ravid | 26 Fevral 2013 07:03
salam mende xayaligda epididimit var . BIlmek isteyiremki onun mualicesi usulu nedir ve bu gelecekde nese bir problem yarada bilermi?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:37
Salam Ravid. Epididimit xəstəliyinin müalicəsi, asılıdır bu xəstəliyin kəskin və ya xroniki olmasından. Müalicədə antibiotiklər, yerli kompresslər, xayanı fiksasiya edən suspenzoriy, iltihab əleyhinə preparatlar və s.istifadə olunur. Epididimit yaratdığı əsas problem - spermanın göstəricilərinin düşməsidir. Uğurlar.
Zamiq | 26 Fevral 2013 05:58
SAlam hekim menim size bir sualim var men tez bosaliram ikinciseferde hec olmaga heves olmur sadece men rayon yerinde yasadigim ucun guclu hekim yoxdu burda men nece mualice ede bilerem hansi yollarla.Tewwekurler
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:33
Salam Zamiq. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, 1-2 günlük Bakıya gələrsiz, çalışaram Sİzə kömək edim. Uğurlar.
faiq | 26 Fevral 2013 05:03
salam hekim mende cinsi orqanda ag shire kimi su olur nece defe mualice aliram quruyur cinsi eleqeye girenden sonra gene emele gelir bunu siz tam malice ede bilersiniz ?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:29
Salam Faiq. Ola biər, Sizdə hansısa cinsi infeksiya var, aşkarlayıb müalicə etmək olar. İkinci variant, prostat vəzinin iltihabı nəticəsində, prostat şirəsinin axmasıdır. Hər halda səbəb dəqiq bilinsə, düzgün müalicə təyin etmək olar. Uğurlar.
xeyal | 25 Fevral 2013 19:26
hekim salam .menim xayalarim aqriyir gah biri aqriyir gahda biri .dizden yuxari qiclarimda aqriyir cox sidetli deyil ama narahatliq verir isti olanda aqrimir yaxmadan sidikden analiz vermisem her sey yaxsidi sidikde urat duzlari var bu aqrilarin sebebi ne olar men kime muraciyet edim.tesekur edirem .
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 19:28
Salam Xeyal. Əgər xayalar ağrıyırsa, birinci növbədə xayaları yoxlamaq lazımdır. Xayaların doppler müayinəsindən keçmək məsləhətdir (səbəblər varikosele, epididimit və s. ola bilər). Mən bu problemlərlə məşğul oluram, amma kimə müraciət etmək, Sizin seçiminizdir. Uğurlar.
musfiq | 25 Fevral 2013 18:06
salam hekim xais edirem menim sualima duzgun cavab veresiz menim onurgamda sis var idi suuyla ximiya ile mualice almisam ve sagalmisam diaqnozumda solitar plazmositoma 4 5 8dos feqeresininve sag 5 qabirga basinin destruksiyasi onurga beyninin kompressiyasi men bilmek isdeyiremki bunan sonra menim usaqim ola bilermi ya olsa o usaqda ne xesdelik ola biler ama cinsiyet orqanimda problem 1 rinci defe oyanir 2 ci defeye gec oyanir ne edimki mene ne meslehet gorusuz eveceden tesekur edirem
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 19:21
Salam Musfiq. Bu suala cavab vermək üçün, mütləq spermoqramma analızı verməlisiniz, oradakı göstəricilər normaya uyğun olarsa heç bir problem olmayacaq. Uğurlar.
Turan | 25 Fevral 2013 17:54
salam dr. Orxan menim spermoqrammada aktiv hereketlilerin sayi asagidi diger butun her seyler normaldi bunun sebebi ne ola biler???birde sag yumurtada agrilar var USM-den kecdim normaldi..sizin klinika harda yerlesir? her bakteriyaya gore analizin qiymeti neciyedi????????onceden bu sayta ve xidmete gore tesekurler
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 19:12
Salam Turan. Hərəkətlilik faizinin aşağı olması, müxtəlif səbəblərdən ola bilər - iltihabi, hormonal və s. Ola bilər, USM həkimi problemi görməyib(əgər ağrı varsa - deməli hər hansı problem var). Klinika H. Aliyev 29 adresində, Tələbə qəbulu üzrə dövlət komissiyasının yanında yerləşir. Baxır, hansl üsulla yoxlanılır infeksiya, PZR vasitəsi ilə -18 AZN. Uğurlar.
Orxan | 25 Fevral 2013 16:20
Salam hekim.27 yasim var menim sunnetimin ucunda berk qasinma olur tez-tez. Erken bosalma ikinci defe olamaga halim olmur bunun sebebi nedir?
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 18:31
Salam Orxan. Qaşınmanın səbəbi, çox güman ki. uretritdi(sidik kanalının iltihabı). Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Potensiyanın zəifləməsi isə, həyat tərzindən tutmuş, hormonal pozuntuya kimi səbəblərdən yarana bilər. Uğurlar.
Asif | 25 Fevral 2013 14:43
Salam hekim.Menim 24 yashim var,Subayam.Sidikden umumi analiz verdim mende bele bir shey ortaya cixdi bu nedir ve nese ziyani var mene? (Zulal 0.3q/l , Urobilinogen 35 umol/l ). Oxuyub ve cavab yazdiqiniz ucun minetdaran
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 18:19
Salam Asif. Sidikdə zülalın olması, sidik - cinsiyyət sistemində iltihabi prosessdən xəbər verir, urobilinogenin olması isə - qara ciyər problemlərindən xəbər verir. Uğurlar.
Orxan | 25 Fevral 2013 13:39
Salam, Orxan hekim.
Bezen yatdigim vaxt, sperma axmasi bas verir.Men ayilanda artiq gec olur. Amma hemise olmur. Ele vaxt olur, 3,4 gün ardicil, ele vaxt olur, 10 günden sonra, ele vaxt olur, 30 günden sonra.
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 18:11
Salam Orxan. Sizdə olan hal, pollusiya adlanır və müntəzəm cinsi həyatın (müntəzəm boşalmaların) olmaması səbəbindəndi. Bu müəyyən cinsi problemlərə gətirib çıxara bilər, ona görədə tezliklə müntəzəm cinsi həyata başlamanız, məsləhətdir. Uğurlar.
Amin | 25 Fevral 2013 10:33
Salam Hekim. Menim 30 yasim var.Men heddinden artiq erken bosaliram.Opusmeye baslar-baslamaz bosaliram xahis edirem bunun sebebi nedir mene deyesiniz ve komeklok gosteresiniz.
Dr.Orxan Agabəyov | 26 Fevral 2013 17:57
Salam Amin. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı(yəni çox həssas olması), cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Saytda, erkən boşalma problemi haqqında, məqalə var - çalışın oradakı tövsiyyələrə riayət edəsininz. Əgər vəziyyət düzəlməsə - müalicə lazım olacaq. Uğurlar.