ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Adsiz | 25 Dekabr 2013 15:23
Salam hekim sualima gore uzr isdeyirem men cinsi organin boyuk olmasi ucun hansi derman ata bilerem xaiw adini deyerdizde
Dr.Orxan Agabəyov | 27 Dekabr 2013 06:02
Salam Adsız. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
Emin | 25 Dekabr 2013 14:33
Salam hekim. Men infeksia olub olmamasina gore analiz verdim. St.auresu adli infeksiya cixdi. Bu cinsi yolnan kecen infeksiyadi yoxsa nece? yaxud ne derecede tehlukelidi. 1 aydan cox kecib helede mualice elememisem. Evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 21:15
Salam Emin. Xeyr, bu cinsi yolla keçən infeksiya deyil və stafilokokklar hamıda var. Amma cinsi infeksiyaları yoxlamaq üçün, mütləq müasir müayinə metodları istifadə olunmalıdır, yəni yoxladığınız üsulla cinsi infeksiyaların aşkarlanma ehtimalı azdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
roma | 25 Dekabr 2013 09:41
slm hekim mende sper 33 faizdi ata olmaga besdi
Dr.Orxan Agabəyov | 27 Dekabr 2013 05:48
Salam Roma. Bu suala cavab vermək olmur - spermoqrammada başqa vacib göstəriciləri bilmədən, dəqiq diaqnostika mümkün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ceyhun | 24 Dekabr 2013 22:12
Salam hekim.menim 24 yawim var.bir ilden coxdu bel qrijasindan eziyyet cekirem.bezi mualicelerden kecmiwem ama ele bir xeyrin qormemiwem.son qetdiyim manualist hekim meni analiz etdikden sonra dediki sende bel yirtigi cinsi problemlerden emele qelib.bu ne derecede duzgundu?Bu xesteliyin evvelinde menim xayalarimda widdetli agrilar vardi.Hetta ilk once xayalarda qrija olmasindan wuphelenib uziden kecdim.Ordan diaqnoz olaraq hekim xaya damarlarinda durgunluq ve besit kista emele qeldiyini bildirdiMene tez bir zamanda cinsi elaqede olaraq bowalmami meslehet qordu.Sozun duzu vaxtimin olmamasi ve iwlerin meni yormasi ile elaqedar bunu ede bilmedim.sonralar bu agrilar belimde ozunu qostermeye bawladi.Artiq onda ciddi bir problem oldugundan wuphelenib tomoq.kecdim ve L5 s1 diskinde 8.5 mm qrija oldugu anlawildi.ele hemin dovrden cinsi zeiflikler bawladi ve hal hazirda bu ozunu daha cox qosterir.cox qec ve cuzi sertlewir ve bir nece saniye erzinde evvelki veziyyetine qayidir ve hissiyatsizliq uste qeyd etdiyim kimi hemde hissiyatsizliq meydana qelib.sizden Xaiw edirem bunlarin sebebinin ne olmasi ver yaradacagi diger problemler haqqinda ve mualicenin lazim olmasi haqda melumat veresininz.Tewekkurler
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 07:54
Salam Ceyhun. Cinsi problemlərdən, bel yırtığı əmələ gəlmir, bu cəfəngiyyatdır. Sizdə yaranmış cinsi problemlər müxtəlif səbəblərdən ola bilər-  həm orqanik həmdə psixoloji(beyninizə salmısız ki, əgər yirtıq olarsa, cinsi problemlər də olacaq). Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aqsin | 24 Dekabr 2013 16:19
salam hekim men duz dord ildiki qadinla elaqede ola bilmirem bunun mualicesi caresi varmi
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:39
Salam Aqsin. Cinsi zəiflik probleminin müxtəlif səbəbləri var - psixoloji və orqanik. Səbəblərdən asılı olaraq, böyük əksəriyyət hallarda bu problemi aradan qaldırmaq olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
damla | 24 Dekabr 2013 16:13
salam hekim cox xahiw edirem cvblandirardiz ..menim yoldawim analiz vermsdi netice oliqospermiya cixmisdi mualice aldi 3 ayliq ancaq netice daha da asagi cixib.sperma sayi 5 mln normal morfologiya 48,tez hereketli 0% yavaw hereketli 10 %...coxx xahiw edirem bunun mualicesi var?yoxsa ancaq suni mayalanma olmalidir..onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:35
Salam Damla. Bu situasiyada proqnoz, səbəblərdən asılıdır - elə səbəblər var ki, aradan qaldırıb, göstəriciləri artırmaq olar, elə səbəblər var ki yox. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
jale | 24 Dekabr 2013 11:12
Salam hekim.yoldasimla cinsi elaqe zamani onun penisi kicilmeye baslayir.bu ayda bir ya iki defe bele tekrar olunur.bunun sebebi ne ola biler?..
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:29
Salam Jale. Bu ereksiyanın zəifləməsi əlamətidiri. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda, potensiyanın gücləndirilməsi mövzusunda, məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər bir müddətdən sonra, özünüzdə fərq hiss etməsəz, müalicə lazım olacaq. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Azef | 24 Dekabr 2013 10:45
Salam Hekim Mende her Gun Bosalma Olur Ondan Nece Qurtula Bilerem?
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:12
Salam Azef. Müntəzəm cinsi həyata başlamaqla, bu problemi həll edə bilərsiz. Uğurlar.
Rustem | 24 Dekabr 2013 09:34
Salam, hekim. 1-2 gundur ki, xayamin ustunde qirmizi shish kimi bir sey cixib. Oyrenmek isterdim ki, bu cur kicik shishler neye gore olur ve tehlukelidirmi ? Cox sag olun
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:12
Salam Rustem. Aydındır ki, xayalarda yaranmış hər bir problem təhlükəlidir, amma yazdığınız məlumat əsasında diaqnozu aydınlaşdırmaq olmur, əgər şiş dərinin üstündədirsə, bir diaqnoz, içəridədirsə - başqa bir diaqnoz ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kanan | 24 Dekabr 2013 08:19
salam həkim məndə uzun müddətdirki stafilakok və sitomeqlavirus infeksiyaları varki buda məndə prostatın sıradan çıxmasına prostatitə gətirib çıxarıb.Cinsi zəiflikdən birdə əsas tez boşalmadan əziyyət çəkirəm,çox xahiş edirəm mənə bir məsləhət verin bu xəstəlikləri müalicə etmək olarmı olarsa necə?Çox sağolun
Dr.Orxan Agabəyov | 25 Dekabr 2013 08:16
Salam Kanan. Sitomeqalovirus prostatit yaratmır, stafilokokklar isə bütün insanlarda var, yəni səbəblər dəqiqləşdirilməlidir.  Hər bir halda müalicə mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.