ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
miwa | 28 Fevral 2013 20:11
salam hekim. biraz agir iw goren kimi xayamin birindr agri sanci baw verir ve yerimeyimde cetinlik yaradir. ancaq agir iw gorende. buna bir aciqlama vererdizdeee. TEWEKUR EDIREM
Dr.Orxan Agabəyov | 2 Mart 2013 09:03
Salam Miwa. Çox güman ki, Sizdə damar genişlənməsi(varikosele) var. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Uğurlar.
Araz | 28 Fevral 2013 18:53
Salam hekim.Mende qarnimin aşagi hissesinde kut agrilar olur.prostati uzi yaxmadan analiz sidikden analiz hamisi temiz çixdi.sonra rektal uzi eletmeyi dediler.onu eliyen hekim toxum kiseciklerinin odemli oldugunu,xirda kistoz destruksiyaya ugradigini dedi.hekim bunlar hemin dediyim qarinin altina agri vere biler ? ne derecede tehlukelidir bu ? uzi hekimi dedi vezikulitin elametleridi.
Dr.Orxan Agabəyov | 2 Mart 2013 09:08
Salam Araz. Ola bilər, bu ağrılar cinsiyyət sistemi ilə bağlı deyil. Vezikulitdə ağrılar nadir hallarda olur. Birdə ehtimal var ki, diaqnostika düzgün aparılmayıb və Sizdə sistit(sidik kisəsinin iltihabı) var. Uğurlar.
Rufet | 28 Fevral 2013 17:46
salam hekim.adim Rufet.hekim menim babamin 80yawi var.onda prostat problemi var.yeniki yungul ayaqyoluna cox zeif ve eziyyet cekir.hekimler duz emelli bir diaqnoz vermeyible.bunun emeliyyati ne derecede ugurlu alinar?yeniki bicaq ya lazerle?yeni bu kiwinin emeliyyat olunsa ona dozme qabilliyyeti veya gucu catarmi?eger olmursa ne dermanlari meslehet gorerdiniz?evvelceden tewekkurler hekim...
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:46
Salam Rufet. Belə vəziyyətdə diaqnozu təyin etmək, çətinlik kəsb etmir(çox güman ki, prostat vəzinin xoşxassəli hipertrofiyasıdır, yəni adenoma). Adətən yaşlı pasientlərə əməliyyat deyil, dərman preparatları ilə müalicə tövsiyyə olunur. Uğurlar.
Ali | 28 Fevral 2013 17:42
salam Orxan h. aktiv duz xetli 25 % zeyif duz ve ya qeyri duzxetli 52% yerinde aktiv,rotasin 10% hereketsiz 42% 1ml.spermatozoidlerin sayi 40 ml>dur bu normal neticedirmi? bu netice ile usaq olarmi hekim ve 7 ay once varikoselden emeliyyat olmusam. 1 il alti aydir ki evliyem .
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:44
Salam Ali. Bəli, bu tamamilə normal göstəricilərdi, narahat olmayın. Uğurlar.
Anar | 28 Fevral 2013 17:36
salam hekim.Evvelceden tewekkurlerimi bildirirem suallara cavab verib bizleri melumatlandirdiginiz ucun..Hekim varikoselden emeliyat olduqdan sonra nece ay muddetinde cinsi elaqeden uzaq durmaq,idmanla mewqul olmamaq lazimdir,ne qeder muddetden sonraya dek agrilar ola biler?Birdeki zehmet olmasa deyerdinizki,emeliyyatdan sonra neye ve nelere emel etmek lazimdir?
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:58
Salam Anar. Varikosele əməliyyatından sonra, 1 ay ərzində cinsi fəallığ məsləhət görülmür. İdmanla məşğul olmaya tədricən başlamaq lazımdır, yüngül məşqlərə 2 aydan sonra başlamaq olar. Ağrılar, orqanizmdən və əməliyyatın keçirilməsindən asılıdır. Uğurlar.
emil | 28 Fevral 2013 16:05
salam doktor, mene 4 ay evvel qizdan cinsi xestelik kecmiwdi mualice olundum kecdi xestelik ama mualiceden sonra ne vaxt bir qadinla cinsi elaqede olanda 3-4 gun xayalarda agrilar olur bilmek olar niye??? xesteliyin izi qalmiw ola bilermi???
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:40
Salam Emil. Ola bilər, Sizdə olan mikrob xaya artımında iltihab yaradıb(epididimit). Bunu müəyyənləşdirmək üçün, xayaların doppler müayinəsindən keçin. Uğurlar.
resad | 28 Fevral 2013 14:58
salam doktor.mende cinsi elaqe ayda1defe olur.derman atanda gec tesir edir.41 yasim var.usagimda olmur.evveller faiz45 idi,indi 0 olub.sizce mene care var.xais edirem etrafli cavablandirin.evvelceden tewekkur edirem.
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:54
Salam Resad. Spermanın göstəricilərinin artması, səbəblərdən asılıdı, elə səbəblər var ki müalicəsi var, elə səbələr isə, yox. O ki qaldı, cinsi gücə - bəli çarəsi var, düzgün müalicə nəticəsində, Sizdə cinsi fəallığı artırmaq olar. Uğurlar.
Elnur | 28 Fevral 2013 14:14
salam mende erken bosalma problemi var bundan nece mualice ala bilerem ve yaxud hansi dermandan isdifade etmek olar mumkunse adini yazardiniz
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:39
Salam Elnur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Murad | 28 Fevral 2013 10:36
salam doktur bir hete bundan evvel bir qizla munasibetde olmusam indi birax daxilde qasinma var sidiye cixanda yoxdu ola biler mikrom var amma prezvativle olmusam soyuqlama ola biler
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:37
Salam Murad. Bu suala nəzəri olaraq cavab vemək mümkün deyil. Yaxmanın analizini verib, qaşınmanın səbəbini müəyyən etmək olar. Bu əlamət, soyuqdəymədəndə ola bilər. Uğurlar.
Adnan | 28 Fevral 2013 06:10
Здравствуйте доктор! Можете ли вы сказать влияет ли агглютинация на качество спермы?
Dr.Orxan Agabəyov | 2 Mart 2013 08:30
Здраствуйте Adnan. Появление агглютинации сперматозоидов в спермограмме, может быть проявлением  хронических воспалительных процессах в половых железах мужчины.  Агглютинация  ведет к снижению подвижности сперматозоидов. Удачи.