ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
fuad | 3 Yanvar 2014 18:49
salam doktor,menim xayalarimda ve qasiq nahiyemde aqri var,sidiyimin teziqi zeyifdi ve goyneme olur,mene doktor deyib ki mende prostotit var.doktor men bilmek isterdim meni mualice edib zemanet vere bilersiniz?evvelceden teshekkur.
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:08
Salam Fuad. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anubis | 3 Yanvar 2014 17:44
salam hekim her gun mastubasiya olmag hansi eks tesir gostere biler? bu cinsi zeifliy yarada biler?
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:43
Salam Anubis. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Rauf | 3 Yanvar 2014 17:00
Salam hekim.mende tez bowalma problemi var.Ama hevesim superdi tez tezde cinsi elaqede oluram.v atanda yene hemin wey olur.Bu sonradan baw vermeyib sadece ele men evveceden beleyem.bunun elaci varmi bu problemi aradan qaldirmaq olarmi??
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:43
Salam Rauf. Bəli, erkən boşalma probleminin müalicəsi var. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 3 Yanvar 2014 16:14
salam hekim. menim prablemim bezilere gulmeli geler,cox tez etiraslaniram,tez tez cinci elaqe isteyirem hetda gunde bir nece defe . ozumu narahat hiss edirem bunu biraz azaltmaq olarmi? esitdiyime gore ada cayi azaldir isteyi ,bu duzgunmu.xais edirem derman yada cay varsa mene yazin ozumu seksual manyaka benzedirem
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:42
Salam Orxan. Sizdə olan vəziyyət tamamilə normaldı və süni şəkildə ehtirası azaltmaq düzgün deyil. Uğurlar.
Leyla | 3 Yanvar 2014 08:11
Salam hekim! yoldashim analiz verib(Yaxmanin mikroskopiyasi). Analizde (uretral) Leykositler 4-5; Epitel huceyreleri 10-15. chixib. Chox xahish edirem bu analizin achixlamasini vererdiniz. Cavabinizi sebirsizlikle gozleyirem. Qabaqcadan teshekkurumu bildirirem
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:20
Salam Leyla. Yaxmanın mikroskopiyası qeyri-informativ analizdir və yalnız sidik kanalının vəziyyəti haqqında informasiya verir, yəni cinsi infeksiyalar bu analizlə təyin olunmur. Yoldaşınızın nəticəsinə əsasən, sidik kanalında yüngül iltihabi prosesin olduğunu qeyd etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rakim Bolt | 3 Yanvar 2014 03:24
Salam Dr.Agabekov. Mən 2 il əvvəl epididimit keçirdim və müalicə aldım. Mənə elə gəlir ondan sonra sərtləşmə problemi yarandı. Yəni səhər ekersiyası bəzən olur bəzən yox. Ya da çox zəif olur. Birdə cinsi əlaqə ilə paralel çox masturbasiyanın ziyanı ola bilər? Çox masturbasiyadan söhbət gedir. Bəzən isə elə olur ki, partnyorumla sevişərkən belə sərtləşmənin əvvəlki kimi olmadığını görürəm. Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:20
Salam Rakim. Ola bilər Sizdə hormonal pozğunluq yaranıb və bu problemlərin səbəbi hormonalarla bağlıdır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 2 Yanvar 2014 18:34
salam hekim spermada lesitinin azligi ne demekdir?normal olmasi ucun ne etmek lazimdir?
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:20
Salam Tural. Spermada lesitin dənəciklərinin azlığı, prostat vəzinin funksiyalarının zəifləməsi haqqında işarədir. Lesitin dənəciklərinin sayının artırılması üçün, birinci növbədə prostat vəzi xəstəliklərini müalicə etdirmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 2 Yanvar 2014 18:10
salam . heftede 3 defe masturbasiya ile mewgul olmaq ezeleye ziyani varmi ?? ezele erimesi kimi??
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:19
Salam Tural. Masturbasiyanın əzələ aartımı və ya azalması aidiyyatı yoxdur. Uğurlar.
abbas | 2 Yanvar 2014 16:44
salam Doctor bayraminiz mubarek. hekim menim 21 yawim var. Cinsi elaqede oldugum halda orqanim berkimir ve tez qutariram. Ancaq adi hallarda her wey normaldi. Men ne edim?
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:05
Salam Abbas. Çox sağolun, Sizinlə bahəm. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 2 Yanvar 2014 12:51
salam.mnim 26 yasim var penisin uzunlugu 12-13 sm-dir.onun uzunlugunu nece ve nece sm boyutmek olar? evvelceden tesekkur
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:05
Salam Elvin. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.