ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vusal | 6 Mart 2013 21:35
salam doktor mende cinsi orqan 7sm dir o bir problem yarada biler ve ya onu boyutmek mumkundur ne meslehet gorerdiz? Evvelceden tesekur
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:42
Salam Vusal. Əgər ereksiya zamanı, penisin uzunluğu 7 sm-dirsə - bu problemi yalnız cərrahi yolla həll etmək olar. Uğurlar.
Azer | 6 Mart 2013 19:48
salam necesiz? mende 1 ci defe olanda hc 5 saniye cekmir 2 ci defede yarim deyqe 3 defe istemirem uje. olandada yen bir deyqe cekmir. nece edim gec qurtarim? uzr isteyirem sualima gore
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:26
Salam Azer. Əgər cinsi əlaqənin müddəti, bu qədər az olursa -mütləq müalicə lazımdır. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
yasar | 6 Mart 2013 19:38
salam hormetli hekim. menim saq xayamda bir az berklik var. men ne etmeliyem.yasim57-dir. saq olun.
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:23
Salam Yasar. Birinci növbədə Siz, xayaların doppler müayinəsindən keçməlisiniz, diaqnozu dəqiqləşdirib - düzgün müalicə təyin etmək olar. Uğurlar.
cingiz | 6 Mart 2013 18:02
salam hekim men bir nece ay bundan qabaq muayineden kecdim her seyin cavabi yaxsi cixdi amma mene vitaminler yazdi hamsini aldim qebul etdim indi nese zeiflik emele gelib men neyniyim neter edim
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:52
Salam Cingiz. Bu situasiyada 2 variant var - 1. Bütün lazım olan analizlər aparılmayıb, yada düzgün olmayıb. 2. Problemin səbəbləri - psixoloji səbəblərdi. Hər halda müalicə olunmanız, məsləhətdir. Uğurlar.
Hesen | 6 Mart 2013 16:29
Salam doktor... Mende bele bir zeiflik elameti peyda olub. hem tez boshalma, hemde ikinci defe olmag isteyende gec galxir chox gec...mene nece komek ede bilersiz? ve heftede neche defe seks ile meshgul olmag lazimdir?
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:14
Salam Hesen. Həftə ərzində cinsi əlaqələrin sayı, kişinin yaşından asılıdır, məsələn 30 yaşdan sonra həftədə 2 dəfə cinsi əlaqə - normal sayılır. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
Haci | 6 Mart 2013 15:59
salam hekim. men cinsi elaqede oalrken tez bosaliram ereksiyaya gore problem olmur sadece tez bosaliram bunun ucun ne ede bilerem. krem ve ya basqa bir sey meslehet gorursuz?
Dr.Orxan Agabəyov | 8 Mart 2013 09:10
Salam Hacı. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
Kənan | 6 Mart 2013 11:46
Salam.25 yaşım var ovladımda var.cinsi gücümün az olmasından heç şikayətlənməmişəm həmişə istəkli olmuşam.Ama erkən boşalmanın qabağını heçcürə ala bilmirəm.Zəhmət olmasa daha dolğun müalicə metodu yaza bilərsiniz?
Dr.Orxan Agabəyov | 8 Mart 2013 08:50
Salam Kənan. Ümumiyyətlə, erkən boşalma, başqa orqanların xəstəliyi kimi,  bir xəstəlikdir. Və o biri xəstəliklərdə olduğu kimi, səbəbləri araşdırılıb - dərman müalicəsi və davranış psixoterapiyası aparılmalıdır. Uğurlar.
Araz | 6 Mart 2013 10:39
Hekim cvba gore tewekurler. Zehmet olmasa bir sualima da cvb vererdiz. bu cinsiyyet orqani problemleri ile bagli analizlerin hamisi (spermoqramma, xayalarin doppler muayinesi, prostatit, damar geniwlenmesi ve s) bir sozle tam yoxlamadan kecmek ucun analizin qiymeti neceyedir ? ve ya texmini bu analizlerin cemi neceye olar?
Dr.Orxan Agabəyov | 8 Mart 2013 08:42
Salam Araz. Məsələn spermoqramma - 20 AZN-dir, Prostat vəzinin USM-i - 20 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
orxan | 6 Mart 2013 05:36
salam hekim.men daimi cinsi elaqede oldugum qadina penisimi salanda bezen onun cinsi orqaninin agzi ele sixilir ki penisim elebil hec iceri girmeyecek.bezen hec girmir de.ama bezen de her sey normal alnir.bu hem ona hem de mene eziyyet verir.bunu sebebini yazin zehmet olmasa.
Dr.Orxan Agabəyov | 8 Mart 2013 08:37
Salam Orxan. Bu partnyorun ehtiraslanmasından asılıdır, nə qədər cinsi əlaqədən öncə nəvaziş(prelyudiya) stadiyası uzunmüddətli olarsa, bir o qədər qadında ehtiras daha çox olar və bir o qədər cinsi əlaqə rahat olar. Uğurlar.
Elmir | 5 Mart 2013 20:10
salam Xlamidea ve lardnerella ne mikrobudu ve qorxuludurmu ziyani nedir evvelceden oz minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:55
Salam Elmir. Gardnerella, kişi üçün təhlükə yaratmır, 1 kurs müalicə ilə keçir. Amma xlamidiya, kişi cinsiyyat sistemi üçün çox təhlükəlidir və aşkar olunduğu təqdirdə, mütləq müalicə olunmalıdır. Hər 2 infeksiya, cinsi yolla ötürülür. Uğurlar.