ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ruslan | 20 Fevral 2013 09:39
salam hekim.menim penisim 12 13 sm normaldi?
Dr.Orxan Agabəyov | 21 Fevral 2013 18:27
Salam Ruslan. Penisin 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
zahid | 20 Fevral 2013 09:04
men tualete necis eliyende menim cinsi orqanımdan sperma kimi sireli su kimi gelir amma yapisqan olur o neden emele gelir???
Dr.Orxan Agabəyov | 21 Fevral 2013 18:23
Salam Zahid. Bu şirə, prostat vəzinin şirəsidir və prostat vəzidə iltihabın olmağından xəbər verir. Uğurlar.
Rovshan | 20 Fevral 2013 07:41
Həkim,mənim cinsi saglamlıgımdan hec bir şikayətim yoxdur.Özümü normal hiss edirəm.Bir müddət əvvəl cinsi əlaqədə olmaq istəsəmdə alınmadı.İndi həmin anda nədənsə hisslərim qarışır ehtiraslana bilmirəm Cinsi saglamlıgım normaldır 31 yaşım var. bu vaxtlara qədər özümdə, cinsi əlaqədə oldugum qadınlarda razı qalıblar. Bunu necə qaydasına qoya bilərəm?
Dr.Orxan Agabəyov | 21 Fevral 2013 12:31
Salam Rovshan. Sizdə olan problemlərin psixoloji səbəbləri var. Yəni, bir dəfə uğursuzluqdan sonra, Sizdə cinsi əlaqədən öncə fikirlər yaranır - birdən yenə təkrarlanar? Yaxşı alınacaq ya yox? və s. Bu narahatlıq və inamsızlıq fonunda, ereksiya mexanizmləri pozulur və Siz ehtiraslana bilmirsiz. Çalışın, özünüzə inamı artırın və hər şey alınacaq. Uğurlar.
MAMED | 20 Fevral 2013 07:20
SALAM DOKTOR MEN CINSI ELAQE ZAMANI TEZ BOSHALIRAM VE 2 CI DEFEYE ARTIQ DEMEY OLARKI ISTEYIM OLMUR. YENI HALSIZLIQ EMELE GELIR MENDE . EVVEL BELE DEYILDI SON 1 ILDE BASH VERIB. DOKTOR EVVELKINE NISBETEN PENISIM ELE BILKI BALACALASHIB SEBEBI NEDI ? (29 YASHIM VAR ) BUNA KOKELMEK TESIR EDE BILER ?
Dr.Orxan Agabəyov | 21 Fevral 2013 12:18
Salam Mamed. Erkən boşalmanın və potensiyanın zəifləməsinin, müxtəlif səbəbləri var, həm orqanik həmdə psixoloji. Kökəlmənin penisin ölçülərinə, aidiyyatı yoxdur, amma qasıq nahiyəsindəki piy qatının artması, penisin vizual olaraq kiçik görünməsinə səbəb ola bilər. Uğurlar.
samir | 20 Fevral 2013 06:58
salam doktor,,men doppler muayineden kecmiwem ,,1ci dereceli valikozdu dediler,,1 ci derecelide emeliyyata ehtiyac var?
Dr.Orxan Agabəyov | 21 Fevral 2013 12:12
Salam Samir. Birinci dərəcəli varikoseledə, əməliyyata ehtiyac yoxdur (spermoqrammanıda, yoxlamaq məslətdi). Uğurlar.
reshad | 19 Fevral 2013 16:00
salam hekim,mende erken boshalma olur,hem de sidiye cixanda hacalanir,buna gore size muraciet etsem tam sagala bilerem?
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:57
Salam Reshad. Müraciət edin, çalışaram Sizə kömək edim. Uğurlar.
Orkhan | 19 Fevral 2013 14:51
Salam,Menim 23 yashim var.Hec vaxt cinsi elaqede olmmisham.Buna sebeb,cinsi orqanin olculerinin meni narahat etmesidi.OLculerle bagli mende boyuk kompleks yaranib.Sizden xaishim odur ki,meni melumatlandirardiz normal cinsi orqan hansi olculerde olmalidir,ve hansi sebebler ola biler ki,inskishaf etmesin.Mene bu barede nece komeklik ede bilersiz?..Evvelceden Uzr isteyir ve teshekkurumu bildirirem !!.
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 21:01
Salam Orkhan. Penisin normal uzunluğu 12 sm-dən artıq olmalıdı. Genetik(anadangəlmə) faktorlar, əsas səbəb sayılır. Penisin ölçülərinin artırmağın  2 yolu var: əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Uğurlar.
vahid | 19 Fevral 2013 12:03
men cinsi elaqede olandan sonra bovreklerimde agrilar his edirem bir muddet
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 21:47
Salam Vahid. Çox güman ki, iltihabi prosessin nəticəsidir. Dəqiqləşdirmək üçün, böyrəklərin USM müayinəsindən və sidiyin ümumi analizindən keçin. Uğurlar.
Vidadi | 19 Fevral 2013 10:16
Salam hekim.size 2 sualim var. 1. Men 2ildir aile qurmusam.yoldashim orta cekide,men ise ondan kokem.bu usaq olmamaga sebeb ola bilermi? 2.Uzr isteyirem,cinsi elaqede bosalandan 6-7 deqiqe sonra menden yeniden 1az sperma tokulur.bu ne ile elaqedardir?usaq olmamaga tesir ede biler? Onceden tesekkur.
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 21:54
Salam Vidadi. 1.Kişidə, artıq çəkinin spermoqrammanın göstəricilərinə, birbaşa təsiri yoxdur. 2. Ola bilər, bu sperma yox, prostat vəzinin şirəsidir, amma dəqiq demək üçün müayinələrə ehtiyac var. Ümmumiyətlə, əgər uşaq olmamasının, kişidən asıllığın bilmək istəyirsinizsə, spermoqramma analizi verin və öz göstəricilərinizi normal göstəricilərlə müqayisə edin. Əgər, Sizin göstəricilər normaya uyğundursa, deməli hamiləliyin olmamasında kişi faktorunun rolu yoxdur. Uğurlar.
Farid | 19 Fevral 2013 08:58
Salam doktor. Evvelceden tesekkurumu bildirirem. Menim 24 yasim var Allaha sukur basqa hec bir problem yoxdu. Amma bilmirem bunu men ozum problem edirem ya dogurdan da beledi cinsiyyet uzvumun uzunlugu mene kicik gorunur. Deqiq desem uzunlugu 14.5 sm qalinligi ise 5 sm dan coxdur. Bu her hansi problemlere getirib cixara biler? Boyutmeye ehtiyac gorursunuz? ve bir de cekim bir az artiqdi ariqlasam olcude deyisiklik olacaqmi? Cox sag olun.
Dr.Orxan Agabəyov | 20 Fevral 2013 20:45
Salam Farid. Sizin penisin ölçüləri, tam normaya uyğundur. Arıqlamağın, penisin ölçülərinə birbaşa təsiri yoxdu, sadəcə qasıq nahiyəsində piy qatının azalması, vizual artıma səbəb ola bilər. Uğurlar.