Ruslan | 26 Fevral 2013 21:17
Salam dr.Orxan əvvəlcədən təşəkkür edirəm,sualım budur ki, prostat vəzi xəstəliklərinin tam sağalaması mümkündürmü? ikinci bir sualım da var ki, II dərəcəli varikaseli əməliyyataehtiyac varmı? (refroqrat axın yoxdur)
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:37
Salam Ruslan. 1. Bəli, düzgün müalicə nəticəsində prostat vəzinin xəstəlikləri tam müalicə oluna bilər(bu xəstəliklər xroniki olduğundan, yaxşı nəticələr üçün ildə bir dəfə profilaktik müalicə keçmək lazımdı). 2. Əməliyyatın lazım olub-olmaması, spermoqrammanın göstəricilərindən asılıdı. Uğurlar.
eli | 26 Fevral 2013 21:12
cinsi orqani nece boyutmek olar? ve normal nece sm olmalidirr
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:29
Salam Eli. Penisin 12 sm-dən artıq uzunluğu, normal sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
safar | 26 Fevral 2013 20:36
salam hekim.5-6 ay bundan evvel mende (sag) xayamda zeif agrilar oldu. bir -iki defe olduki qurtarandan sonra bir az berk agri oldu.hekime getdim aparat baxdi hec bir problem gormedi her sy zordu dedi.sonra basqa hekime getdim (cox yaxsi hekimdi taninmisdi ged onun yanina) getdim.baxdi dedi narahat olma xayaartimidi basqa hec ne.PRSTAFARM yazdi her ehtimala qarsi. amma mence daha evvel men xayaartimini ele hiss elememisdim.bilmirem nece basa salim el ile xayani tutanda yumuru kicik bir sis kimi gorunur ust terefinde.ola bilerki nese zerbeden orda nese qrija kimi cixsin? ve yaxud soyugdan nese? hal hazirda agri demek olarki yoxdur herden cuzi bir nese hiss olunur. sag olun derin tesekkurler
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 20:25
Salam Safar. 1. Xaya problemlərinin olub-olmamasını - xayaların doppler müayinəsindən sonra qərar vermək olar(savadlı USM mütəxəsisləri azdır - ola bilər problemi görə bilməyib). 2. Əgər diaqnoz - epididimitdirsə (xaya artımının iltihabı), bu diaqnozda müalicədə bir preparat deyil, bir necə preparat istifadə olunmalıdı. Uğurlar.
Nihad19 | 26 Fevral 2013 19:03
Salam həkim. Zəhmət olmasa deyin bilim leqamentotmiyanın qiyməti nə qədərdir.?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:54
Salam Nihad19. Əməliyyatın qiyməti, yalnız konsultasiya zamanı təyin edilir. Uğurlar.
Ramin | 26 Fevral 2013 19:01
Salam doktor. hazırda 30 yaşım var, 18 yaşım olarkən svinka deyilen qulaq şişi xəstəliyine tutuldum. Bu zaman xayalarım şişmişdi. Müalice aldım xestelik keçdi amma xayalarımdan biri sıradan çıxıb. Yəni ki inkişafdan qalmış, yumuşaq toxumalar qalıbdı. Əl vuranda ağrısı çox olur. Amma digər xaya normal vəziyyətdədir. Cinsi əlaqə zamanı ilk dəfə sperma normal ifraz olunur, amma ikinci dəfədə artıq çox azalır, üçüncü dəfəyə demək olarkı damla qədər gəlir. Bu gələcəkdə nəsə problem yarada bilərmi,?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:24
Salam Ramin. Parotit (svinka) xəstəliyinin əsas təhlükəsi - spermanın göstəricilərinin aşağı düşməsidir. Və gələcəkdə problemlərin olub-olmamasını, spermoqramma anlizinin verib, öyrənə bilərsiz. Əsas spermanın miqdarı deyil, əsas spermanın keyfiyyətidir(bunu yalnız spermoqrammada görmək olur). Əgər göstəricilər normaya uyğundursa - heç bir problem yoxdu. Uğurlar.
Mehman | 26 Fevral 2013 18:44
salam dokdor ,men her zaman intim munasibetde tez bosalmaq meni uzur.Demek olar 5-6 saniyeye bosaliram buda ozunuz bilirsiz insani uzur,mumkun oldugu qeder komeyinize ehtiyacim var
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:14
Salam Mehman. 5-6 saniyə elə bir müddətdir ki, artırmaq üçün hansısa məsləhət kifayət etməyəcək. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Səbəbləri müəyyənləşdirib, çalışaram Sizə kömək edim. Uğurlar.
Natiq B | 26 Fevral 2013 18:11
Salam Orxan hekim. Mene cox maraqlidi cinsi elaqede olan zaman cox gec boshaliram, hardasa 1 saat ve bir az cox cekir boshalmam. Bu neden bele olur ve ne kimi menfi cehetleri var? Cox sag olun
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:58
Salam Natiq B. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.
Tofiq | 26 Fevral 2013 17:00
Salam. Anadan gelme kichik olan cinsi orqani boyutmek mumkundur?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:49
Salam Tofiq. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Sadiq | 26 Fevral 2013 14:33
Salam Dr.Men cox ehtirasliyam.hefte de 3-4 defe bosaliram ozum,dayanammiram.amma qadinla olduqdan sora bir muddet dayana bilirem.Bu ne olan isdi?isterdim az bunu azaldim.Nece?
Onceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 20:32
Salam Sadiq. Əslində gənclik dövründə bu normaldı. Əgər azltmaq istəyirsizsə, fikrinizi hansısa məşğuliyyətə yönəldin, ən yaxşı secim - idmandır. Uğurlar.
Mamed | 26 Fevral 2013 10:46
Добрый День. Я слышал об электрических и магнитных стимуляторах усиление кровообращения в простате. Какие посоветуете и есть ли фирмы в Баку продающие их ?
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 18:45
Здраствуйте Mamed. Такие устройства привозят в Баку, только на заказ. Свяжитесь со мной по телефонам 055 655 00 66 и 050 363 83 86 и я Вам передам контакты фирм, занимающихся продажей подобного оборудования. Удачи.