yeraz | 3 Mart 2013 04:59
salam hekim. men birden ele gun olur ki, coxlu masdurbasiyanan mesgul oluram bunun gelecekde qorxusu yoxdu? hemde tez bowaliram. cvba gore tewekkur.
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:25
Salam. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Əgər erkən boşalma, masturbasiya vaxtı olursa, ola bilər Sizin cinsiyyət sisteminizdə iltihabi prosess var. Uğurlar.
Mamed | 2 Mart 2013 22:55
ekstenderlərin (xüsusi cihazların) vaisdesiyle penisin boyudulmesinin ziyani varmi? gelecekde ne kimi poblemler yarada biler? bu porsesden sonra penisin evvelki vezyetine qayitma ehtimali var? birdeki bu cihazlardan sizde var? varsa bu posesin qiymeti ne qederdi teqriben?
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:20
Salam Mamed. Ekstender, düzgün istifadə olunursa, heç bir problem yaratmır. Əgər uzanma baş veribsə, penisin ölşüləri əvvəlki vəziyyətinə qayıtmır. Daha ətraflı 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə. mənimlə əlaqə saxlayın. Uğurlar.
Elmir | 2 Mart 2013 19:16
Salam.Cinsi orqani uzatmaq daha inkisaf etdirmek ucun muasir cihazlar var.yeni wexsi stifade ucun nezerde tutulan ve avropada satislarla satilan cihazlar.meselen bunlardan biri olan Penimaster adli cihaz.sizce bu cihazlarin xeyri ne derecedi ve bu cihazlari Azerbaycanda nece elde etmek olar?evvelceden tessekkurler
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:13
Salam Elmir. Adətən, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar(müntəzəm istifadə şərti ilə). Daha ətraflı, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Reshad | 2 Mart 2013 17:52
Salam hekim.Her vaxtiniz xeyir olsun.Evvelki sualimi cavablandirdiginiz ucun size minnetdaram.Mene demisdiniz ki sizde psixogen menseli cinsi zeiflik var.Bele cixir ki men hokmen androloqa mi muraciet edim?Mualice dermanla mi aparilir?Isinizde ugurlar
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:09
Salam Reshad. Psixogen mənşəli erektil disfunksiya problemində, müalicə 2 istiqamətdə aparılır - həm dərman preparatları həmdə rasional psixoterapiya. Bu müalicə, androloq tərəfindən aparılır. Uğurlar.
Afqan | 2 Mart 2013 15:57
Həkim salam. Varikosele əməliyyatından sonra minimal hidrosel yaranıb ağir yük götürən kimi arğılar verir. bunan necə can qutarmaq olar və fəsadları nə ola bilər? əvəlcədən təşəkür edirəm.
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:01
Salam Afqan. Hidroselenin müalicəsi cərrahidir, amma minimal maye yığılıbsa əməliyyat etməmək də olar. Fəsadlar müxtəlif ola bilər, xayanın qan təhcizatı pozula bilər və toxumyaranma prosessinə mənfi təsir göstərə bilər. Uğurlar.
ulvi | 2 Mart 2013 08:44
salam menim 21 yasimvar usaqliqdan verdis etdiyim masturbasiyani tergide bilmirem bunun ucun ne etmeliyem ve bunun hansi zererleri var onceden tesekkur
Dr.Orxan Agabəyov | 4 Mart 2013 19:57
Salam Ulvi. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Masturbasiyanı azaltmaq üçün, fikrinizi hansısa məşğuliyyətə yönəldin, məsələn idmana və müntəzəm cinsi həyata başlayın. Uğurlar.
Ziya | 1 Mart 2013 23:40
Dok.Salam!Məndə prostat adinoması var və eyni zamanda özumdə zəiflik hiss edirəm.Bunların müalicəsi mümkündürmü?Əyər mümükünsə necə?Diqqətinizə görə saq olun!Hörmətlə .
Dr.Orxan Agabəyov | 3 Mart 2013 09:12
Salam Ziya. Bu problemlərin müalicəsi mümkündür: adenomada - dərman preparatları, cinsi zəiflikdə isə - dərman preparatları ilə yanaşı, rasional psixoterapiya metodları istifadə olunur. Uğurlar.
Musa | 1 Mart 2013 23:18
Salam,doktor.Mənim 24 yaşım var.Məndə varikosele var.Bilmək istəyirəm ki ,gələcəkdə bu hal mənə övlad sahibi olmağa mane ola bilər?
Dr.Orxan Agabəyov | 3 Mart 2013 09:14
Salam Musa. Varikosele kişi sonsuluğunun ən rast gəlinən səbəbidir. Hal hazırkı vəziyyəti qiymətləndirmək üçün, spermoqramma analizindən keçın və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Uğurlar.
Elmir | 1 Mart 2013 20:29
salam doktor bzm 2ildir usagmz olmr, her cur hormonal, yaxma,doppler analizleri vermisik lakin sperm faizinin asagi (10-20%)olmasnin sebebini tapa bilmrk,hecbir sebeb tapilmir lakin sperm faizi asagidir,1il intensiv mualice almisam,USA dermanlari,curbecur vitamn,mineral kompleksleri qebul etmsem heccur faizi qaldra bilmirik,sizce bu ne ile elaqedar ola biler?1il aktiv sperm stimullasdrci mualicelerin effekti olmrsa bu omurluk sonsuzluq demekdirmi?tesekkur...
Dr.Orxan Agabəyov | 3 Mart 2013 08:28
Salam Elmir. 2 variant var - ya müayinələr düzgün aparılmayıb və nəticədə, səbəb aşkar olunmayıb, yada səbəbi bilinməyən (idiopatik) sonsuzluq var. Hər halda spermanın göstəriciləri aşağıdırsa, çalışıb səbəbləri aşkarlamaq lazımdır. Müalicədə isə müxtəlif preparatlar(yalnız vitaminlər deyil) istifadə olunur. Uğurlar.
ZAHIR | 1 Mart 2013 20:10
SALAM AXWAMINIZ XEYIR HEKIM,MENDE PENSIM EHTIRASIM OLANDA 13 SM DIR,AMA ADI HALDA 5 SM DIR,BU NEDEN OLA BILER,BIRDE EMELIYAT EDIB PENSI BOYUTMEK UCUN NECEYE EMELIYYAT OLUNUR,VE BU EMELIYYATIN GELECEKDE BIR ZERERI OLMAZKI,YAWIM 35
Dr.Orxan Agabəyov | 3 Mart 2013 09:20
Salam Zahir. Penisin ölçüləri ehtiraslı vəziyyətdə və adi halda fərqlənməlidir, bu tamamilə normaldı. Penisin 13sm-lik uzuluğu, normaya uyğundur. Əgər hər hansı başqa sualınız varsa, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.