emi | 28 Fevral 2013 05:52
Salam. menim 30 yasim var.prostati uzi elatdirmisem.Prostat kistasi ve prostatin mulayim hipertaniyasi diaqnozu qoyulub.bunun mualicesi ve bu barede xahis edirem melumat verardiz.evvelceden minnetdaraam.
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:29
Salam Emi. Yəqin ki, söhbət prostat vəzinin xoşxassəli hipertrofiyasından(adenomasından) gedir, bu diaqnoz 30 yaşda mümkün deyil, yəni adətən bu xəstəlik kişilərdə 40 yaşdan sonra yaranır, ola bilər prostat vəzinin ölçüləri sadəcə böyüyüb, bu daha çox prostatitin(prostat vəzinin iltihabı) əlaməti ola bilər. O ki qaldı, prostat vəzidə olan kistaya, burda ölçülər vacib rol oynayır, əgər kiçik ölçülərdirsə , nəzarət lazımdır. Uğurlar.
048 | 27 Fevral 2013 23:40
Salam, mende cinsi zeiflik yaranir getdikce passivlik artir. ve hiss ediremki orqan aktivlesen zaman olcusu evvelkinden kicik olur. yeni ele hiss ediremki kicilir. bu neden ola biler? evvelki kimi olmaq ucun ne etmek lazimdir. orqan balacalsmasi bir az menevi sixinti yaradir mende.
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:06
Salam 048. Cinsi orqanın vizual kiçilməsi, ereksiyanın zəifləməsi ilə əlaqədardı, yəni cinsi orqanda qan təhcizatının zəifləməsi ilə. Güclü ereksiyaya sahib olmaq üçün, problemləri yaradan səbəbləri araşdırıb müalicə etdirmək məsləhətdir. Uğurlar.
SAMiR | 27 Fevral 2013 22:21
salam hekim.menim 24 yasim var.xayalarimin sol tayi sisib sag tayi ise mence yasima uygun olan olcusunden kicikdi.bunun sebebi ne ola biler.muayineden kecmek ucun sizinle nece elaqe saxlamaq olar.mumkunse unvani yazarsiz.evvelceden tesekkurler,cox sagolun.
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 23:15
Salam Samir. Bu problemlərin səbəbi müxtəlif ola bilər, varikosele(damar genişlənməsi), epididimit(xaya artımının iltihabı), kriptorxizm(xayanın vaxtında torbaya düşməməsi) və s. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdı. Ünvan: H. Aliyev kücəsi, 29, Nyu -med klinikası, TQDK -nın yanı. Vaxtı dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Xalil | 27 Fevral 2013 19:57
salam her vaxtiniz xeyir olsun.hekim bilmek isterdimki balonka geyinib qacarken,belimize ve arxa nahiyyemize daha cox baglayib qacdigimiz vasitelerin sinsiyyet sistemine ziyani varmi?prostat vezine ve diger uzvlere ne kimi ziyani var?onceden tesekkurler
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 23:05
Salam Xalil. Heç bir ziyanı yoxdu, sadəcə tərləyəndən sonra, özünüzü soyuqdan qoruyun. Ümumiyyətlə idman, cinsiyyat sisteminin sağlam olmasına, müsbət təsir edir. Uğurlar.
murad | 27 Fevral 2013 17:26
salam hekim men 2ildirki varikosel emeliyyati olmuwam.hemin emeliyyat sorasi xayanin ust hissesinde balaca wiw yaranib el vuranda agri verir.hekime getdim dedi xaya artiminda epidermis var, qalinlawib.1 tabletka yazdi -S-D- birde tibbi dar alt paltar 2 ay kecib bir faydasi yoxdu.xahiw edirem komek edin.meni narahat edir agri verir ayaq uste cox duranda.
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 23:28
Salam Murad. Yəgin ki söhbət epidermis yox, epididimitdən gedir, yəni xaya artımının iltihabından. Bu xəstəliyin müxtəlif səbəbləri ola bilər, o cümlədən cinsi infeksiyalar. Ola bilər, səbəb araşdırılmadığından, müalicə təsir etməyib. Uğurlar.
Emil | 27 Fevral 2013 17:07
Salam hekim.Spermaqramma analizinin neticesinde noqsan ola bilermi??Analiz vererken hec ereksiya olmadi mudeti de hec 1 deqiqe cekmedi.Evvel bele hal olmamisdi mende.Diskomfort idi.Bu neticeye tesir gostere bilermi?Ne meslehet gorerdiniz?yeniden verimmi analiz?Oliqospermiyanin mualicesi ne derecede murekkebdir?Tesekkurler
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:57
Salam Emil. Bəli, belə bir ehtimal var. Amma əgər spermanın miqdarı normaldırsa, deməli ereksiyanın təsiri olmayıb. Hər halda analizi təkrarlamaq olar. Oliqospermiyanın müalicəsi mümkündü, amma bu problemi yaradan səbəblərdən asılıdı. Uğurlar.
orxan | 27 Fevral 2013 16:09
salam hekim.bilmek olar sizde umumi analizler nece manatadir?analiz verende saat necede gelmek lazimdi?
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:53
Salam Orxan. Ümumi analiz dedikdə nəyi nəzərdə tutursuz? Var spermoqramma, var yaxma və ya hormonların müayinəsi - hər birinin fərqli qiymətləri var. Daha ətraflı məlumat üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
nahid | 27 Fevral 2013 15:50
salam hekim menimde size sualim erken bosalma baresindedi menimde problemim budu mene en sade mualice novun deye bilersiz evvelceden narahtciliga gore bagislayin size bir sualimda var menim pensim normadan kicikdi norma neqederdi ve pensi boyutmek ucun neynemek olar
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:21
Salam Nahid. Ən sadə müalicəni, problemin dəqiq səbəbini müəyyənləşdirəndən sonra, təyin etmək olur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Penisin 12 sm-dən artıq uzunluğu, normal sayılır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Turan | 27 Fevral 2013 14:14
Salam doktor men bir ay evvel bir xanim elaqede oldum indi iki heftedir hiss edirem cinsi orqanimin sunnet olan hissesinde arada bir qasinma olur.hemise qoruyucu ile oluram .subayam 25 yasim var.
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:35
Salam Turan. Bu suala nəzəri olaraq cavab vemək mümkün deyil. Yaxmanın analizini verib, qaşınmanın səbəbini müəyyən etmək olar. Bu əlamət, soyuqdəymədəndə ola bilər. Uğurlar.
Nemət | 27 Fevral 2013 13:19
Salam həkim, mənim sağ xayam ağrayır. Səbəbini bilmirəm. Amma ağrı davamlı deyil. Gah ağrayır, gah da dayanır. Bu cinsi yolla yoluxan xəstəlik ola bilərmi?
Dr.Orxan Agabəyov | 28 Fevral 2013 22:17
Salam Nemət. Cinsi infeksiyalar, nadir hallarda xayada ağrıların səbəbı olur. Daha çox ehtimal olunan səbəb - epididimit (xaya artımının iltihabı) və varikoseledir (damar genişlənməsi). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məslətdir. Uğurlar.