Elirehman | 1 Mart 2013 19:13
salam hekim men sol varikoselden emeliyyat olunmusam bilmek isteyirem mende varikosel ikinci defe emele gele biler ve gelsede en cox neden emele gelir
Dr.Orxan Agabəyov | 3 Mart 2013 09:02
Salam Elirehman. Bəli, belə bir ehtimal var və bu əsasən əməliyyat vaxtı bütün damarların bağlanması ilə əlaqədardı, amma başqa səbəblərdən də ola bilər. Uğurlar.
meherrem | 1 Mart 2013 19:01
salam hekim sizə öncədən belə şərait yaratdığınız üçün təşəkkür edirəm. bilmək istəyirəm ki kunilinqus və oral seks xəstəlik yarada bilərmi?
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:40
Salam Meherrem. Belə bir ehtimal var, amma vaqinal cinsi əlaqə ilə nisbətdə, ehtimal daha azdır. Uğurlar.
samir | 1 Mart 2013 18:55
salam hekim.men sizden bir sheyi sorushmaq isteyirem,men chox isteyirem ,amma tez qurtariram.bunu men fikrimden chixartsam nece olar?1-2 defe ola bilirem sonra ise yorgunculuqdan hech halim olmur nedi alinmir.herden geceler yuxuda da qurtariram
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:56
Salam Samir. Pollusiyaların (boşalmaların) yuxuda olması, cinsi həyatın müntəzəm olmamasından xəbər verir(yəni cinsi əlaqələrin arasında böyük fasılələr var). Bu hal, erkən boşalma probleminə gətirib çıxara bilər. Erkən boşalmanın, başqa səbəbləridə var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
zafer | 1 Mart 2013 17:30
Salam hekim. Cinsi yaxınlıq zamanı sürüşkenliyi təmin etmək üçün hər hansı vazelin və yaxud gel varmı ki hamiləliyə mane olmadan istifadə olunsun?varsa zehmet olmasa həmin vazelin və gelin adını yazın.əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 3 Mart 2013 16:03
Salam Zafer. Əgər Siz uşaq(hamiləlik) planlaşdırırsızsa, belə vasitələrdən istifadə etməyin. Spermaya mənfi təsir etməyən lubrikant, yoxdur(yəni elmi araşdırmalarla təsdiq olunmuş). Uğurlar.
Emin | 1 Mart 2013 16:45
Salam doktor. Evvelce size tewekkur ediremki, insanlara bele serait yaratmisiniz ki problemlerimizle boluwub sizin kimi mutexessisden meslehet aliriq. Bilmek isterdimki, BAD-lardan Spermaktiv qebul etmiwem. Artiq 6 aydirki evliyem, usaq olmur. Birdeki sidiye gedende ,ifraz olunan sidikde ceplewme gorurem, bu neyin elametidir? Ve ne meslehet gorerdiniz.Evvelceden tewekkurler!!!
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:47
Salam Emin. Siz spermoqramma analizini keçin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər normaya uyğundursa -heç bir preparata ehiyac yoxdur. Sidiyin ifraz olunması zamanı problemlər, daha çox uretritin(sidik kanalının iltihabı) və ya prostatitin(prostat vəzinin iltihabı) əlaməti ola bilər. Uğurlar.
zahra | 1 Mart 2013 16:28
salam manim sualim beladi man 5 ildir ki evliyam 1 usaqim var 2 usaga qal bilmiram hekim muayinasindan kecdim dedilarki yumurtaliqda torama var mualica olmusam 2aydir ki yenada usaga qala bilmiram xais ediram oz maslahtinizi verasiz sag olun
Dr.Orxan Agabəyov | 3 Mart 2013 16:07
Salam Zahra. Təkrar müayinədən keçin, bəlkə müalicəni davam etdirmək lazım oldu, və ya hamiləliyə başqa əngəllər var. Birdə ki, kişi faktorunu yaddan çıxarmayın - ola bilər yoldaşınızda problemlər var. Uğurlar.
elnur | 1 Mart 2013 12:44
salam bagiwdayin sizi narahat eliyirem amma mecburam cinsi elaqe zamani demek olar ki emelli bawdi eziyyet cekirem isdediyim qeder normal yawaya bilmirem heddinden artiq tez bowalib eseblewirem ve qadin cinsini tam temin ede bilmirem.keylewdirici dermannarinda hec bir komeyi olmur -sidikle elaqeder demek olar ki su icmekden ve ya cay icmekden uzagam cunki sonra tez tez ayaq yoluna kedirem axwamlarda ayaq yoluna ketmek mecburiyyetinde oluram -mualicelerde almiwam amma xeyri olmur....siz ne komek ede bilersiz ve ne meslehet korursiniz. ... evvelceden cox sag olun
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:42
Salam Elnur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Əgər keyləşdirici vasitələr təsir etmirsə, deməli Sizdə səbəb, dərinin hiperhəssalığı ilə bağlı deyil. Saytda, erkən boşalmaya aid məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsininz. Uğurlar.
Huseyn | 1 Mart 2013 09:49
salam doktur. Size evvelceden yaratdiginiz weraite gore tewekkur. Indi menim 19 yawim var. 1 il bundan qabaq qiz yanina getmemiwden evvel adini bele bilmediyim derman qebul etdim ve onda kicik ereksiya prablemi yawadim amma otdu kewdi, 2hefde sonra mende 2defe oz ozune sperm axmasi oldu. Fikir vermedim. Amma indi mende ciddi ereksiya prablemi var. Men bunu hekime getmeden apdekden derman almaqla hell ede bileremmi?
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:20
Salam Huseyn. Yuxuda boşalmaların olması, müntəzəm cinsi həyatın(boşalmaların) olmamasından xəbər verir. Ereksiya problemlərinin müxtəlif səbəbləri var və bu səbəbləri müəyyən etmədən, heç bir dərman preparatının qəbul edilməsi, məsləhət deyil. Uğurlar.
Araz | 1 Mart 2013 09:42
Salam hekim. Xahis edirem imkan varsa 3 sualima da cvb veresiniz. Onceden Teshekkurler. Prostatit (prostat vəzinin iltihabı) əlamətləri olub olmadigini harda yoxlada bilerem ve texmini neceye olar? Bu fesadlara yol aca bilermi? Prostatit elamətlərinin azalması, xəstəliyin kəskin dövrünün bitməsini ile bu oz ozune sagala bilermi?
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:15
Salam Araz. 1. Bu müayinəni bizim klinikada, 20 AZN-ə keçə bilərsiz. 2. Prostatitin müxtəlif fəsadları var - cinsi problemlər, sidikçıxarma ilə bağlı problemlər, spermanın keyfiyyətinin azalması. 3. Prostatit öz-özünə sağala bilməz. Uğurlar.
kenan | 28 Fevral 2013 20:59
hekim salam.menim de prablemi hell etmekde komeyinize tibbi olaraq ehtiyacim var.22yawim var subayam,cinsi elaqe zamani 1defe tez muddetde bowaliram ve bundan sonrada cinsi orqan zeifliyir yeniden cisi elaqede ola bilmirem.men neynemeliyem.
Dr.Orxan Agabəyov | 2 Mart 2013 09:06
Salam Kenan. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlərin səbəblərini müəyyənləşdirib, müalicə etmək, məsləhətdir. Uğurlar.