ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Azer | 13 Yanvar 2014 12:09
Salam.Böyük bayıra gedəndə,gücənmə zamanı sperma ifraz olunur.Bu nə ilə əlaqədardır.Əvvəlcədən təşəkürlər .
Dr.Orxan Agabəyov | 14 Yanvar 2014 06:26
Salam Azer. Çox güman ki, bu durğunluq prostatitin(prostat vəzinin iltihabı) əlamətidir. Dəqiləşdirib, düzgün müalicə keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramin | 13 Yanvar 2014 07:48
Salam hekim eleqe zamani tez bosaliram bunun sebebi neden ola biler birde mualicesini zehmet olmasa deyerdiniz.
Dr.Orxan Agabəyov | 14 Yanvar 2014 06:10
Salam Ramin. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nergiz | 13 Yanvar 2014 07:45
salam doktor.yoldaşım həftədə ən az 3-4 dəfə cinsi yaxılıq edir ama hərdən cinsi əlaqə vaxtı boşalma olmadan ereksiya dayanır. yəni cinsi orqanın sərtləşməyi itir. bunun səbəbi yuxsuzluq yorqunlukfan başqa nədir.
Dr.Orxan Agabəyov | 14 Yanvar 2014 06:10
Salam Nergiz. Ereksiyanın itməsi səbəbləri  - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.) ola bilər. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vaqif | 13 Yanvar 2014 07:37
salam hekim.trixomoniaz nedi ve bu xetelik haqqinda azeribaycan yada turk dilinde nece hardan oxuya bilerem ve birde bunun analizi vermek ucun ne etmek lazimdi ...yeni bahalidi analiz?
Dr.Orxan Agabəyov | 14 Yanvar 2014 06:10
Salam Vaqif. Trixomoniaz xəstəliyi haqda, saytdan oxuya bilərsiz - Trixomoniaz. Trixomoniazı yoxlamaq üçün analizin qiyməti 18 AZN-dir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
zefer | 12 Yanvar 2014 23:53
38 yasimin icindeyem mewq eliyirem ilde 3 4ay ya amino kreatin icirem bunlarin ciyani varmi.birde cinsi elaqe vaxti tez qurtariram men ne edim Hekim umumiyetle tez qurtarmaqin qabagin almaq ucun geciktirici mazlardan istifadeye nece baxirsiz ve dermanlar var meselenn k t bunlarin ziyani varmi
Dr.Orxan Agabəyov | 13 Yanvar 2014 05:36
Salam Zefer. 1. Amino və kreatin - idman qidalarıdı və nə cinsiyyət sisteminə nədə ki ümumilikdə orqanizmə ziyanı yoxdur. 2. Yazdığınız preparatlar və kremlər, erkən boşalmanın müalicəsində istifadə olunmur. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Hesen | 12 Yanvar 2014 22:09
Salam. Menim 18 yawim var. Uzumde sepkiler var bunun sebebi cinsi orqandan asılı ola biler? Birde el arasında adı ( atmaq ve ya vurmaq ) dediyimizle öz ehtirasimizi yatirmaq ne derecede duzgundu ve nece gunden bir cinsi elaqede olmagi meslehet gorursuz? Indiden teşekkürler
Dr.Orxan Agabəyov | 14 Yanvar 2014 06:10
Salam Hesen. Üzdə olan səpgilərin cinsi orqana aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
maya | 12 Yanvar 2014 18:31
salam hekim.menim heyet yoldawim tez ehtiraslanir.sexs edirik.ama bowala bilmir.bunun sebebi nedir?
Dr.Orxan Agabəyov | 13 Yanvar 2014 06:12
Salam Maya. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Orxan | 12 Yanvar 2014 11:48
Salam, Orxan hekim, penis kanalinda axir vaxtlar daxili qiciqlanma yaranib, hemin qiciqlanma yaranandan sonra ise herden sidiye gedende zeif goyneme olur kanalin daxilinde, bu ne ile elaqedar ola biler?
Dr.Orxan Agabəyov | 13 Yanvar 2014 06:06
Salam Orxan. Bu əlamətlər, cinsi yolla ötürülən infeksiyanın əlamətləri və ya sidik-cinsiyyət sistemində iltihabi prosesin(uretrit) əlamətləri ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ferid | 12 Yanvar 2014 10:17
salam hekim.mende variksel var.spermanin gosdericisi cox asagadir.goren bu hormonola goredir yoxsa variksele goredir?hormonola gore qan analizi verim sonra varikselden emmeliyat olum?yoxsa varikselden emeliyat olum sonra hormondan qan analizi verim ?mene ne meslehet gorursunuz?
Dr.Orxan Agabəyov | 13 Yanvar 2014 06:14
Salam Ferid. Birinci növbədə hormonları yoxlamaq lazımdır və əgər hormonala pozğunluq aşkarlanarsa, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
SAMIR | 12 Yanvar 2014 07:09
salam hekim. Balanit qorxulu birseydi? mualicesi nece aparilir ? negeder vaxta mualice etmek olar?
Dr.Orxan Agabəyov | 13 Yanvar 2014 06:43
Salam Samir. Birinci növbədə balaniti yaradan səbəbi müəyyənləşdirmək lazımdır, sonra isə müalicə strategiyası müəyyənləşdirilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.