ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elnur | 23 Fevral 2013 16:00
salam,hekim men 4ildi aileliyem,usagim olmur.men analiz vermisem spermadan,gostericiler bele olub.hecmi 1ml,1ml spermatozoidlerin konsentrasiyasi17ml,butun eukaturda 17ml,aktiv hereketli36,zeyif hereketli 28,hereketsiz 36 faizdi.hekim menim yoldasim bele gostericinen hamile qala bilermi?bilmezse,mene bir gosteris verin xahis edirem.evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:25
Salam Elnur. Sizdə spermanın miqdarı, çox azdır. Birdə, bütün eyakuyatda spermotozoidlərin miqdarı, normadan azdır, qalan göstəricilər normaya uyğundur. Hər halda müalicəyə ehtiyac var. Uğurlar.
nazir | 23 Fevral 2013 15:55
salam dr. bilmek isterdim ki . pisxaloqiya ile baqli olan cinsi zeyifliyi aradan qaldirmaq olurmu.her seye gore minnetdaram
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:18
Salam Nazir. Bəli, psixogen erektil disfunksiya, hal-hazırda effektiv müalicə olunur. Müalicədə həm dərman preparatları həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Uğurlar.
Samir | 23 Fevral 2013 15:27
Salam Orxan həkim ! Mənim 32 yaşim var. Məndə sağ tərəfdə xayamın alt hissəsində, qıçımla birləşən hissəsində bəzən keyləşmə və narhatçılıq hiss edirəm. Yalnız sağ tərəfdə olur bu narahatçılıq. Cinsi əlaqədə olanda birinci dəfədə bir dəqiqədən tez orqazm oluram. Bunun səbəbi nə ola bilər heç həkimə müraciət etməmişəm bu barədə.
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:51
Salam Samir. Sizdə çox güman ki, prostatit(prostat vəzinin iltihabı) var. Əvvəl prosatit müalicə olunmalıdır, sonra isə erkən boşalma problemi. Uğurlar.
Tural122 | 23 Fevral 2013 13:41
Salam həkim sizi salamlayiram..mənim sualim penisinn tam bərkiməməsi ilə baglıdir..seher tezdən ereksiyaa olurr bərkiyir penis.tək boşalma olduqda beerkimə olur..Amma qadınla cınsi əlaqə zamanı.tam bərkimə olmurr bira bərkiyir..yaüim 23duu..cini tecrubemm o qederde deyil.bilmek isteyremmm buu proble nedendirr.vəə həlli varmii.., indidenn agolunnn
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:12
Salam Tural122. Sizdə çox güman ki, bu problemin psixoloji səbəbləri var, yəni Sizdə cinsi əlaqə zamanı, narahatlıq və cinsi əlaqənin uğurlu keçməyi haqqında şübhələr yaranır - və nəticədə normal ereksiya mexanizmləri pozulur. Bu hal - müalicə olunur. Uğurlar.
Jinbaopa | 23 Fevral 2013 11:15
Salam hekim evvelceden minnetdaram cinsi elaqeni normal ve maraqli kecmesi ucun cinsi orqanin olcusu ne qeder olmalidir minuum olcunu mumkunse
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:05
Salam Jinbaopa. Cinsi əlaqənin normal keçməsi, təkcə penisin ölçüsündən asılı deyil. Penisin 12 sm-dən artıq uzunluğu normaya uyğun sayılır. Uğurlar.
Emil | 23 Fevral 2013 10:08
salam doktor! men spermogramma vermishem. orada leyskositlerin sayini 3.15 mln/ml gosterir! hekime getmeye vaxtim yoxdur. bilmek olar bu coxdu ya normadi? ve agar norma deyilse hansi mualice usulu tetbig elamaliyem? evvelceden teshekkurler )
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 07:00
Salam Emil. Bu normadan çoxdu və səbəblərini müəyyənləşdirib(cinsi infeksiyalar, prostatit və s.) düzgün müalicə təyin etmək olar. Uğurlar.
Ali | 23 Fevral 2013 08:47
Salam hekim. men oz dogma emim qiziyla alie qurmagim duzgundurmu. Yeni sora ki dorde usaqlarda nese anormalliq ola bilerimi. bunu nece bilerem men. qanin analizinin bilmek olarmi yeni. indiden tsk
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 13:52
Salam Ali. Belə nigahda, uşaqlarda genetik xəstəliyin olması, 4-6% təşkil edir. Bəli, belə analizlər var - bu analizlərdə həm kişi həmdə qadında, ən çox rast gəlinən genetik xəstəliklərin, daşıyıcısı olub-olmaması yoxlanılır. Uğurlar.
ramin | 23 Fevral 2013 08:25
Orxan doktor salam, mende her bir sey qaydasindadi ama men uzur isteyirem sexle cox mewgul oluram heftede en az 5 defe ama olanda 1 defe bosaliram 31 yasim var bu mende geleceyde bir problem olmazki?
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 19:10
Salam Ramin. Cinsi həyatın bu ritmi, norma daxilindədi və  heç bir problem yoxdur. Uğurlar.
rab | 23 Fevral 2013 08:23
salam hekim .15 heftelik hamile qadinla cisi elaqede olmaq olar ?
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 13:43
Salam Rab. Əgər qadında əks-göstərişlər yoxdursa - olar. Amma biraz diqqətli olun. Uğurlar.
serxan | 23 Fevral 2013 07:37
salam hekim necesiz menim cinsi orqanimda zeiflik var onu nece artirmaq mumkundu zehmet olmasa cavab verin
Dr.Orxan Agabəyov | 24 Fevral 2013 19:13
Salam Serxan. Cinsi zəifliyi müxtəlif səbəbləri var - həm psixoloji (depressiya, stresslər) həmdə orqanik (hormonal pozuntu, prostatit). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə etmək olar. Uğurlar.