ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anonim | 16 Yanvar 2014 10:59
Salam hekim.cox sag olun sualimi cavablandirdiginiz ucun.problemlerimi yazdim cavab olaraq hormonal pozgunluqla bagli xayalarda kicilme ola biler dediz.eyer sualim yadiniza duwduse,men bilmek isteyiremki bele xesteniz olub tam mualice alaraq uwaq sahibi olan olubmu? Ve bu cur xeste ne qeder muddete tam sagala biler???
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 07:09
Salam Anonim. Əlbəttə belə pasientlər olub və uğurlu nəticələr də olub. Amma belə situasiyada nəticənin uğurluluğu yalnız hormonal pozğunluğun  və xayalarda olan kiçilmənin səviyyəsindən asılıdır. Yəni qiyabi proqnoz vermək mümkün  deyil, nəticələrə baxıb, müalicə strategiyasın təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nazim | 16 Yanvar 2014 10:25
Həkim salam. prostat vəzində kalsinat olanda onun müalicəsi var?
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 07:06
Salam Nazim. Prostat vəzidə kalsinatların(daşların) olması xroniki prostatitin əlamətidir. Kalsınatları dərman preparatları ilə aradan qaldırmaq, demək olar ki mümkün deyil. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Cavid | 16 Yanvar 2014 09:45
Salam həkim. Tövsiyyələriniz oxudum və çox bəyəndim. Uğurlar arzu edirəm sizə. Bir sualım var. Mən 1 aya yaxındı ki, oral sekslə məşğul oldum. İnfeksiya ilə bağlı hər hansı şübhəm və narahatlığım yoxdur. Ola bilərmi ki, infeksiya olsun? Bunu dəqiqləşdirmək üçün nədən analiz versəm yaxşıdır. Yaxmadan analiz versəm konkret infeksiyalar adla yoxlanılmalıdır yoxsa necə? Öncədən təşəkkür edirəm! Ətraflı cavab yazsanız məmnun olaram.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 07:01
Salam Cavid. Oral seks zamanı bir çox cinsi infeksiya ilə yoluxma ola bilər, amma virusların keçməsi daha realdır. Müəyyən cinsi infeksiyalar  qanda, müəyyən infeksiyalar isə yaxmada yoxlanılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nurlan | 16 Yanvar 2014 08:56
hekim menim 19 yawim var penisim 10 11 sm di nece boyudum xaiw komek edin
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 06:59
Salam Nurlan. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Orxan | 16 Yanvar 2014 07:32
SAlam Hekim,Insallah yaxsisiz,Hekim menim Penisimde eyrilik var,ama biraz eyrilikdide,bu gelecekde lap pislewe bilmezki menimcun nese prablem yaratmazki,seks heyatimda bu deq hec bir problem yaratmir,birde hekim bunu hansi yolla duzeltmek tam duz olmagi ucun,hansisa derman yaxud bawqa mualice usulu varmi?? xahis edirem mene etrafli cavab yazardiz.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 06:57
Salam Orxan. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nuray | 16 Yanvar 2014 06:22
Salam doktor mənim yoldaşıma sperma miqdarı və hərəkət faizi aşağıdı müayinə zamanı onda ureplazma aşkarlandı və müalicə olundu, daha sonra tekrar muayinede hec bir mikrob aşkarlanmayıb hormon analizləri və uzu dopler ilə müainə olunub hər şey normaldı.Həkimi faizin artırılması üçün müəyyən dərmanlar yazıb 1 aylıq kurs içdi amma hələ effekt yoxdu deyirlər ki müəyyən zaman keçməsi di bərpa olması üçün nə dərəcədə doğrudu?tesekkurler
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 06:53
Salam Nuray. Spermotozoidlərin yatanması 72 gün ərzində baş verir və spermoqrammanın göstəricilərinin stimulyasiyası üçün adətən 2-3 aylıq kurs təyin edilir. Müalicəni davam etdirin və spermoqrammanın göstəricilərinin dinamikasını izləyin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Eldar | 16 Yanvar 2014 05:13
Salam həkim necesiniz? Mən uzun müddət erkən boşalm ilə bağlı əziyyət çəkirdim. Bir androloqa müraciət etdim, mənə müalicəvi x dərmanı tövsiyyə etdi. Qəbul etdim 5 gün ərzində səhər axşam, yeməkdən sonra. İkinci günündən öz müsbət təsirini hiss etdirdi. 3-cü gün penisin sag tərəfində X formasına əllə toxunduqda, sanki kapiliyyarların sismesi kimi bir hala rast gəldimç açığı bu məni qorxutdu. Bunun cinsi akta tesiri yoxdur yani hər şey normaldır. Arada bir sızıntı da hiss edirəm. Sanki kapiliyyar damar daslasib ve irilenib. Çox narahatam nə məsləhət görərsiniz? Bakıdan uzaqda yaşayıram, ona görə yaxınlaşa bilmədim.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 06:47
Salam Eldar. İstifadə etdiyiniz preparat erkən boşalmanın müalicəsi üçün nəzərdə tutulmayıb, sadəcə ereksiyanı artırdığı üçün, boşalmayada müvəqqəti təsir göstərə bilər. Damarların şişməsi preparatın penisdə qan təzyiqin artırması ilə əlaqəlidir. Məsləhət isə, erkın boşalma probleminin səbəblərini müəyyənləşdirib, düzgün birdəfəlik müalicə kursu keçmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
isko | 15 Yanvar 2014 23:24
salam hekim,masturbasyanin spermaya menfi tesiri var? faizi azaldir? umumiyetle masturbasya kiwiye ziyandi? cavaba gore tewekkur
Dr.Orxan Agabəyov | 16 Yanvar 2014 06:35
Salam İsko. Masturbasiyanın spermanın göstəricilərinə heç bir aidiyyatı yoxdur. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rüstem | 15 Yanvar 2014 20:18
Salam hekim axwaminiz xeyir.Xow gördük.Hekim bagiwlayin narahat edirem.Üzr isteyirem.Eger mümkünse men bilmek isteyirem ki,sol xayanin fealiyyetini itirmesi neden ola biler ve ne kimi tesiri baw verer?Mende sol xaya daw kimi olub ve hecne hiss elemirem.Mumkunse cavab yazin.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2014 06:33
Salam Rüstem. Xaya xəstəlikləri müxtəlifdir - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Seymur | 15 Yanvar 2014 19:34
salam hekim.xahis edirem mene komeklik edesiz.menim xanimim cinsi heyata hevesi yoxdur qadini hevese gedirmek ucun ehtiras artiran tablet varsa deyerdiz zehmet olmasa cox saq olun hekim.
Dr.Orxan Agabəyov | 16 Yanvar 2014 06:32
Salam Seymur. Bu tip təsir göstərən, effektiv prepratlar mövcud deyil. Uğurlar.