ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nicat 89 | 7 Yanvar 2014 07:08
salam hekim yaxma analizinin cavabinda maya göbeleyi az miqdarda qeyd olunub,umumilikda maya gobeleyi nedir,nece yaranib,mualicesi vacibdirmi?Zehmet olmasa teqribi xercin da qeyd ederdiniz.Indiden Tesekkür edirem.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:27
Salam Nicat 89. Maya göbələyi demək olar hamıda var və əgər əlamət vermirsə, müalicə tələb etmir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fedail | 6 Yanvar 2014 22:58
salam hekim men hardasa 2hefte bundan evvel sidiye gedende mende goyneme olurdu artiq goyneme kecib ama cox az miqdarda penisden sire ifraz olunur cox narahatam..bu prostatin soyuqlamasidi yoxsa hansisa infeksiyanin elametidi qeyd edim ki noyabr ayinda qadinla olmuwam texminen 30gunden cox olar..xaiw edirem buna bele diaqnoz qoymag olar?cunki men rayondayam eger ciddi bir wey varsa men tez gelim wehere..sizce bu xlamidiya xesteliyi ola bilmez ki?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 08:39
Salam Fedail. Bu həm prostatitin(prostat vəzi iltihabı) həmdə cinsi infeksiyanın əlaməti ola bilər. Bu situasiyada laborator diaqnostika mütləq lazımdır. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Famil | 6 Yanvar 2014 21:54
Salam hekim.eger bir oglanin penisi hormonal pozuntulara gore yeterince inkiwaf etmiyibse 21 yawda hormonal pozuntulari mualice olunsa bu yawdan sonra yeniden penis normal inkiwafina qayida bilermi yoxsa artiq gecdi bu yawdan sonra penis inkiwaf etmez?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 08:44
Salam Famil. Bu mümkündür, amma birinci növbədə hormonal pozğunluğun səviyyəsini və inkişafın dərəcəsini öyrənmək lazımdır, sonra hansısa proqnoz vermək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elşen | 6 Yanvar 2014 20:42
Salam Hekim.bilmek isterdim ki,normal boşalma texminen neçe deqiqe erzinde olmalıdır.
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 08:37
Salam Elşen. Normal boşalmanın müddəti minimum 7-8 dəqiqədən artıq olmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cavidan | 6 Yanvar 2014 19:48
Salam. Hekim mende ginekomastiyanin olub olmadigini nece oyrene bilerem? Siz diaqnoz qoyursunuz?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:33
Salam Cavidan. Qinekomastiya xəstəliyinin diaqnostikası və müalicəsi ilə mammoloq məşğul olur. Əgər ehtiyac varsa, savadlı mammoloq məsləhət görə bilərəm. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 6 Yanvar 2014 18:27
salam hekim.mende asagdaki problem var. analizin neticesi..skrotal dopler muainede sol testis 29/19mm sol testisin valvasa sinagi musbetdir. testislere aid kutle lezyonu izlenmedi.sag xaya inguinal kanalin asagi 11/3de olaraq 12/6mm olcude kapsullasmiz sekilde anexogen atrofik durumdadi. difer analizin neticesi ise budur///xaya kisesinin sag hissesinde xaya askar olunmadi.sol xaya olculeri kicikdir.25/16mm strukturasi homogendir.konturlari hamardi.xaya kisesinde seroz mayenin miqdari normaldi.sol xaya venasi 1.6mm retroqrad axin yoxdur. hekim mende faiz sifirdi defelerle mualice olunsamda . bilmek isterdim bunun mualicesi varmi.faiz mende arta bilermi
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:30
Salam Nicat. Çox güman ki, Sizdə həmdə hormonal pozğunluq var. Bu vəziyyətdə ən düzgün yol(əgər xayalarda toxum tapılırsa), süni mayalandırma metodikasına müraciət etməkdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
murvet | 6 Yanvar 2014 17:38
salam doctor. Men mastrubasiya edirem her gun bowaliram. Ve bu mende verdiw halina cevrilib. Cox pis fesadlarla getirib cixarib. Bunlardan biri, cinsi organimin zog damari gorunur. Sualim budu ki men bu verdiwi nece tergidim?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:27
Salam Murvet. Ən yaxşı variant - müntəzəm cinsi həyata başlamaqdır. Əgər cinsi həyat mümkün deyilsə - hansısa məşğuliyyətə fikrinizi yönəldin, misal üçün idmanla məşğul olun. Uğurlar.
SahiL | 6 Yanvar 2014 17:25
Salam hekim uzde tukun tez cixmasi ucun neyLemek lazimdir ?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:16
Salam Sahil. Üzdə tüklərin çıxması, individual prosesdir, yəni kimdəsə tez çıxır kimdəsə gec. Əgər hormonal çatışmazlıq yoxdursa, bu prosesə heç bir müdaxilə etmək lazım deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 6 Yanvar 2014 16:47
Salam doktor meni bir problem cox narahat edir menim hele 20yawim var ancaq cinsi heves mende 0 derecededir 2 3 defe qiznan olmuwam prezrativsiz acrincidefe olandan 1 2 ay sonra mende aktivlik yeni qizla olmaq isteyi yoxdu 5 aya yaxin gozledim ele bildim duzelecek ancaq hec ferq olmadi qorxdum ele bildim xestelik kecib mene cinsi orqanimda oz ozune axinti nebilim wiwmw narahatliq kimi weylerden hec biri olmayib qeyiyyen birce dediyim problem...qan sidik sperma analizi verdim hekim tam saglam oldugumu dedi xestelik kecmediyini bildirdi ve uwaq olmama problem olmadigi ni dedi..2 3 tabletka yazdi yeni ele bele weyler birin aldim qebul eledim hec bir deyiwiklik olmadi bu nedendir axi doktor bele pis cixmasin evvelki vaxtlarima hesed apariram.......
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:16
Salam Ferid. Ola bilər Sizdə hormonal pozğunluq var, cinsi zəiflik yalnız cinsi infeksiyalarla bağlı deyil. Psixoloji səbəblərdə(özünə güvənsizlik) bu tip problemlərin yaranmasında, vacib rol oynayır. Dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elsen | 6 Yanvar 2014 08:57
salam doxdur men bir bunan qabag xaya kisdasinan emelyat olmusam amma indi xayam kesgin agri hemde soyuq haldadi bu haqqda xais edirem
Dr.Orxan Agabəyov | 7 Yanvar 2014 07:15
Salam Elsen. Xaya kistaları nadir hallarda əməliyyat edilir, adətən kistanın müşahidəsi kifayət edir. Birinci növbədə xayanın hal-hazırki vəziyyəti öyrənilməlidir, sonra isə lazımi tədbirlər görülə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.