Anar | 19 Fevral 2013 08:39
salam hekim.cox uzr istiyirem.penisi nece boyutmek olar? onceden tesekkurler
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:40
Salam Anar. Penisin ölçülərinin artırmağın 2 yolu var: əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Uğurlar.
Nicat | 19 Fevral 2013 08:19
Salam hekim, men spermaqrama analizi vermek isteyirem. en son bazar gunu cinsi elaqede olmusham. soyluyurler ki, 3 gunden cinsi pehriz saxladiqdan sonra analiz vermek lazimdir. Onda hesabda men 4 cu gun analiz vere bilerem? tewekkurler
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:33
Salam Nicat. Sonuncu eyakulayasiyadan(boşalmadan), 2-7 gün sonra, Siz spermoqramma analizini verə bilərsiniz. 3 günlük cinsi pəhriz - optimal sayılır. Uğurlar.
Kenan | 19 Fevral 2013 08:04
Salam doktor...Men bir neçe gün önce spermoqramma analizi verdim.Neticeleri beledir:
Eyakulyatin ümumi hecmi-3.2ml,cinsi pehriz -4gün,Durulaşma vaxtı-35 deqiqe,Spermatozoidlerin 1ml-de miqdari-74 mln.,İreli hereketliler-55%,Reqsi hereketliler-15%,Hereketsiz-30%,Hereketli spermatozoidlerin sayı-70%,Morfoloji normal(Kruger üsulu)-35%,Başcıq(pataloji)-43%,Boyuncuq(potoloji)-7%,Qarışıq (pataloji)-15%,Canlı spermatozoidler-80%,spermatogenez hüceyreleri-2%,Spermaqlütinasiya- ,Mikroflora ,Epitel hüceyreleri-az,Lesitin-az,
Zehmet olmasa deye bilersiniz mi göstəricilər normaya uyğundur,Bir problem yoxdur ki?
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:29
Salam Kenan. Göstəricilər normaya uyğundur. Uğurlar.
Xanim | 19 Fevral 2013 07:43
Salam,Doktor!Onceki sualimi cavablandirdiginiz ucun minnetdaram.1.Masturbasiya asililigindan nece xilas olmaq olar?Əgər qadin masturbasiya asililigindan xilas olsa onun cinsi elaqe zamani vaginal orqazm hiss etmesi mumkundur?2.Qadinlarda cinsi hevessizliyin sebebleri ne ola biler?SİZE UGURLAR!!!
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 22:07
Salam Xanim. 1. Masturbasiyadan əl çəkmək üçün, birinci növbədə müntəzəm cinsi həyata başlamaq lazımdır. 2.Əgər qadında vaqinal orqazm mümkündürsə, masturbasiyadan asılı olmayaraq, cinsi əlaqə zamanı orqazm yaşaya bilər. Uğurlar.
Rashad | 19 Fevral 2013 07:40
Salam.Doktor xahis ediram cavablandirasiniz.Prostat vazinin masaji bu gunki gunumumuzda duzgun mualica metodudurmu?Hamcinin xahiw ediram deyasiniz varikozun emeliyyati hansi usulla daha effektiv va daha tehlukesizdi.
Evvelceden siza tewekkur ediram.
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:14
Salam Rashad. Prostat vəzinin massajına hal-hazırda birmənalı yanaşma yoxdu: bir sıra alimlər prostat massajının vacibliyini vurğulayır, yarısı isə massajın mənasız hətta ziyanlı olduğunu vurğulayır. Varikosele xəstəliyində klassik əməliyyat - İvanisseviç əməliyyatı sayılır. Uğurlar.
Fuad | 19 Fevral 2013 02:28
Salam doktor siz prostat vezi xesteliklerini ve xayadaki problemleri mualice edirsinizde?
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:12
Salam Fuad. Bəli, mən bu problemlərlə məşğul oluram. Uğurlar.
Zaur | 18 Fevral 2013 16:21
Salam.men bilmek isterdim Azerbaycanda ve ya xarici olkede peyroni xesteliyinin mualicesi var?Xestelik artiq narahat etmeye bashlayib.
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:18
Salam Zaur. Bəli, həm Azərbaycanda, həmdə xarici ölkələrdə Peyroni xəstəliyinin müalicəsi var. Müalicə həm konservativ(yəni dərman vasitələrinin köməyi ilə) həmdə cərrahi ola bilər. Uğurlar.
Kamran | 18 Fevral 2013 15:54
Doktor,uzr isteyirem bir daha narahat etdiyim ucun. Siz dediz ki mualice olunan şeydi. Mən hansı yollara əl atım? Nə məsləhət verirsiz? Deyim ki evli deyiləm...həm də zinadan qorxuram. Amma deqiq bilməsəm ki bu probləm düzəlib evlənə də bilmərəm. Çox sağolun.
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:13
Salam Kamran. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın, müalicə metodları haqqında Sizə ətraflı məlumat verim. Uğurlar.
Reshad | 18 Fevral 2013 15:45
Salam hekim.Her vaxtiniz xeyir olsun.Menim 22 yasim var.Texminen 2 il bundan bundan qabaq men ilk cinsi elaqede olmaq istedim ancaq ne qeder etdimse penisim durmadi.Cox dilxor oldum.Ikinci defe ise 6 aydan sonra getdim yene hemin sey.Ucuncude ise cinsi elaqede olmamis tez bosaldim.Dorduncude de birinci ve ikincideki kimi oldu.Onu deyim ki men normal mastrubasiya ile mesgul ola bilirem.Penisim de ki yaxsi durur.Bunun caresi nedir hekim?
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:11
Salam Reshad. Sizdə çox güman ki, psixogen mənşəli erektil disfunksiya var. Yəni cinsi zəiflik, təcrübəsizliklə əlaqəli, cinsi əlaqə zamanı narahatlıq və cinsi əlaqənin uğurlu alınmamaq qorxusu ilə bağlıdır. Bu problem rahat müalicə olunur. Uğurlar.
Вахиди | 18 Fevral 2013 12:53
Здравствуйте,мне 36 лет.У меня всё нормально,но проблема в моей супруге.У неё резко снизился либидо.Помогите нам с этим.И ещё что нужно для поддерживания нормального либидо у мужчин.Спасибо.
Dr.Orxan Agabəyov | 19 Fevral 2013 19:21
Здраствуйте Вахиди. У женщин либидо зависит от многих факторов, в первую очередь от гормональных и психологических причин. Выяснив эти причины, можно устранить эту проблему. А что касается мужской потенции и либидо, на сайте есть статья на эту тему, постарайтесь применить рекомендации которые приведены в статье. Удачи.