ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Cavid | 27 Fevral 2013 12:43
Hekim salam. Bilmek isterdim, 1. Aqizda olan badamciqlarin xroniki xesteliyi ve ya dishlerin xesteliyi xroniki prostatite sebeb ola biler? 2. Xayalarimda ele bil dartilma hissi var. Daim istiyirem ki, onu yuxari qaldiram. Bu neden ola biler?
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:42
Salam Cavid. 1. Belə bir ehtimal var, amma bu səbəblərin ehtimalı  azdır. 2. Bu psixoloji səbəblərlə də izah oluna bilər, yəni heç bir problem yoxdu, amma bütün diqqətiniz xayalardadı və ya hansısa orqanik problemlə, məsələn varikosele(damar genişlənməsi) və ya epididimitlə(xaya artımının iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
Nicat | 27 Fevral 2013 12:38
Salam həkim. məndə eriksiya zeyif gedir və vaginaya daxil olan zaman icerisinde boş olur. bunun sebebi ne ola biler. analizler her seyin normal oldugunu gosterir. Xahiş edirəm cavablandirasiniz.
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:08
Salam Nicat. Əgər analizlərin nəticələri, bütün göstəricilərin normal olduğunu göstərirsə - deməli, bu problem  psixoloji səbəblərlə bağlıdır. Bu səbəblər müxtəlifdi - cinsi əlaqədən öncə narahatlıq, həyəcan və cinsi əlaqənin uğurlu keçməyinə olan şübhələr. Uğurlar.
Fariz | 27 Fevral 2013 12:08
Salam Dr. Orxan. Onceden teshekkur edirem. Sizden bir iki shey haqda sorushacaqdim. Men hardasa 3-4 ay evvel yagishda pis islandim ve yaman soyuqladim. bundan bir hefte sonra mende tez tez qiciqlanma bash verdi. Yatdigim yerde tez tez shire ifraz olunmaga bashladi. adeten sabit dayananda olurdu hereket halindda olanda olmurdu. Hardasa bir ay sonra hekime getdim analiz verdim. Sidik kanalindan numune goturdu amma hecne cixmadi. men fikirleshirdim soyuq deyme ile bagli ola biler. Amma hence cixmadi analizde. indi hemin qiciqlanma hissi kecib amma tesadufi hallarda gec gec de olsa olur Bu neyle bagli ola biler? Birde mende analizlerde leykosit 1-2 Epiteli 7-8 di bu ne demekdi? TESHEKKUR EDIREM
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:03
Salam Fariz. Sizdə, birinci növbədə yaxmanın analizi yox, prostat vəzinin USM-i keçirilməli idi. Çox güman ki, Sizdə prostatit(prostat vəzinin iltihabı) əlamətləri olub. Əlamətlərin azalması, xəstəliyin kəskin dövrünün bitməsindən, xəbər verə bilər.  Uğurlar.
nail | 27 Fevral 2013 11:44
salam hekim mende erken bosalma hali olur buna gore meslehetiniz ne olar?
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:01
Salam Nail. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
natiq | 27 Fevral 2013 10:14
Salam həkim. Bilmek isteyirdim ki, B-o və P-p dərmanlarını mütamadi olaraq istifadəsi memkundurmu. Bunların hər hansı mənfi təsirləri olurmu? Təşəkkür edirem.
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 21:54
Salam Natiq. Bu  preparatları mütəmadi istifadə etmək olmaz. Bəli, yan təsirlər ola bilər - yuxusuzluq, süstlük, baş ağrısı və s. Uğurlar.
Alik | 27 Fevral 2013 05:40
Hekim salam. sizden xahis edirem bunu cavablandirasiz. Oz dogma emim qiziyla evlenmeyim ne derecede duzgundur. Yeni soradan usaqlarda problem ola bilermi. ne meslehet gorursuz. ama hele evlenmemisem. bunu nece bilerem
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 19:47
Salam Alik. Mən Sizin bu sualınıza cavab vermişdim (sualın verilmə tarixi 23.02.2013). Təkrar cavab verirəm:  Belə nigahda, uşaqlarda genetik xəstəliyin olması, 4-6% təşkil edir. Bəli, belə analizlər var - bu analizlərdə həm kişi həmdə qadında, ən çox rast gəlinən genetik xəstəliklərin, daşıyıcısı olub-olmaması yoxlanılır. Uğurlar.
Anar | 26 Fevral 2013 23:51
36 yashim var. Evvelceden deyim ki son zamanlar chox stresde olmusham. Yeni bilirem ki bunun da ziyani var. Son zamanlar cinsi zeiflik hiss edirem. Ereksiya zeifliyim de var. Cinsi elaqe zamani 1 defeden artiq qurtara bilmirem. Bu problemleri aradan qaldirmaq uchun hansi qidalardan tez-tez istifade etmeliyem? Evvelceden oz minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:57
Salam Anar. Birinci növbədə, çalışın biraz istirahətə vaxt ayırasız, stresslərdən uzaq olasız. Qidalara gəldikdə isə, saytda potensiyanın gücləndiriləməsi adlı məqalə var,  orada cinsi gücü artıran qidalar haqqında, geniş məlumat vermişəm. Uğurlar.
ismayil | 26 Fevral 2013 23:03
salam Dr.Orxan cox sag olun bize bu seraiti yaratdiginiz ucun heqiqeten cox komek olursunuz bize allah razi olsun doktor bagiwliyin birdene de sualim var mende ereksiya gelecekde dahada da problem yaratmaz ki sertlesme hallari daha da gec bas versin ,cox vaxt utandirir meni, bu hali aradan qaldirmaq ucun ne etmek olar ,qan azdigindandir nedendir 23 yas var evvelceden cox sag olun
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 20:19
Salam İsmayil. Ereksiya problemlərinin, müxtəlif səbəbləri var -  həm psixoloji, həmdə orqanik. Və ən vacib odur ki, Siz ereksiyanın zəif olmasını gözləməyəsiz, əksinə uğurlu cinsi əlaqə haqqında düşünəsiz. Hər halda, əgər orqanizmlə bağlı bir problem yoxdursa, hec bir problem olmamalıdır. Qan azlığının, ereksiya problemlərinə heç bir aidiyyatı yoxdur. Uğurlar.
AAAA | 26 Fevral 2013 22:02
SALAM.hekim sizden bir xaisde bulunum.mumkunse cavab vererdiz.varikasel xesteliyi 1,2,3,4, derecede olur he?valikosel xestelliyinde inpotent olurr??bu fesad yarana bilermi?ve hansi derecede olmagina baxmayarag mualicesi varmi aperasiya yolu ilede olsa?diggetinize gore minnetdaram.
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 20:10
Salam AAAA. 1. Bəli, varikosele xəstəliyi 1,2,3,4 dərəcəli olur. 2. Variosele xəstəliyində, adətən cinsi zəiflik, müşahidə olunmur. 3. Ən böyük fəsad - spermanın göstəricilərinin düşməsidir(ata olmaq şanslarını azalması). 4. Bəli, varikosele xəstəliyinin, müalicəsi var. Uğurlar.
Tural | 26 Fevral 2013 21:55
Salam hekim Men uretradan yaxma analizinin qiymetini bilmek isteyirem ve ona aid yazilan mualicenin muddetini
Dr.Orxan Agabəyov | 27 Fevral 2013 19:42
Salam Tural. Yaxmanın(yaxmanın mikroskopiyası) qiyməti 15 azn-dir, müalicə müddəti isə nəticələrdən asılıdı, adətən 1-2 həftə ərzində olur. Uğurlar.