ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ayten | 9 Yanvar 2014 12:51
Salam hekim bagislayin narahat edirem size bir sualim var zenmet olmasa cevap veresiz.Men 2 aylig hamileyem ve mende maya gobelegi cixti qan analizimde.Bu ne demektir?Zehmet olmasa etraflica cevap gozleyirem.Cox sagolun.Minetaram.
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:49
Salam Ayten. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
natas | 9 Yanvar 2014 12:31
salam dr.yoldaşım sp.qr_mma verib orada irəliyə hərəkətlilik 0% çıxmışdı hamilə qala bilmirəm bu səbəb ola bilərmi? bunun müalicəsi varmı?
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:49
Salam Natas. Əgər spermoqrammanın göstəriciləri sıfıra bərabərdisə, hamiləlik ehtimalı demək olar yoxdur. Müalicə proqnozu bu problemin səbəblərindən asılıdır - elə səbələr var ki müalicə mümkündür, elə səbəblər isə var ki, yox. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 9 Yanvar 2014 12:15
salam hekim menim oglumu 15 yasi var onun cinsiyyet orqani havax boyuyer narahatiq keciririk 70 nece kilodu havax boyuyer
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:40
Salam Tural. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Əgər narahtsızsa, hormonları yoxlamaq olar, əgər hormonal pozğunluq varsa - müalicəyə ehtiyac olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elmir | 9 Yanvar 2014 09:49
Salam! Menim sag xayam sisib, iki side agriyir! Bu ne qeder tehlukelidir? Ve ne ile elaqeder ola biler??
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:39
Salam Elmir. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Sərxan Əhmədov | 9 Yanvar 2014 05:55
Salam Orxan həkim sizdən bir söz soruşum qanın az olmasi normasınnan aşağı olsada onun penisə zəif olmasına təsiri olurmu ?
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:39
Salam Sərxan. Qan azlığının(hemoqlobinin azlığı) ereksiya zəifliyinə və ümumiyyətlə penisə aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 9 Yanvar 2014 00:01
salam hekim men hardasa 7-8 il bundan evvel varikosele emeliyyati olmusam..onda mende hekimin dediyine gore 3-cu derece idi,ve mende sol xaya sallanirdi.emeliyyetdan sonra xeyli deyisiklik oldu;;indi bir iki ildir mende sol terefde agrilar olur //sol xayamdan yuxari istiqametde boyrek terefe agrilar hiss edirem..bu neden ola biler? varikoselin yeniden yaranma tehlukesi var? yaxud da ehtimal var? sallanma yoxdur evvelki kimi..cavab versez sevinerem.hormetle
Dr.Orxan Agabəyov | 10 Yanvar 2014 07:39
Salam Nicat. Bəli, varikosele xəstəliyi təkrar yarana bilər, bunu yoxlamaq üçün  xayaların doppler müayinəsindən keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ulker | 8 Yanvar 2014 21:08
Salam hekim yoldasimda 2ci derecelidamar genislenmesi var faizi 2o faizdir.3il evvel mualice olmusdu usaq olmusdu amma indi mualiceler tesir etmir.xais edirem deyerdizki emeliyyat olandan nece ay sonra usaq olma ehtimali var ve nece aya faiz galxir normal sperma nece faiz olmalidir. evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 05:24
Salam Ulker. Varikosele əməliyyatından  3-6 ay sonra, spermoqrammanın göstəriciləri normaya uyğun olur. Hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür və irəli hərəkətli spermotozoidlərin faizi 32% -dən az olmamalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 8 Yanvar 2014 20:42
29 yashim var. Evveler hemishe cinsi hevesim normadan yuksek olub, 2 defe cinsi yolla xestelenmishem, mualice olunmusham. Indi cinsi hevesim chox azalib. Hetta cinsi akt zamani penisimde berklik itir, ereksiya tam olmur.. Ya da birinci aktdan sonra ikinciye heves qalmir.. Problemin helli yolu nededi?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 07:05
Salam Samir. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
XANIM | 8 Yanvar 2014 19:50
salam hekim size bir sualim var yoldasimla cinsi elaqede olanda yoldasim menden tez orqazm olur men orqazm ola bilmirem ozumde cox ehtirasliyam eyni vaxtda orqazm olmaq ucun ne ede bilerik mumkunse cavablandirardiz?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:53
Salam Xanım. Buna nail olmaq üçün, yoldaşınızada erkən boşalma problemi müalicə olunmalıdır. Müalicə aparıldıqdan sonra, yoldaşınızda orqazm gec olduğundan, Sizdə orqazma çata biləcəksiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cingiz | 8 Yanvar 2014 19:19
salam hekim cinsi elaqede qizdan oglana xestelik nece ve ne sebebden kecir?
Dr.Orxan Agabəyov | 9 Yanvar 2014 06:53
Salam Cingiz. Sual tam aydın deyil - əgər partnyorların birində cinsi infeksiya varsa, o biri partnyorun cinsi əlaqə zamanı yoluxması mümkündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.