nicat | 27 Dekabr 2013 14:11
salam hekim sualima gore uzr isdeyirem menim penisimi 4 5 santi boyutmek ucun ne ede bilerem cox xaiw edirem bir yolu varsa deyin ?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 07:17
Salam Nicat. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Rahim Axundov | 27 Dekabr 2013 13:59
Doktor salam.Yoldashim noyabrin 21-de aybashi olub ve dekabrin 25 de hamile olmasi ashkarlanib.dekabrin 22-24-de seher ve axsham 200 mq olmaqla qurda qarshi ablendazol ichib.Bu gelecek korpe uchun ne qeder tehlukelidir?
Ne edek?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 07:17
Salam Rahim. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
telman | 27 Dekabr 2013 13:59
salam hekim ,bu sualima gore uzr isteyirem.Cinsi elaqede olan zaman dermandan istifade elemeyin orqanizme ziyani var?s-l tekibi olan dermanlar ve s.ziyani var ?Bu dermanlari ay erzinde nece defe istifade etmek olar ?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 07:17
Salam Telman. Hər bir dərman preparatı istifadə etməkdən öncə, həkimlə məsləhətləşmək daha düzgün olar. Bu tip dərmanlar, psixoloji asılılıq yarada bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilqar | 27 Dekabr 2013 12:21
Salam. Evvelceden uzur isteyirem hamidan. Bir taniw penisinin balaca olmaqinnan yaman wikayetlenir. Onun tebii yolnan yeni cerrahi yolsuz hansisa mualicesi var?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 07:17
Salam İlqar. Heç bir təbii vasitə penis ölçülərinə təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Emin | 27 Dekabr 2013 11:44
Xayanin biri olmadiqda bu nelere ziyan vura biler? Bunun neyi pisdi tez boshalma bundan ola bilermi?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:44
Salam Emin. Xayanın birinin olmaması, spermanın göstəricilərinin zəifləməsi ilə nəticələnə bilər. Amma bir xayanın olmaması, mütləq problem sayılmır, yəni hər şey qaydasındada ola bilər. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar Memmedov | 27 Dekabr 2013 10:48
Salam həkim.Mənim vacib bir neçə sualım var.Zəhmət olmasa cavablandıraydınız.
Mənim yaşım 26-dı.Yal hazırda nişanlıyam.
Sualım.
1-Mənim sol xayama geden damarda varikoz var.Hemin xayamda obiri xayama nisbətən çox zaman aşağı sallaq vəziyyətdə durur.Varikozu 6 il bundan öncə özümdə görmüşəm.Üzdən görməkdə olur,əllədə hiss etmək olur.Hardasa 3-dərəcəli varikoz deyərdim mən.Ama bu günə kimi heç bir həkimə getməmişəm.Bir az qorxuram,həmdəki eşitmişdimki bir yerdən varikozu olanlarında uşaq problemi çox az olur.Mənə heç bir narahatçılıq vermir.Normal formada mastrubasiyada oluram.Cinsi orqanımda maşallah aktivdi.
Sualım budurki həkim bu varikozu əməliyyatsız bərpa etmək olarmı.Birdəki həkim belə qalsa məndə gələcəkdə uşaq dünyaya gətirməyimdə problem yaşatmazki?
Öncədən təşəkkür edirəm hörmətli həkimimiz.
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:44
Salam Anar. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ehmed | 27 Dekabr 2013 10:29
salam hekim,menim 23 yasim var ,sualim belediki men 5-6 ay qabaq yixildim ve sol xayam ezildi(sixildi) ve ondan sonra menim sol qicimin dibinde (varikasel emeliyyati oldugum yerden)sancilar olmaga basladi ve sonra tedricen cinsi fealiyet zeiflemeye basladi,esasende sol xaya gucunu itirdi(zeifledi,sperma ifrazi azaldi sol xayada) ve hekim sol xaya ve sag xaya arasinda tarazliq pozuldu sol xaya zeif sag xaya normal veziyyetde oldu ve dikelme(sertlesme) olanda sol xaya zeif oldugundan sag xayaya cox guce dusur ve agrilar olur birde hekim cinsiyyet organi tam sertlesmir ,qicimin dibinde ve belimde agrilar(zeif sancilar) olur.men hemde iki defe varikaselden ve vodyankadan emeliyyat olmusam7-8 il evvel,hekim bu hallarin sebebi nedir ve mualicesi varmi? xahis edirem sualimi cavablandirardiz
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:43
Salam Ehmed. Səbəbləri Siz özünüz yazmısız, xaya travması və nəticədə yarana bilən hormonal pozğunluq. Dəqiqləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ramil | 27 Dekabr 2013 10:19
salam hekim masturbasiya zamani yigdigimiz beden ezeleler itir eger itirse sonra mewq etmeknen yeniden hemin bedene sahib olmaq olar???
indiden tesekkur
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:43
Salam Ramil. Masturbasiyanın əzələ kütləsinin artımına və ya zəifləməsinə aidiyyatı yoxdur. Uğurlar.
Togrul | 26 Dekabr 2013 21:43
Salam hekim tebii yolla kiwi cinsi orqanini nece boyutmek olar hec1 derman olmadan?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:36
Salam Togrul. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin ölçülərinə heç bir təbii vasitə təsir etmir. Uğurlar.
elmin | 26 Dekabr 2013 19:49
salam hekim men uretraterapiyadan emeliyat olmuşam evliyem menim uşagim ola bilermi .?
Dr.Orxan Agabəyov | 31 Dekabr 2013 06:36
Salam Elmin. Yazdığınız termin düzgün deyil, ümumiyyətlə kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.