ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Samir | 5 Yanvar 2014 12:25
Salam hekim. mende cinsi orqanda hiperhessasliq var .. bilmek isteyirem denervasiya emeliyyati bakida kecirirlirmi? ve qiymeti texminen nece manata bawa gelir?
Dr.Orxan Agabəyov | 6 Yanvar 2014 08:26
Salam Samir. Bu tip əməliyyatların, effekiv olmamaları və daha effektiv müalicə metodikaların mövcudluğuna görə, erkən boşalma problemində cərrahi müdaxilə aparılmır. Erkən boşalma problemində, əsas boşalma müddətinin artırılmasıdır, bunu da əməliyyatsız nail olmaq olur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
camal | 4 Yanvar 2014 19:40
salam hormetli hekim, men cinsi elaqe zamani tez bowaliram, gec bowalmaq ucun ne etmeliyem ? dermandan istifade ede bilerem ? umumoyyetle hansi dermanlardan istifade ede bilerem ve nece istifade ede bilerem ? xahiw edirem sualima etrafli cavab yazasiniz , qabaqcadan tewekkur edirem size
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:16
Salam Camal. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
alper | 4 Yanvar 2014 13:29
hekim salam.men son zamanlarda boshalma ede bilmirem ve tedricende hiss ediremki,cinsi aktuvliyim azalir.hetta artiq boshalmasamda,sonadek elaqede ola bilmirem.sizin shexsi klinikaniz varmi? ve anonimliye teminat verirsinizmi?teshekkurler
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:26
Salam Alper. Anonimlik, bizim praktikada əsas şərtdir. Ünvan: Nyu-med klinikası, Həsən Əliyev küçəsi, 29. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 4 Yanvar 2014 10:56
Salam Hekim men hefde de 2-3 defe qiz yanin da oluram hemin qiznan cinsi elaqe 10 deq cekir ancaq bawqa bir qiznan olan da 2-3 deq cekir bunun sevebi Nedi hekim? Birde men qarwinma olur iyi kimi de gelir zehmet olmasa melumat vererdiz Unvan harda yerlewir hekim sagolun
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 05:49
Salam Emin. 1. Bu sırf psixoloji səbəblərdən irəli gələn problemdir. 2. Bu cinsi infeksiyanın əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Ünvan: Nyu-med klinikası, Həsən Əliyev küçəsi, 29. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seadet halilli | 4 Yanvar 2014 01:32
Salam hekim menim yoldasim maskvada davamli oldugu ucun uzr isteyirem men mistbasyon yolu ile heftede bir orqazm oluram 4 yasli oglum var keserivle anadan olub her orqazm olduqdan sonra qasiqlarimda agri olur xais edirem mene bunu aciqlayasiniz ve bir qeribe is varki yoldasimla olanda bu agri olmur yoldasimla olanda bir defeye 5 defe orgazm oluram lakin musterbasyon etdikte 3 defeden artiq olmur bele cox sayda bir defeye orgazm olmagin bir fesadlari varmi izah etseniz memnun olaram cavabiniza gore tesekkur edirem
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 05:53
Salam Seadet. Bu sualları ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Läman | 4 Yanvar 2014 00:02
Salam hakim.cinsi alaqa zamani bazan sanki icima hava dolur va sas olur bu nadandir?xahiw edirem cavablandirin
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:12
Salam Ləman. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
seva | 3 Yanvar 2014 19:49
Salam həkim,yoldaşımla cinsi əlaqədə olduqdan sonra onun penisində qaşınma oldugunu deyir,sanki içindən qaşınma verdiyini deyir,bunun səbəbi nə olar?əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:08
Salam Seva. Cinsi infeksiyanın olması daha real səbəbdir. Cinsi infeksiyaları yoxlayıb, səbəbi bilmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
memmed | 3 Yanvar 2014 19:32
yoldasim siydeyini saxlaya bilmir cox eziyyet cekir
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 07:05
Salam Memmed. Diaqnostika keçib, müalicə kursu keçməyi məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samil | 3 Yanvar 2014 19:16
salam hekim mende seks isteyi olur lakin qadina yaxinlasanda penisim durmur. ve yaxud cox gec durur eziyyet cekirem. ancaq adi vaxt ehtiras cox gucludur. esas da seherler lap guclu olur bunu nece bawa dusmek olar
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:52
Salam Samil. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Patient_xxx | 3 Yanvar 2014 18:58
Hekim menim penisimde genetal ziyil emele gelmesinde suphelenirem...iki dene iynenin ucu boyukluyunde ucu agarmis bir sey emele gelib penisimin uc hisesinin bir iki santi metr asagisinda yeni gobek deyilen hissesin dibinnen biraz asagida..hardasa 2-3 aydi var uje..bele baxanda sivilceye oxsuyur..onu nece deqiqlesdire bilerik???
Dr.Orxan Agabəyov | 5 Yanvar 2014 06:43
Salam Patient. Bunun üçün paillomavirus(skrininq) analizi verilir və diaqnozun təstiqləndiyi halda, müalicə təyin olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.