ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
zafer | 4 Mart 2013 16:30
Salam hekim.Meni bir sual da maraqlandırır: üzr istəyirəm mende qalxanda özü bütünlükde ağrıyır, ele bil kanalda ağrıyır bunun sebebi nə ola bilər?spermoqramma analizində rəqsi hərəkətli olanlarda problem var 22 %di , olmalıdır h(kiçikdi 8).1 ildən çoxdu evliyəm övladımız yoxdur.hər şey üçün çox sağolun.
Dr.Orxan Agabəyov | 6 Mart 2013 06:53
Salam Zafer. Çox güman ki, Sizdə uretrit(sidik kanalının iltihabı) var. Əgəaktiv hərəkətli spermotozoidlərin faizi, normaya uyğundursa, rəqsi hərəkətlilərin normadan çox olması, problem sayılmır. Uğurlar.
natiq | 4 Mart 2013 14:40
Salam həkim. Cavaba görə təşəkkur edirem. hekim bilmek isteyirdim ki kremden istifadə olunduqda bu spermanin tərkibine təsir göstərir yeni hamilelik üçün problem yaradır.
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:02
Salam Natiq. Bəli, belə bir ehtimal var. Əgər hamiləlik planlaşdırılırsa, bu tip vasitələrdən istifadə etmək, məsləhət görülmür. Uğurlar.
Hasan | 4 Mart 2013 12:18
Salam.hekim. 1 heftedi qeribe bir hal bash verir mende..o gun bir meclisde choxlu spirtli ichki qebul etdikden sonra bashlayib bu hal.Ele bil cinsiyet organimda nece deyim vibrator olur :) arada ele bilirem telefondu cibimde vibratir gedir..1 heftedi ki,beledi.bu ne ola biler?
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:17
Salam Hasan. Çox güman ki, bu hiss sinirlərlə bağlıdır, amma iltihabi prosess nəticəsindədə ola bilər. Hər halada müayinədən keçmək, məsləhətdir. Uğurlar.
rauf | 4 Mart 2013 12:15
Salam hekim men qadinin meni opmesine dayana bilmirem isteyirem ki her seyi ozum edib bosalim eslinde tez bosalmiram 20 deq bosaliram ama qadinin toxunusu zamani ozumu qeribe hiss edirem neyneyim
Dr.Orxan Agabəyov | 6 Mart 2013 06:51
Salam Rauf. Bu problem cinsi təcrübəsizliklə bağlıdır. Təcrübə artdıqca, vəziyyət düzələcək. Uğurlar.
Mirsaleh | 4 Mart 2013 11:32
Doktor Salam! 64 yaşım var.Şəkər və prostatdan eyni zamanda cinsi zəifliyim var.Mənə nə məsləhət edirsiniz?Qabaqcadan təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 6 Mart 2013 08:16
Salam Mirsaleh. Kişilərdə, şəkərli diabet xəstəliyi, cinsi zəifliyin ən əsas səbəblərindəndi. Prostat vəzidədə olan problemlərdə, cinsi zəifli yarada bilər. Bu problemlər müalicə olunsa, cinsi həyat bərpa ola bilər. Uğurlar.
Agati | 4 Mart 2013 11:11
Salam doktor, Xahis edirem suallarima degig cavab verin yan kecmeyin.Penisin plastik emeliyat olunmadan mualice yolu ile boyudulmesi mumkundurmu ve konkret sizin klinikada mumkundurmu? 2. bu gelecekde mueyyen yas dovrunden sonra problem yaratmirki? 3.Texminen neceye basa gelir?
Dr.Orxan Agabəyov | 6 Mart 2013 06:47
Salam Agati. Penisin ölçülərinin artırılması ekstenderlərin(xüsusi cihazların) köməyi ilə mümkündür. Düzgün istifadə olunduqda, heç bir problem yaratmır. Daha ətraflı informasiya üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
elcin | 3 Mart 2013 22:42
Doktor salam! Menim problemim ondan ibaretdirki. Men cinsi elegede olarken cinsi organim duwur ve men axira kimi ola bilmirem ve qutarada bilmirem. Bunun malicesi varmi? Varsada men sizi nece tapa bilerem? tel elagenizi yazin sizi tapa bilim. Cox eziyyet cekirem doktor!
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:54
Salam Elçin. Bəli, bu problemin müalicəsi var. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nigar | 3 Mart 2013 21:18
Salam Dr! Qardasimin 9 yasi var. Bu gun seher yuxudan durarken göbeyin alt terefinde ağridan şikayetlendi, bir qeder sonra xayanin sag terefinde siskinlik ve qizarti olduğunu gördük, həmin nahiyədə əl vurduqda ağri var. Axsama dogru hekime apardiq, o da semicka yagi ile kompres edin ve 5nok verin dedi. Kompres etdikden sonra şişkinlik ve qizarti xayanin alt terefine doğru bir qeder de böyüdü. Hec bir travma da almadiğini deyir. Bizə nə məsləhət görərdiniz? Biz bu vəziyyətdə nə etməliyik? Diqqətinizə görə cox sagolun!
Dr.Orxan Agabəyov | 4 Mart 2013 21:00
Salam Nigar. Bu vəziyyətdə, tezliklə, xayaların doppler müayinəsində keçmək lazımdır. Diaqnoz dəqiqləşəndən sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar. 
NIGAR | 3 Mart 2013 21:05
salam doktor cox maraglidir mene eger kiside axinti agirli iltihab gelmirse, sidikle ifraz olundugda bulasig gelmirse - geca xaya alti niye ve ne ucun gasina biler? minnetdaram.
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:57
Salam Nigar. Səbəb, çox güman ki, göbələk infeksiyasıdır. Uğurlar.
seymur | 3 Mart 2013 20:35
salam hekim men 2 ildiki aleliyem ovladim olmur sag terefimde qrijam var analizmin cavabi: hecmi 2ml aktiv hereketli 20% az hereketli 10% dirilerin sayi 30% oluler sayi70% .bu gosterici ile menim ovladim olarmi? neye gore spermde diri huceyre azdi bunu sebebi sizce ne ola biler? bu saiti asdiginiza gore tewekur edirem cox saq olun...........
Dr.Orxan Agabəyov | 4 Mart 2013 21:30
Salam Seymur. Ən real səbəbi, Siz özünüz yazmısınız - yırtıq(qrıja). Tezliklə əməliyyat edib, bu problemi aradan qalddırmaq lazımdır. Ən vacib göstəricilərdən, spermotozoidlərin sayını yazmamısınız(hərəkətlilik və canlılıq faizləri normadan azdı). Uğurlar.