ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ramal | 18 Yanvar 2014 19:02
Salam sualima gore uzur isteyirem qadin nece defe cinsi elaqeden sonra hamile qalir
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 07:51
Salam Ramal. Hamilə qalmaq ehtimalı cinsi əlaqələrin sayından deyil, kişi və qadın cinsi sağlamlığından və qadın menstrual tsiklin müəyyən günlərində cinsi əlaqənin olmasından asılıdır. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
bayram | 18 Yanvar 2014 17:12
hekim,salam.men iki ile yaxindi ki aile qurmusam.ovladim yoxdu.hekime muraciet etmisem.analiz gosterir ki,mende sperma faizi 40dir.sperma miqdari ise 8.4 dur.deyilene gore bu normalda 20 den cox olmali imis.men 2 defemualice kursu kecmisem.ama hec bir netice yoxdu.sperma miqdari mualice kursu dovrunde bir qeder artir sonra yene azalir.bu ne ile elaqedardir.boyrek prablemi ola bilermi mende?men basqa hansi analizlerden kecmeliyem?yasim 30.
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 07:44
Salam Bayram. Spermotozoidlərinin sayının normadan az olması, müxtəlif səbəblərdən ola bilər.  Səbəbləri müəyyənləşdirməmiş, heç bir müalicə etdirmək lazım deyil. Böyrəklərlə bu problemin əlaqəsi yoxdur.  Bu situasiyada lazım olan analizlər, əyani konsultasiya zamanı təyin edilir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fizuli | 18 Yanvar 2014 17:03
Salam doxdur bilmek isderdim xaya kicilmesi hansi hallarda bas verir . Birde bilmek isderem varikasel varsa ola bilermi bele bir sey .
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 07:39
Salam Fizuli. Xaya kişilməsi müxtəlif səbəblərdən ola bilər - homonal pozğunluq, anadangəlmə inkişafdan qalma, iltihabi prosess, varikosele. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
qasim | 18 Yanvar 2014 15:15
salam hekim menim sualim onunla baglidirki ele peraparat var ki penisi artirmaq ucun?
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 07:38
Salam Qasım. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
kenan | 18 Yanvar 2014 12:11
Salam hekim. men bilmek istiyerdimki tez tez masturbasi etmek penis ezelelerinin yigilmasina sebeb ola bilermi? yeni tez tez masturbasiya etmek penisin uzunlugunu qisalda bilermi? birde ne qeder vaxtdan bir masturbasiya etmek normal sayilir? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 07:05
Salam Kenan. 1. Xeyr, masturbasiyanın penis ölçülərinə təsiri yoxdur. 2. Belə normativlər mövcud deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
RAMIN | 18 Yanvar 2014 09:45
salam hekim. size bir sualim olacaq . menim uzumde gene var ve derimi pis gune qoyublar, ne qeder mualice alsam bele xeyri yoxdur. bir cox hekimler iddia edirler ki, cinsi elaqede olmamaqdan bele bir veziyyete duwub uz derim, sizce cinsi elaqenin bununla bir baqliliqi ola bilermi. ve umumiyyetle cinsi elaqede olmamaqin ziyani varmi. he birde men 16 ve 19 yawimda elaqede olmuwam cemi iki defe 21 yawim var, xahiw edirem sizi bawa sala bildimse, bir cavab yazasiz..
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 06:52
Salam Ramin. Dəri problemlərinin cinsi həyatı ritmi ilə əlaqəsi yoxdur, o ki qaldı cinsi həyatın qeyri-müntəzəm olmasına - bəli bu kişi cinsiyyət sitemi üçün çox ziyandır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vusal | 18 Yanvar 2014 09:37
salam hekim.xahis edirem.tez cavablandirasiz suallimi.25 yasim var 15 yasimdan bu prablem var mende.xayalarimin derisinde coxlu sizanaga bencer yumrular var.hekime getdim dedi piy toxumalaridi mualicesi yoxdu ama hec bir zereri de yoxdu.men isteyirem bu mende tam sagalsin..sizde bunun mualicesi mumkundu?
Dr.Orxan Agabəyov | 20 Yanvar 2014 06:38
Salam Vusal. Bu problemin müalicəsi mümükündür, amma müalicə etməməkdə olar, fordays qranulaları çox kişilərdə var və cinsiyyət sisteminə heç bir ziyanı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Shamxal | 18 Yanvar 2014 00:44
salam hekim.menim sualim spermanin qanli gelmesiledir,daha aciq desem artiq sperma deyil su kimi maye gelir (qanli) .bosaldiqdan bir nece deqiqeden sonra xayalarimda ve penisle gobek arasinda agrilar olur ve tez bosaliram..esgerlikden teze gelnisem ve xidmet etdiyim yer cox soyuq olub. bunun soyuqla bir iliskisi ola biler ? (indiye kimide hecbir cinsi iliskide olmamisam)..bunun ne kimi zereri var ? gelecekde problem yasaya bileremmi?indiden cox sagolun...minnetdaram
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:49
Salam Shamxal. Sizdə sidik-cinsiyyət sistemində kəskin iltihabi prosesin əlamətləri var.Bəli, bu proses soyuqdəymə nəticəsində yarana bilər. Əgər spermada qan varsa, bu ciddi əlamətdir, gecikdirməyin diaqnostika edib mütləq müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
farid | 17 Yanvar 2014 21:49
salam hekim. eger sol xaya varikosel sebebinden xaya xealiyetini tam dayandiribsa onu berpa elemek olurmu? tam ve effektiv mualicesi varmi?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:45
Salam Farid. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Əgər varikosele nəticəsində, xayada atrofiya gedibsə, xaya ölçülərini bərpa etmək olmur. Amma bu situasiyada əsas spermoqrammanın göstəricilərinin normaya qaytarılmasıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 17 Yanvar 2014 20:24
Salam doktor, çox xahiş edirəm mənə bu analiz nəticələri barədə dəqiq məlumat vererdiz. Məndə analizdə bucür çıxıb : Chlamydia (sıyrıntı) DNT - nəticədə neqativ (-) yazılıb. referens neqativ (-) yazılıb N.gonorrhoeae (sıyrıntı) DNT - nəticə pozitiv ( ) yazılıb. referens neqativ (-) yazılıb. Trichomonas vaginals (sıyrıntı) DNT - nəticə neqativ (-) yazılıb. referens neqativ (-) yazılıb. Bilmək istəyirəm çox xahiç doktor bunlardan hansı mikrob məndə var.. Analiz nəticəsini tam aydın anlamadım və nə dərəcə qorxuludu.
Dr.Orxan Agabəyov | 18 Yanvar 2014 06:42
Salm Anonim. Sizdə qonoreya(tripper) infeksiyası var və bu çox ciddi xəstəlikdir. Mütləq müalicə olunmalısız, mütləq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.