ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
sebuhi | 8 Yanvar 2014 18:58
salam hekim,,,bilmek isterdim prostatit nedir?ve o neden yaranir?birde onu nece mualice etmek olar,,xahis edirem etrafli yazin ,
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:46
Salam Sebuhi. Bu haqda saytda, prostatit məqaləsindən oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 8 Yanvar 2014 18:20
salam sualim ondan ibaretdirki cinsi elaqe zamani ve ya masturbasiya zamani bezen sperma sarimtil rengde olur bu ne ile elaqederdir?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:46
Salam Orxan. Bu cinsiyyət sisyemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiləşdirmək üçün spermoqramma analizi vermək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
reşad | 8 Yanvar 2014 16:49
salam hekim necesiz? Hekim uzr isteyirem ama men pensi biraz boyutmek isteyirem.mene serfeli yol deyin.tewekkurler evvelceden.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:41
Salam Reşad. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Konul | 8 Yanvar 2014 16:37
Eger qadin hamiledirse ve heyat yoldasi her hansi bir dermani qabul edirse bunun usaga ziyani var mi?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:40
Salam Konul. Xeyr, hamiləlik vaxtı kişinin qəbul etdiyi dərman prepratlarının, hamiləliyin gedişatına təsiri yoxdur. Uğurlar.
vusal | 8 Yanvar 2014 16:25
Salam hekim. Mende uzi zamani valikosel ashkar olunub. Daha sonra spermanin analizini verdim neticede spermanin faizi normal cixdi. Bilmek isterdim valekosel emelyati kecirmeden men ushaq sahibi ola bilerem? Evvelceden teshekkurler.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:36
Salam Vusal. Əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa, əməliyyat etmək məsləhət deyil, sadəcə sperma nəzarət olunmalıdır - əgər göstəricilərdə enmə olarsa, əməliyyat məqsədəuyğun sayılacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Natiq | 8 Yanvar 2014 12:11
Salam hekim.Hekim men son dovrlere qeder bele bir problemin mende olacagin duwunmurdum.ilk defe cinsi elaqeye girmek istedim ve mende ereksiya problemi yarandi.yani 2-3 saat erzinde hec bir deyisiklik olmadi.ilk defedir yeqin heyecan filan sandim.amma sonra 2, 3 ve 4-cu defe de (eyni wexsle) hemin problemle - yani penisin ereksiya olmamasi ile qarwilawdim. Tebii ki bu halda da mende her hansi eyakulyasiyadan sohbet gede bilmez. 24 yasim var bu vaxta kimi duzdur elaqede olmasamda ozumde bele bir problemin olacagin zenn etmezdim,cunki hem uzr isteyirem masturbasyon zamani hemde adi seher ereksiyasiyasi oldugu ucun bele halin olacagin dusunmurdum.Xahis edirem meslehet veresiz bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:34
Salam Natiq. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
muslum | 8 Yanvar 2014 10:50
salam DR. sizden xahiw sualima etrafli cavab verersizde . heftede 3 defe masturbasiya ile meshgul olmaq insana ziyani varmi ??? meselen: ariqlama kimi ???
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:21
Salam Muslum. Masturbasiyanın arıqlamağa ya kökəlməyə heç bir aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Royal | 8 Yanvar 2014 09:35
salam hekim menim cinsi orqanim balacadi boyutmek isteyirem 28 yasim var mumkundu hekim ninan cox utaniram
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:16
Salam Royal. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir.  Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Ruslan | 8 Yanvar 2014 08:32
Salam hekim gunde sxoy vurmaq ziyandi geleceyde prablem ola biler ?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:20
Salam Ruslan. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
elnar | 8 Yanvar 2014 07:46
Salam doktor, dunenden beri sag xayaligimda qeribe agri var,damarlardadi sanki,evvellerde olub ama tez itirdi bu defe artiq narahat oldum,neden olur bele? Cinsi aktivliyimde hec bir problem yoxdu
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:12
Salam Elnar. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Varikoselenin olması daha realdı. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.