ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Amid | 6 Yanvar 2014 07:38
Salam hekim baqiwlayin uzr isteyirem menim yoldawimda toy gecesi olan iwden sonra aqrilar olur neden ola biler? 6 aydi evliyik.ama elaqede olmamiwiq.xaiw edirem sualima cavab vererdiniz.onceden tewekkurler
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:13
Salam Amid. Ola bilər, yoldaşınızda ginekoloji problem var, dəqiqləşdirmək üçün ginekoloqa müraciət edin. Uğurlar.
Ruslan-mert | 6 Yanvar 2014 07:08
Salam Hekim.Mende son 1 ildə özümdə cinsi zeiflik hiss edirəm və cinsi əlaqə zamanıda tez boşalıram.Bəzi hallarda 3-4ay passivlik hiss edirem.Xahiş edirem etraflı cavab veresiniz.Çox narahatam.Öncədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:35
Salam Ruslan. Sizdə, həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Potensiyanın zəifləməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər.  Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mail | 5 Yanvar 2014 23:24
Salam. mende tez bosalma problemi var. men bunun nece mualice olunmaqin oyrenmek isterdim. dermanla yoxsa tebii usullarla? yeni bu mualice bir muddet effekt verecek yoxsa daimi? zehmet olmasa mumkunse etrafli melumat vererdiz. tesekkur edirem.
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:26
Salam Mail. Erkən boşalma probleminin müalicəsi, birdəfəlik olur və müalicədə dərman preparatları və psixoseksual texnikalar istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rasul | 5 Yanvar 2014 21:03
Salam Doktor.Əvvəla saytda yerləşdirdiyiniz faydalı məsləhətlərə görə təşəkkürlər.Mən bir neçə il öncə cinsi yaxınlıqdan sonra penisimdə sarimtil ifrazat müşahidə etmişdim.Həm də sidik zamanı göynəmə hiss edirdim.müalicə sonrası simptomlar itdi.Amma ereksiyanin azacıq zəifliyini müşahidə edirdim.Bir müddət seksual həyatıma ara verdim.Yenidən sekslə məşğul olduqdan sonra eyni simptomlar yarandı.Yenidən həkimə getdim.Həkim analizlərin cavablarına əsasən məndə heç bir infeksiyanın olmadiğını sadəcə vospaleniya olduğunu dedi.Müalicə aldım ,keçdi.Amma əminlik yoxdu.Həm də ki sidik sonrası sidik damcıları qalır.Sizin məsləhətiniz mənimçün vacibdir.Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:30
Salam Rasul. Çox güman ki, Sizdə xroniki prostatit əlamətləri var, kəskinləşən dövrlərdə  simptomları daha çox hiss edirsiz. Eyni zamanda psixoloji səbəblər qoşulub - yəni bu haqda çox düşündüyünüz üçün, özünə güvənsizlik yaranıb, bu da normal ereksiya mexanizmlərini pozur. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Veli | 5 Yanvar 2014 20:57
Salam doktor mənim 19 yaşım var.Məndə erkən boşalma,sonra xayalarımdan solda olanı sağda olanına nisbətdə balacadı yəni kisədə qalmırlar tez-tez içəri batırlar,sonra penisim bərkimə vəziyyətində şirə ifraz edir.Bunların müalicəsi varmı
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:35
Salam Veli. Bəli, bu problemlərin səbəblərini dəqiqləşdirəndən sonra, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ferid | 5 Yanvar 2014 18:44
salam hekim idmanla mewgul olan adama heftede 4 5 defe bowalmanin ziyani ola bilermi?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:18
Salam Ferid. İdman fəaliyyətinə masturbasiyanın birbaşa aidiyyatı yoxdur, sadəcə boşalma məşqdən 5-6 saat əvvəl və 2-3 saat sonra olmalıdır. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
rahim | 5 Yanvar 2014 17:30
salam hekim mende sperma azliqi var ne ede bilerem
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 06:16
Salam Rahim. Birinci növbədə, səbəbləri müəyyənləşdirmək sonra isə müalicə kursu keçmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
тагир | 5 Yanvar 2014 17:18
Salam sidik orqanindan az halda ag kley kimi ifrazat gelir.onun sebebi ne ola biler xahis edirem deye bilersiz
Dr.Orxan Agabəyov | 6 Yanvar 2014 08:37
Salam Тагир. Bu ya sidik-cinsiyyət sistemində iltihabi proses(prostatit) ya da cinsi infeksiyanın əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Melek | 5 Yanvar 2014 16:17
Salam doktor. Yenı ılınız ugurlu ve xeyırlı olsun. Doktor yoldawım analız verıb, netıceler beledı:hecm 1,2.konsıst. 01.ph 7,2.durulasma 25deq.1 ml mıqdarı 19mln.eyakulyatda umumı say 22,8mln.ırelı h 20%,reqsı16% hereketsız 64.hereketlı sp sayı 36.morfoloji normal 2%.bascıq 53,boyuncuq 10,qarısıq35.canlı sperm 55.sp huceyre 1.sperm.aqlyutınasıya yoxdur. Sızce bu netıce ıle hamıle qalmaq mumkundur?
Dr.Orxan Agabəyov | 6 Yanvar 2014 08:27
Salam Melek. Yoldaşınızda spermanın həcmi normadan azdır, birdə əsas göstəricilərdən olan, hərəkətli spermotozoidlərin faizi və spermotozoidlərin ümumi sayı normadan aşağıdır.  Bu problemlərin səbəblərini dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 5 Yanvar 2014 12:28
salam hekim. Meni cox narahat eleyen bir problemim var. Menim penisimin uzunluqu 13 sm ve nazikdir. Men neyleye bileremki her sey normadan artiq olsun
Dr.Orxan Agabəyov | 6 Yanvar 2014 08:27
Salam Kenan. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmamazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.