:00
Salam Ceyhun. Keyləşdirici kremlər ziyan deyil, sadəcə müvəqqəti effekti var və bütün hallarda təsir göstərmir. Uğurlar.
kenan | 18 Fevral 2013 07:41
Salam həkim mən problemimlə sizi qisaca məlumatlandırmaq istəyirəm, deməli mən 2.4 ilə yaxındır ki ailəliyəm ama 1.2 il olar ki artıq həkimlərə müraciət etməyə başladım məndə ilk əvvəllərdən analizlər verdiyim zaman hərəkətli, hərəkətsiz ,zəif hərəkətli spermatazoidlər göstərən göstəricilər hər zaman 0(sıfır) olaraq göstərirdi ama son 1 ay bundan əvvəl ikinci və üçüncü göstəricələr yəni zəif hərəkətli və hərkətsiz goztəricilərdə gorsəndi 1-2 və ya 2-3 geniş/sahəsi ama bəzi haldada itir, Lesitin dənəcikləri çoxdur, RFH-normadan 1 və ya 0.8 filan çox LH-normadir, belə bir situatsiyada olan bir xəstəyə yəni mənə maximum təbii müalicə üsulu tədbiq edə bilərsiniz? mən qəbulunuza gəlim,( mənə bu halda bir çox həkimlər süni mayalanma və ya xayani parçalamaq kimi təkliflər etdilər təbii mən bunları istəmirəm) cavab gözləyirəm! Təşəkkürlər!
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 18:54
Salam Kenan. Əgər spermoqrammada, göstəricilər 0-a bərabərdisə, bu halda müalicənin olub-olmaması, səbəblərdən asılıdı. Elə səbəblər var ki, müalicə olunandı, elə səbəblər var ki yox. Əgər müalicə şansı olarsa, mən çalışaram kömək edim. Uğurlar.
perviz | 18 Fevral 2013 06:42
salam hekim axsam yatanda tezden durub goruremki alt paltara qurtarmisam bunun her hansi ziyani var .
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 18:49
Salam Perviz. Bu boşalmalar(pollusiyalar), ondan xəbər verir ki, Sizin cinsi həyat müntəzəm deyil (yəni gec-gec boşalırsız). Bu hal gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Əsas odur ki, tezliklə cinsi həyata başlayasız (və ya başlamısızsa, fasilələr etməyəsiz). Uğurlar.
Elçin | 17 Fevral 2013 19:28
Salam Orxan bey.Prostatitin mualicesinde alfa blakatorlarinin ne oldugunu deye bilersiz ?bu yalniz adenomanin mualicesi ucundur yoxsa durgunluq infeksiya menseli prostatitlerde de istifade olunur ?
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 20:12
Salam Elçin. Prosatitin müalicəsində alfa-adrenoblokatorlar istifadə oluna biər. Uğurlar.
Kamran | 17 Fevral 2013 17:51
Salam doktor. Məndə probləm ereksiya ilə bağlıdı. 23 yaşım var. Mən hələ normal cinsi əlaqədə ola bilməmişəm. İlk dəfə 18 yaşda cinsı əlaqə zamanı ereksiya olmamışdı. Daha sonra bir il uzaq gəzdim. Sonra ikinci dəfə cəhd eləsəm də yenə alınmadı. İkinci dəfə zeif ereksiya olduğundan ereksiyanı saxlaya bilmədim. Lakin masturbasiya zamanı ereksiya çox güclüdü.Həm də səhərlər güclü ereksiyanı hiss edirəm.Mənə necə kömək edə bilərsiz? Təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 15:04
Salam Kamran. Sizdə çox güman ki, psixogen mənşəli erektil disfunksiya var. Yəni cinsi zəiflik, təcrübəsizliklə əlaqəli, cinsi əlaqə zamanı narahatlıq və cinsi əlaqənin uğurlu alınmamaq qorxusu ilə bağlıdır. Bu problem rahat müalicə olunur. Uğurlar.
Farid | 17 Fevral 2013 16:59
Salam Doktor. Bu yaxinda qan analizi vermishem ozumu yoxladmaq üçün. Son zamanlar libido azaldiğına görə hormonları da yoxlamişam. 29 yaşım var. Testosteron 1.8k. FSH- 14.9, Prolaktin-10.2. Hormonal preparatlar istifadə etmədən hormonlarimin vəziyyətini bərpa edə bilərəmmi? Birdə məndə oturaq həyat tərzi üstünlük təşkil edir. İdmanla məşqul olsam bu müsbət təsir edə bilər. Sadəcə hansısa preparatlar qəbul etməliyəm . Amma bilmirəm hansılar təhlükəsizdir.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 15:37
Salam Farid. Sizdə testosteronun səviyyəsi normadan aşağıdır, qaldırmaq üçün mütləq hormonal preparatlar istifadə etmək deyil,  təbii preparatlardanda istifadə oluna bilər. İdmanla məşğul olsanız yalnız müsbət təsir edə bilər. Uğurlar.
Cavid | 17 Fevral 2013 15:32
salam hekim penisi qalinlashdiran hansi usullar movcuddur? teshekkur.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 15:09
Salam Cavid. Penisi qalınlaşdırmağın yeganə effektiv yolu - əməliyyatdır. Ekstenderlə müəyyən qalınlaşmaya nail olmaq olar, amma ekstender əsasən uzunluğu artırır. Uğurlar.
Tural | 17 Fevral 2013 15:28
Salam Aleykum bele sayt yaratdiginiz ucun ilk novbede ALLAH sizden razi olsun. Menim sualim ise beledir. Mende varikosele oldugundan wubhe edirem. Bezen xayalarimda cinsi orqanimin ucunda ve ayaqlarimda agri olur wubhelerimde buna goredir. Sizden xahisim men bu xesteliyin mende olub olmamasini nece mueyyen ede bilerem? cavaba gore tesekkur edirem
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 14:54
Salam Tural. Birinci növbədə, xayaların doppler müayinəsindən keçin,bu müayinə nəticəsində  varikosele olub olmamasını müəyyənləşdirəcəksiniz. Uğurlar.
Orxan | 17 Fevral 2013 13:38
ilk defe cinsi elaqede olarken her iki cinse aiddir(hem kisi,hem de qadin),nece hereket elemelidir.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 14:56
Salam Orxan. Saytda. birinci toy gecəsi mövzusunda, məqalə var, orada bu haqda ətraflı öyrənə bilərsiniz. Uğurlar.