ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sabir | 25 Fevral 2013 09:49
Salam doktor varikoz genishlenme tez boshalmaya ve zeifliye sebeb ola bilermi?
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 17:35
Salam Sabir. Xeyr, varikoselenin bu xəstəliklərə aidiyyatı yoxdur. Uğurlar.
emin | 25 Fevral 2013 07:39
Salam Orxan hekim onceden tewekkur edirem. Hekim men cinsi eleqede olan zaman 1 deqqe erzinde bowaliram. hekim yaninda olmuwam mene derman yazmiwdi ( F-d ) bu dermanin komeyi ola biler yoxsa ....??
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 17:28
Salam Emin. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirməmiş, konkret bir preparat təyin etmək düzgün deyil. Əgər müalicə edirsizsə, axıra kimi edin, sonra qərar verin, kömək edir ya yox. Uğurlar.
Emin | 25 Fevral 2013 06:46
Salam hekim mende sunnet pozqunlugu var onu nece aradan qaldirmag olar?
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 17:55
Salam Emin. Yəgin ki, Siz cinsi zəifliyi nəzərdə tutursuz. Bu problemin müxtəlif səbəbləri var - həm psixoloji(daimi stresslər, gərginlik, depresiiya) həmdə orqanik(hormonal pozğunluq, prostatit və s.). Səbəbləri müəyyənləşdirib, bu problemi aradan qaldırmaq olar. Uğurlar.
Azer | 25 Fevral 2013 05:45
Salam hekim!!!!!!!!!! Hekim siz şənbə gunləri işliyirsiz? Spermanin analizini vermək istiyirəm. və onun xərci necədi?
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 21:23
Salam Azer. Bəli, şənbə günü işləyirəm. Spermoqrammanın qiyməti 20 AZN-dir. Uğurlar.
RAMIN21 | 24 Fevral 2013 22:24
SALAM.HEKIM CINSI ELAGEDE ATILAN GEL DERMANLARIN,PENIZE VE YA BASGA BIR HISSEERE ZIYANI MENFI TESIRI VARMI?
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 08:26
Salam Ramin21. Bu tip preparatların, müəyyən yan təsirləri var(əsasən keçiçi xarakter daşıyır), amma əsas problem, psixoloji asıllıq yaratdıqlarıdı. Uğurlar.
ismayil | 24 Fevral 2013 21:58
salam Dr.orxan 23 yasim var mende cinsi elaqe zamani bir az gec sertlesir sebebi ne ola biler, birde cox adi hallarda sperma az da olsa gelir meselen qiza mesaj yazdiqda ve ya daniwdiqda mende nese xestelik olmazki evvelceden cox sag olun
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 09:02
Salam İsmayıl. Ereksiyanın zəif olması, müxtəlif səbəblərdən ola bilər, amma Sizin yaşda daha çox psixoloji səbəblər realdı. Qızla danışanda, çox güman ki, sperma yox, Kuper vəzilərinin ifraz elədiyi mayedir (ehtiraslanma zamanı olur), bu sürtgü (smazka) üçün nəzərə tutulan mayedir və hər hansı xəstəliyin əlaməti deyil. Uğurlar.
Mahira | 24 Fevral 2013 20:05
Cox sag olun hekim.Kishi ve qadin uygunsuzlugu mualice oluna biler?
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 22:15
Bəli, bu hal (əgər təsdiqlənirsə), müalicə olunur. Uğurlar.
ali | 24 Fevral 2013 15:54
hekim menim 47 yawim var men hal hazirda kamarka dermanindan istifade edirem men nece edim ki dermansiz olum bu esas lazim oldugu ucun hekime getmeyime deyermi
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 08:23
Salam Ali. Bu tip preparatlar, psixoloji asıllıq yaratdıqları üçün, imtina etmək çətindir, amma mümkündür. Uğurlar.
zamir | 24 Fevral 2013 15:46
salam hekim.cox cox uzr isteyirem yazacaqlarimcun.men uc ildi sevib aile qurmusam.bir evladim var.indi problem menim yoldasimdan soyumaqimdadi daha doqrusu onu isteyirem.ama yaxin dura bilmiram ona.cinsi elaqeye hevesim qalmayib.mikrobum varidi yayda mualice aldiq(yoldasimada kecirtmisdim)ne edeceyimi bilmirem.mutexessis meslehetine ehtiyacim var.cox saq olun
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 22:11
Salam Zamir. Sizdə,  potensiyanın zəifləməsi problemi var, bu problem müxtəlif səbəblərdən yarana bilər, həm psixoloji, həmdə orqanik. Bu problem haqqında, saytda məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
Rauf | 24 Fevral 2013 15:18
Salam hekim menim 21 yawim var ve helede cinsi elaqede olmamiwam bunun gelecekde nese problemleri ola biler?
Dr.Orxan Agabəyov | 25 Fevral 2013 21:19
Salam Rauf. Heç bir problem, olmayada bilər, amma nə qədər tez cinsi həyata başlasaz., bir o qədər yaxşı olar. Bunu üzməyi öyrənməklə müqayisə etmək olar - kiçik yaşlı uşaqlar çox tez öyrənirlər amma yaşlı insanlar  çətinlik çəkir (insan yaşlandıqca - qorxularıda artır). Ona görədə Sizə məsləhət - tez bir zamanda  cinsi həyata başlayın. Uğurlar.