Gunay | 9 Mart 2013 22:18
Salam hekim... Menim 20 yawim var., men cinsi elaqe zamani bowalmiram. Ama 1 2 saat sonra oz ozune axir. Bu neynen elegelidi? Menim refiqem mastrubasiya zamani qutarir. Ama men neqeder ellewirem qutara bilmirem. (Tibde ayib yoxdu) diye men aciq aydin yazdim.. Indiden cox sagolun...
Dr.Orxan Agabəyov | 12 Mart 2013 05:51
Salam Gunay. Qadınlarda orqazın olmaması, müxtəlif səbəblərdən ola bilər - həm psixoloji həmdə orqanik. Birdə elə qadınlar var ki, yalnız birinci hamiləlik olandan sonra, cinsi əlaqə zamanı orqazm yaşayırlar. Uğurlar.
Elvin | 9 Mart 2013 17:17
Salam Hekim. Meni 1 ci defe cinsi yaxinliq etdiyim vaxt tez bosalma prosesi narahat edir . Buna komek hansi surtme mazi meslehet gorersiniz . Birde sizin nomrenize zeng vurub sizinle danismaq isteyirem meslehet gorseniz mualiceye gelmek barede texminen hansi saatda Rahat danismaq ucun zeng vurmaq olar zehmet olmasa
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:43
Salam Elvin. Erkən boşalma müxtəlif səbəblərdən yandığı üçün, tək kremin istifadəsi effekt vermir. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, istənilən vaxt mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elvin | 9 Mart 2013 16:28
salam hekim.men analiz verdimmende leykosidler11.2%gosderdi o narmaldi?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 06:51
Salam Elvin. Hansı analizi vermisiniz? Leykositlər hər bir analizdə çıxa bilər - yaxmada, sidikdə, spermada. Və leykositlər, adətən % -lə göstərilmir, sayla göstərilir. Bunları, nəzərə alın və təkrar sualınızı verin. Uğurlar.
kenan | 9 Mart 2013 16:17
salam doktor. mende prablemim var uzr isteyrem qadinla olanda durmur amma ureyim isteyr berkimir bir cox ele bir qiriq berkiyen kimi bowaliram ikincide cetinlikle gelir amma isteyrem genede men nece edim ne meslehet edisiz mene doktor.
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:39
Salam Kenan. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlər haqqında, saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər vəziyyət düzəlməsə, müalicə lazım olacaq. Uğurlar.
Rasim | 9 Mart 2013 15:34
Salam Hekim, men sizin klinikaya yaxinlassam orda analiz vere bilerem? bir de mende usagligdan cox cox gasinma var, hem de usagligdan mende penisimde artiq etler var xirda xirda, ziyil kimidir. Amma baxiram ki, ele bil arada onlar az az da olsa artir. 5 ilden bir dene balacasi emele gelir yaninda, bunun sebebi nedir? ve o artiq etlerden sizin klinikada temizlene bileremmi?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:32
Salam Rasim. Çox güman ki, Sizdə papillomavirus var. Papillomavirusun müalicəsində həm dərman preparatları həmdə lazerlə papillomaların təmizlənməsi tətbiq edilir. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Ruhin | 9 Mart 2013 12:20
salam hekim baxislayin sizi nerxat edirem baxislayin sualima gore men cisi eleqda olda eziyet cekirem qutarmaqa gec kutariram?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:28
Salam Ruhin. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
ferid | 9 Mart 2013 09:57
salam hekim. Öncə sizə təşəkkür etmək istyirəm ki, belə şərati yaratmısız cox sağ olun. deməli həkim mən bir xanimla cinsi əlaqədə olmuşam. öncədən mənə deməyib ki, bakirəyəm. cinsi elaqə zamanı penis vaginaya daxil olmurdu bir nece cehdde sora azca girmişdiki gordum sag terefden qasiq nahiyem penisin yani qan olub ozude coxlu deyib bilmedim nece oldu ama maraqli oduki penise bir qramda olsun qan deymeyib indi fikirleşirəm ki, bəlkə məni aldadır yalan deyir. sora davam elədim və penis vaginaya daxil oldu qutardim ama penise qan deyilən şey dəymədi. birde maraqlıdı qizliq perdesi acılanda qan tezyiqle cole cixir yoxsa sadece axır? cavaba görə öncədən təşəkkürlər
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:48
Salam Ferid. Bu suala dəqiq cavab vermək çox çətindir, ona görə ki deflorasiya zamanı(bakirəlik pozulanda) qan axma individualdır, yəni qan azda ola bilər çoxda. Qan sadəcə axır, təzyiq olmur. Deflorasiyanın olub-olmamasını dəqiq yalnız qinekoloq. baxışdan sonra deyə bilər. Uğurlar.
elcin | 9 Mart 2013 09:08
salam dr. mende her shey normaldir, ama intim elaqe zamani tez qutariram.bununcun ne etmek lazimdi?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:26
Salam Elcin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Uğurlar.
emil | 9 Mart 2013 00:51
salam hekim, bakida cinsi orqani boyutmekcun emeliiyat edirlermi? ve qiymetleri necedi?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 05:22
Salam Emil. Bəli, belə əməliyyatlar edilir. Qiymətlər, konsultasiya zamanı təyin edilir. Uğurlar.
Wems | 8 Mart 2013 23:38
Salam hekim... Men niwanliyam istemediyim bir oglana ve mende ona qarwi ehtirasim yoxdu.. Men caliwiramki ona qarwi ehtirasli olam ama bacarmiram... Bununla men nece mucadele aparim? Twk indiden
Dr.Orxan Agabəyov | 9 Mart 2013 20:03
Salam Wems. Məcburən hər hansı insana qarşı, özündə ehtiras yaratmaq, mümkün deyil. Ola bilər, ailə qurandan sonra, Sizdə bu hisslər yaransın. Uğurlar.