ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sebuhi | 22 Fevral 2013 09:21
SALAM HEKIM NECESIZ.HEKIM MENI BIR SEY COX NARAHAT EDIR,HEKIM ARTIK 5GUNE YAXINDI MEN SU YOLUNA GEDENDE SIDIKDEN SONRA SARI BEZENDE BOZ RENGDE MAYE GELIR VE TAM AXIB QURTARANDA BIR AZ AGRI OLUR,BU HAKDA DEYERDIZ HEKIM MEN NE EDIM,23YASIM VAR SUBAYAM HEC VAXT QADINLA MUNASIBETDE OLMAMISAM.
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 19:24
Salam Sebuhi. Bu çox güman ki, prostat vəzinin şirəsidir və prostat vəzidə, durğunluq fonunda, iltihabi prosessin olmağından xəbər verir. Uğurlar.
vuqar | 22 Fevral 2013 07:49
SALAM doktor cox kisilerin en boyuk meselesi penis boyudu bunu psixolojik olaraq beynime yeridmisem ona gore hec kimle elaqede olmuramki bireden partnyorum deyer ne balacadi veya zovq almaz deye endiselerim var azerbaycanda bunun problemi hell olunur? eyer olunursa qiymet deyerdiz?
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 19:13
Salam Vuqar. Penisin ölçüsü, partnyorun orqazma çatmağı üçün, əsas faktor deyil. Buna görə özünüzdə kompleks yaratmayın. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Daha ətraflı 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Abdul | 22 Fevral 2013 07:47
Zdrasti. U mena k vam takoy vopros, u mena problema s rostom polovogo organa i bistroye koncaniye. Polovoy akt dlitsa ne bolshe 2-3 minut. Kak mne bit? Mojete pomoch?
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 09:10
Здраствуйте Abdul. Удлинение полового члена можно добиться 2 способами - операцией (лигаментотомия) и применением экстендера (специального приспособления). Преждевременное семяизвержение может быть обусловлено различными причинами(психологическими и органическими) - выяснив эти причины, можно назначить эффэктивное лечение. Удачи.
Nicat | 22 Fevral 2013 07:39
Salam.Normal xayanin olcusu en az ne qeder olmalidir?
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 13:33
Salam Nicat. Xayanın normal ölçüləri: uzunluq - 40-50 mm,  eni - 25-35 mm, qalınlıq - 20-25 mm. Uğurlar.
zabil | 22 Fevral 2013 07:19
salam hekim biz size bir sual vermek isteyirik cinsi orqanin boyumesi ucun neyliye bilerik ?
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 19:07
Salam Zabil. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
anar | 21 Fevral 2013 22:01
salam doxtur..doktor men varikoselden emeliyyat olmuwam 3 ay tamam olub 4-cu aya kecir...indi mende arada ele agrilar olurki,ele bil emeliyyat olmamiwam..damar geniwlenmeside evvelkinden bir az,ama elle baxdiqda hiss edilir..xahiw edirem bu barede mene komeklik ederdiniz..bu kecib gedermi 6 aydan sonra,yoxsa ne etmeli???
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 19:00
Salam Anar. Ola bilər, bu hal bir müddətdən sonra olmasın. Amma, varikosele, əməliyyatdan sonra, təkrar yarana bilər. Bunu müəyyənləşdirmək üçün, xayaların doppler müayinəsindən keçin. Uğurlar.
Rasad | 21 Fevral 2013 20:02
SALAM ALEYKUM,ORXAN HEKIM DEYIN ZEHMET OLMASA,PROTEINLARIN,KREATINLARIN INSANIN CINSEL HEYATINA ZIYANI VAR?YENI INSANDA CINSI ZEIFLIK,SONSUZLUK YARADIRMI BU NLARDAN ISTIFADE ETMAK?ONCEDEN TESSEKKUR EDIRM.
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 10:15
Salam Rashad. Bu idman qidaları, cinsiyyət sisteminə və ümumiyyətlə orqanizmə heç bir ziyan vermir. Uğurlar.
Murad | 21 Fevral 2013 19:14
salam.men bir defe damar geniwlenmesinden sol terefli emelliyyat olunmuwam 2007 ci ilde.indi mende bele bir proses gedir.sol xaya wiwir saq ise kicilir.mene cinsi elaqe zamani cox vaxt eziyyet verir.cox vaxt spermanin ixrac olunmasini hiss etmirem,elastikliy zeifleyir,hissiyatim itir.bu prossesleri nece aradan qaldira bilerem.?xahiw edirem mene komeklik edesiz.
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 08:50
Salam Murad. Birinci növbədə xayaları yoxlamaq lazımdı - xayaların doppler müayinəsindən keçmək. Ola bilər ki, bu problemlər hormonal pozuntu ilə əlaqəlidir. Hər halda, səbəblər müəyyənləşəndən sonra, kömək etmək olar. Uğurlar.
Fizuli | 21 Fevral 2013 19:00
salam, doktor 30 yasim var 3 ile yaxindir evliyem, ilk spermaqramma analiz verende dediler oliqazoospermiyadir, sonra dopler eledim varikoz genislenme var idi iranda emeliyyat oldum 2011 noyabr ayinda, ama yene netice heminki kimi oldu, kecen il yoldasim hamile qaldi ama inkisafdan dayandi, analiz verdim yene, eyak.miq 3,0, durulasma 50 deq, ph 8.5, konsintesiya 0.5, 1 ml-33mln, aktiv 10, zeif, duz ve qeyri-duzxetli 20, yerinde aktiv 25, hereketsiz 45 hekim men bilmek isteyrem bu gosterici ile hamile qala biler? doktor mene komek edin xahis edirem men hereketliyi nece artira bilerem? mene nece komek ede bilersiz? men ne edim? yorulmusam mualicelerden ama netice normal olmur, ama cox zeif olanda yoldasim hamile qalmisdi.
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 08:05
Salam Fizuli.Birinci növbədə, spermoqrammanın göstəricilərinin aşağı düşməsinə səbəb olan faktor aşkar edilməlidir. Və ən real səbəb - varikokoselenin təkrar yaranmasıdır(Siz, xayaları əməliyyatdan sonra, doppler müayinəsində yoxlamısınız?). Başqa səbəblərdə ola bilər - bunlar aradan qaldırılandan sonra, göstəricilər qaydaya düşəcək. Hal- hazırki göstəricilər (hərəkətlik faizi) normadan aşağıdır. Uğurlar.
Şəhriyar | 21 Fevral 2013 18:57
Salam həkim. Bilmək istəyirdim Azərbaycanda liqamentotomiya əməliyyatı mümkündür və qiyməti neçəyədir? Birdə əməliyyatdan 14 gün sonra intim həyata davam etmək olar, ya daha çox və nəticələri nə vaxt görsənir?
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 08:54
Salam Şəhriyar. Bəli, liqamentotomiya əməliyyatı Azərbaycanda keçirilir. Əməliyyatdan sonra 6 ay ərzində ekstender istifadə olunur və artıma nail olunur. Daha ətraflı informasiya üçün, 055 655 00 66 və 050 363 83 86 nömrəli telefonlarala mənimlə əlaqə saxlayın. Uğurlar.