samir | 23 Fevral 2013 07:33
Salam hekim varikosel genislenmede agri olur?nece yasina kimi mualice etmek olar?3gunluk cinsi pehrizden sora. bir xayamda biraz siskinlik var idi o evvelki veziyyetine geldi.bu neden ola biler?
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 19:03
Salam Samir. Varikosele xəstəliyində ağrı, nadir hallarda olur. Varikosele, kişidə sonsuzluq yarada bildiyi üçün, adətən əməliyyat cavan kişilərdə aparılır. Xayada olan şişkinlik müxtəlif səbəblərdən ola bilər, müəyyənləşdirmək üçün, xayaların doppler müayinəsindən keçin. Uğurlar.
Fuad | 23 Fevral 2013 06:35
SALAM ORXAN hEKIM Men 12yasimdan beri bosaliram 16yasim var indi hergun edirem dayana bilmirem bunda zereri nedir?ariqlamaq ve usaq olmamaq prosesi ola biler gelecekde?,hec cinsi elaqede olmamisam
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 18:38
Salam Fuad. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Masturbasiya arıqlamağa və sonsuluğa gətirib çıxarmır. Uğurlar.
Bəhruz Əsgərov | 23 Fevral 2013 00:23
Salam Həkim.
2 sualim var sizə,mümkünsə cavablandırın: Birinci sualım odur ki spermaqramma analizi zamanı nəticələrdə aktiv sperma 47% gostərilib.İrəli hərəkət edən spermanin faizi isə 1.9% normativdən aşaqıdır.Bu göstəricilər ciddi problem deyil ki?
İkinci sualım budur ki,kişinin spermasında əgər problem varsa bu qadınin aybaşısınin pozqunluquna sebeb ola bilər?
Öncədən minnətdaram!
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 18:24
Salam Behruz. 1. Yox, bu ciddi problem deyil, amma spermoqrammanın, başqa vacib göstəriciləri var (məsələn spermotozoidlərin sayı), onlar haqqında məlumat yoxdur. 2. Spermanın göstəricilərinin, qadının menstrual siklinin (aybaşının) pozulmasına, heç bir aidiyyatı yoxdur. Uğurlar.
ehtiram | 22 Fevral 2013 23:38
salam hekim men cinsi elakede olanda isder-idemez hevesden dusurem vede tez bosaliram sonra ikinci defe yasamaga heves qalmir imkan varsa mene bir meslehet veresiniz
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 17:58
Salam Ehtiram. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
musayev elyar | 22 Fevral 2013 21:37
DQKTQR SALAM MENIM 50 YASIM VAR 2010CU ILDE MEN BILDIMKI MENDE PROSTAT VAR MULICE OLUNDUM HER BIR QAYDANIDA YERINE YETIRMISEM YENI ICEN CEKEN DEYILEM ARADA XAYALAR AQRAYIRDI INDI ISE COX AQRAYIR AQRISI AYAQIMA VURUR BUNUN QORXUSU VARMI
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 17:41
Salam Elyar. Xayalarda ağrı, prostat vəzinin problemləri ilə bağlı olmayada bilər, ola bilər xayada hansısa problem var, məsələn epididimit(xaya artımının iltihabı). Hər halda ağrı varsa, deməli problem ciddidir, və müalicə lazımdır. Ağrının səbəbini müəyyənləşdirib, effektiv müalicə təyin etmək olar. Uğurlar.
necef | 22 Fevral 2013 21:20
salam dr.menim 21 yawim var ve pensim 10 sm dir bunun mualicesi var??????
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 17:39
Salam Necef. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Emin | 22 Fevral 2013 20:57
Salam Orxan hekim,
Onceden teshekkurler sualimi cavablandiracaginiz uchun,.
Men 1 ilk kesdir ki sizin portalinizi gordum o uzden narahat edirem.
Sehifeye baxdim demek olarki yazilanlarin cox % i erken boshalma ile elaqeli.
Beli mende de bu problem var. Ve size sualim Masturbasiyanin ne kimi ziyanlari var ?
Oxudugum bir melumatda erken boshalmaya da bu kimi hal (mastrubasiya) sebeb olur. Bu ne derece de duzgun melumatdir?
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 17:35
Salam Emin. Masturbasiya əgər vərdişə çevrilirsə, kişidə müəyyən cinsi problemlərə(məsələn boşalmanın gecikməsi) gətirib çıxara bilər. Amma masturbasiyanın, erkən boşalmaya aidiyyatı yoxdur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Rafiq | 22 Fevral 2013 20:30
salam. Mende birden-bire ereksiya pozuldu. Demek olar 2 hefte hech ne olmadi.Sonra nisbeten berpa olsa da evvelki kimi deyil.Erekdiya halina gec chatiram.Bezen seher vaxtlari bel hissemde yungul agrilar hiss edirem.Hekimde olmusham, deyir analizlerin yaxsidir.2 derman yazib, 1 heftedir atiram, lakin yaxsiliq hiss etmirem, xahish edirem meslehet verin.
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 17:34
Salam Rafiq. Ereksiya problemləri, müxtəlif səbəblərdən yarana bilər. Psixoloji səbəblərdə vacib rol oynayır. Müalicəni axıra kimi edin, baxın nəticəyə. Əgər nəticə olmasa, əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Kamil | 22 Fevral 2013 17:53
Salam hekim.22 yawım var.cinsi orqanım erksiyon veziyetinde 11 smdır.bu normaldımı ? hekime müraciet etmeliyem ?ve müalicesi varmı?mümkünse melumatlandırarsınız
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 09:17
Salam Kamil. Penisin 12 sm-dən artıq uzunluğu, normal sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Ceyhun | 22 Fevral 2013 16:53
Salam Orxan həkim. Öncəliklə layihə üçün təşəkkür edirəm. Sualım isə belədir, eyakulyasiyadan dərhal sonra dəhşət susuzlaşma yaranır. Başım gicgah nahiyələrdən sıxılmağa başlayır. Bu halda 1-2 stəkan su içirəm. Amma buna baxmayaraq ereksiya ilə bağlı heç bir problemim yoxdur, yəni maks. 15 dəqiqədən sonra yenə də tam ehtiraslana bilirəm. Elə də ciddi narahatçılıq yaratmasa da bilmək istərdim ki, bu nə ilə əlaqədar ola bilər ?
Haqqımda: 31 yaşım var, boy 190, çəki 110. Sağlam bədən quruluşluyam.
Dr.Orxan Agabəyov | 23 Fevral 2013 20:34
Salam Ceyhun. Cinsi əlaqə zamanı, kişi çox enerji itirir, ona görədə yazdığın hallar, enerjinin bərpası ilə bağlıdır. Buna görə narahat olmayın. Uğurlar.