ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Samir | 17 Yanvar 2014 19:23
Salam hekim.hekim mikoplazma ureplazma spermanin faizini awagi salir?? o gelecekde zeiflik yarada biler??
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:37
Salam Samir. 1. Müasir yanaşmaya görə, əgər spermoqrammanın göstəriciləri aşağıdırsa və ureaplazma və mikoplazmadan başqa əngəl yoxdursa, bu infeksiyalar müalicə olunmalıdır, yəni birmənalı cavab vermək olmur. 2. Cinsi zəifliyə bu infeksiyaların aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Veli | 17 Yanvar 2014 17:58
Salam hekim ,menim xayalarimda toxunduqda agri olur,bel hisseme vurur , bir de temperaturu artib varikosel ola bilermi,bir de limfa vezi ile damarlari nece ferqlendirmek olar xayada? Sistit muailcesi almisam 1 il qabaq onda xayada agri yoxuydu ya da men bilmirdim amma belde var idi ,onunla birlikde qasiqda da olub,sidik sisteminin infeksiyasi ola bilermi? Xahis edirem aydin cavab yazin.
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:33
Salam Veli. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Qızdırmanın olması, daha çox iltihabi prosesin olmasından xəbər verir. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
NBS | 17 Yanvar 2014 14:23
salam doktor menim size 1 nece sualim var doktor men tez tez bowaliram onun gelecekde mene bir fesed vere bilermi birde menim penisim 13 sm dir bu normaldimi?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:28
Salam Nbs. 1. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. 2. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Uğurlar.
vusale | 17 Yanvar 2014 11:51
salam doktor bu suala gore cox uzur istiyirem mende seks zamani bosala bilmirem buna qarsi ne ede bilerem
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:28
Salam Vusale. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Seyfun | 17 Yanvar 2014 10:33
salam. menim usaqim olmur deye, spermoqram analizi vermek isteyirem, cox klinikalarda vermisem, lakin hec bir yerde Mar-Test spermoqram analizini vere bilmirem. Kruqer usulu ile aparilir..Bilirem.. Xahis edirem, harada, hansi klinikada Mar Test usulu ile antitellerin olmasini yoxlayirlar? Sizin klinikada olunur???Cox xahis edirem, komek edin.
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:15
Salam Seyfun. Mar-test yalnız immunoloji sonsuzluq diaqnozunun dəqiqləşdirilməyi üçün keçirilir və bu müayinəni keçmək istəyirsizsə, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
anonim | 17 Yanvar 2014 08:31
salam doktor kişilərdə hormonal müayinənin normal olub olmamasını təkcə FSH və proloktinlə bilmək olar? tewekkur
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:13
Salam Anonim. Xeyr, düzgün və dolğun daiqnostika üçün bu hormonları yoxlamaq kifayət deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Dəyanət | 17 Yanvar 2014 05:49
Salam doktor. Məndə bir neçə vaxtdir ki qeyri adi bir problem var, oturaq işim var ,günün 8-9 saatıni kompüter arxasında keçirirəm. Penis kiçilir və içəriyə girir yəni boç dəri qalır sonrada çətinliklə çixarıram. İnternetdə bu barədə informasiya tapa bilmədim.Xaiş edirəm məsləhət verəsiz!
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:09
Salam Dəyanət. Bu əlamət doğurdanda qeyri-adidir və oturaq həyat tərzi ilə əlaqədar deyil. Ola bilər, hər hansı anatomik defekt var, amma qiyabi nəsə demək çox çətindir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Kamran | 16 Yanvar 2014 23:09
Здравствуйте доктор, я не так давно обращался к Вам по поводу слабой эрекции. Не давно я наблюдал у себя следующее, при походе в туалет по большому при этом процессе я естественно и писаю, вот когда я писаю вместе с мочой выходит и сперма при этом я не возбужден и не испытываю не каких ощущений которые нужно испытывать при семяизвержении. При этом я не наблюдаю данного явления при походе в туалет по маленькому, моим предыдущим обращением к Вам была проблема с эрекцией, при мастурбации все проходит нормально, а с реальной девушкой нет эрекция слабая, еще хотел бы узнать взаимосвязаны ли оба этих явления между собой, и проблема ли это на самом деле, нужно мне обращаться к врачу или нет. Спасибо. С уважением
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:05
Здравствуйте Kamran. Это признаки застойных процессов в простате - застойный простатит. А  проблемы с эрекцией связаны с психологическими причинами - беспокойство по поводу собственной эрекции, нарушает естественные механизмы и в результате, полная эрекция не наступает. Для лечения наряду с лекарственными препаратами, применяются и психотерапевтические методы.  Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
Anonim | 16 Yanvar 2014 22:06
Salam. tez tez bow bowuna bowalmaqla ne kimi zerer gore bilerem xaiw cvb verin
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 07:17
Salam Anonim. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
islam | 16 Yanvar 2014 13:42
salam xahiw edirem sunetin boyutmek olar
Dr.Orxan Agabəyov | 17 Yanvar 2014 07:15
Salam İslam. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.