Ruslan | 5 Mart 2013 19:30
Salam hekim.
Men bir sualim var ; Mene hekim deyib ki, Menim cinsi orqanimda varikoz genishlenme var. Bilmek isteyiremki bu neden yaranir ve mualicesi vami. Chox teshekkur edirem.
Dr.Orxan Agabəyov | 7 Mart 2013 22:45
Salam Ruslan. Varikosele(damar genişlənməsi) cinsi orqanda deyil, xayalarda olur. Anadangəlmə meyillilik olan kişilərdə olur. Varikoselenin müalicəsi, yalnız cərrahidir, yəni əməliyyat yolu ilə. Uğurlar.
Elvin | 5 Mart 2013 15:54
salam hekim .evvela suala cvb verdiyiniz ucun tesekkurler.bilmek isderdimki yuxuda qurtarmaq nese xestelikle baglidi yoxsa adi haldi??
Dr.Orxan Agabəyov | 7 Mart 2013 23:14
Salam Elvin. Əgər boşalmalar(pollusiyalar), nadir hallarda olursa - problem yoxdur, əgər tez-tez olursa, bu hala müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Pollusiyaların, olmaması üçün müntəzəm cinsi həyata başlamaq, məqsədəuyğun sayılır. Uğurlar.
elmar | 5 Mart 2013 15:33
salam dok,men neche illerdi c. elaqede olmuram,30-a yaxin yashim var.xahis edirem bunun fesadlari haqda yazasiz.minnetdaram ve ugurlar
Dr.Orxan Agabəyov | 7 Mart 2013 23:03
Salam Elmar. Cinsi həyatda, uzun fasilələr cinsiyyat sistemində durğunluq(durğunluq prostatiti) yarada bilər. Eyni zamanda, belə fasilələr, müəyyən cinsi problemlərə (erkən boşalma və s.) problemlərə gətirib çıxara bilər. Uğurlar.
Malxaz | 5 Mart 2013 12:50
SALAM DOKTOR CHOX GOZEL PROYEKTDIR! Doktor menim penisimin uz-qu 12 sm dir. Bu mende ozune inamsizliq yaradir. uzatmaq uchun konkret neche sm ve kime muraciet etmek lazimdir.
EVVELCEDEN TEWEKKURLER.
Dr.Orxan Agabəyov | 7 Mart 2013 22:41
Salam Malxaz. Penisin 12 sm-dən artıq uzunluğu, normal sayılır, narahat olmayın. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Fuad | 5 Mart 2013 11:25
Salam dr. mende yalniz 1 neferle cinsi elaqe zamani tez bosalma olur. Bunu nece qaydaya salmaq olar?
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:59
Salam Fuad. Bu problem onunla bağlıdır ki, bu qadın Sizi o birilərdən daha çox ehtiraslandırır. Bu qadına öyrəşdikcə, cinsi əlaqənin müddəti artacaq. Uğurlar.
...... | 5 Mart 2013 10:30
Salam Dr. men chox vaxt cinsi elaqeye bashlamaga chalisharken menim cinsi orqanim tam ozunde olmur bunun uchun men ne etmeliyem
Dr.Orxan Agabəyov | 7 Mart 2013 22:54
Salam. Yəgin ki, söhbət ereksiyanın zəif olmasından gedir. Bu problemin, müxtəlif səbəbləri ola bilər, psixoloji və orqanik. Səbəbləri müyyənləşdirib, müalicə keçmək məsləhətdir. Uğurlar.
ali | 5 Mart 2013 09:04
salam dokdtor menim sualim odur ki men cinsi elaqede 1 defe oluram 2 ci defe bosala bilmirem yeni 1 saat erzinde vax uzandiqdan sonra munkun olur xais edirem mende neyse bir prablem varmi varsa soyleye bilermisin .sagolun
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:48
Salam Ali. Birinci növbədə, çalışın birinci və ikinci cinsi əlaqənin arasındakı fasiləni biraz uzadasız. Ola bilər, Sizdə potensiyanın zəifləməsi hansısa orqanik səbəblə bağlıdır, bunları araşdırmaq lazımdır. Uğurlar.
Aydxox-33 | 5 Mart 2013 08:31
Salam doktor! evvela sayta gore derin tesekkurumu bildirirem! sualim beledi: normal ve ya demek olar ki guclu intim munasibetde olmaq ucun ne qebul eleyim? viagra miagrasiz! menim problemim odur ki, 1ci bosalmadan sonra 2ci defe aktiv ola bilmirem. ya da aktivlik qalibsa cinsi elaqede oldugum zaman aktivlik itir sonukluk yaranir. ve doymuram! ehtiras qalir amma fiziki guc cinsiyyetimde olmur! ne cur komeklik meslehet gorerdiz? EVVELCEDEN MINNETDARLIGIMI BILDIRIREM!
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:42
Salam Aydxox-33. Birinci növbədə çalışın birinci və ikinci cinsi əlaqənin arasındakı fasiləni biraz uzadasız. Birdə, Sizdə potensiyanın zəifləməsinin səbəbləri var, bunları araşdırmaq lazımdır. Hələki, saytda, potensiyanın gücləndirilməsi məqaləsindəki, tövsiyyələrə riayət edin. Uğurlar.
Doktor | 5 Mart 2013 08:31
Salam cenab kolleqa, menim shikayetim penisde istediyim sertliyi ala bilmemedir. men butun movzular oxudum amma mene aid hec bir sey tapa bilmedim. istediyim sertliyi almaq ucun hansi mesleheti gore bilersiz?
Dr.Orxan Agabəyov | 7 Mart 2013 22:49
Salam Doktor. Penisin sərtliyi barəsində, erektil disfunksiya məqaləsində, oxuya bilərsiz. Bu problemin, müxtəlif səbəbləri var, psixoloji səbəblərdən, orqanik səbəblərə kimi. Araşdırıb və müalicə keçib, istədiyiniz nəticəni əldə edə bilərsiniz. Uğurlar.
senan | 5 Mart 2013 08:23
salam hekim cinsi elaqeni guclendirmek ucun nelerden istifade etmek olar?
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:29
Salam Senan. Saytda, potensiyanın gücləndirilməsi haqqında məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Uğurlar.