ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vusal | 20 Yanvar 2014 22:49
Hekim birdaha salam.cox sagolunki sualima cavab yazdiz.xaya derisindeki sepkiler daha dogrusu sizanaga benzer piy toxumallari ile elaqedar yazmisidm size.Hekim dediz mualicesi mumkundu mene cox maragli geldi axi mene deyilmisdiki bu ancag cerrahi yolla temizlemek ola oda hem cox tehlukelidi geleceyde usag prablemine yol acar hemdeki agrili olacag.eger sizde bunun agrisiz cerrahi olmadan mualicesi mumkunduse men mutleq muraciet edecem ama sizden cox xahis ediremki bu barede etrafli deqiq melumat veresiz mene xahis edirem hekim.yeni sizde bunun mualicesi nece olacag bu barede mene melumat vererdiz.cavabi tezliyle gozleyecem insallah sagolun Allah razi olsun sizden.
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 08:00
Salam Vusal. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Elvin | 20 Yanvar 2014 22:36
Salam hakim. Son vaxtlar ozumda cinsi zaiflik ereksyanin olmamasi ve ya zaif olmasini ashkar etmisham.Mana komak eda bilarsiz?
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 08:09
Salam Elvin. Buyurun, müraciət edin, çalışaram Sizə kömək edim.Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
fako | 20 Yanvar 2014 22:36
Hormonal catiwmamazligin olub olmamasini nece mueyyen etmek olar?
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 08:07
Salam Fako. Bunun üçün qanda hormonların səviyyəsini yoxlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aga | 20 Yanvar 2014 21:29
doktor bagisdayin narahat edirem ..menim xayamda balaca sis emele gelim bir az berkdi ne ola biler ??xais ederdim cavablandirin
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 08:05
Salam Aga. Xayada şişkinliyin səbəbi müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı) və s. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ilkin | 20 Yanvar 2014 20:15
Tez tez masturbasiya gelen hevesin,qarwisini nece almaq olar?
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 08:01
Salam İlkin. Ən yaxşı variant -  müntəzəm cinsi həyat yaşamaqdır, əgər belə imkan yoxdursa, fikrinizi hansısa məşğuliyyətə yönəldin, məsələn idmanla məşğul olun. Uğurlar.
tural | 20 Yanvar 2014 18:53
hekim salam menim sualim erken bosalma ile elaqederdi bu prases mende 1 deq cekir bu ne ile elaqederdi
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 07:56
Salam Tural. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar_səda | 20 Yanvar 2014 16:56
SaLaM HəKiM . . . Həkim Məndə Sperma Az Gəlirdi.O Gün Kor Baǧırsaqdan Əməliyyat Olundum Və Penisimə Nazik Şlanq Taxdılar.Indi Sperma Çox Gəlir.Indi Məndə Penisim Balacadı.Ölçüb Baxmışam Ayıq Vaxtı Gah 12 Yarım Olur,Gahda Balaca.Bunun Səbəbi Nədən Olar ? Birdəki Adi Vaxtda Lap Nazik Olur.Ama Ayıǧ Vaxtı Biraz Qalın olur.Bunların Səbəbi Nədir,Müalicə Ilə Qalın Etmək Olar Ya Yox ? Tam Ətraflı Yazın
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 07:58
Salam Vuqar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Yazdığınız ölçülər və ölçülərin ereksiya zamanı dəyişməsi normaya uyğundur və hansısa müalicəyə ehtiyac yoxdur. Uğurlar.
kama | 20 Yanvar 2014 15:43
Salam hekim.Menim 33 yasim var,amma demek olarki,cox nadir hallarda cinsi elaqede oluram(ilde 1-2 defe).Bu saqlamliqimda hansi problemleri yarada biler ve ozunu nece biruze verir bu problemler?
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 07:49
Salam Kama. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Aqil | 20 Yanvar 2014 13:07
Salam hekim .menim 15 yawim var.. sizden xahiw suala etrafli cavab verediz . men heftede 3 defe masturbasiya ile meshgul oluram . 1 il erzinde mende arixlama prosesi getdi . bu masturbasiya ile elaqede ola biler ?? birde masturbasiya ile tez tez mewgul olmaq cinsi problemlerden bawqa nese problem yarada biler ??
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 07:44
Salam Aqil. 1. Bədən çəkisinin dəyişməsinin, masturbasiyaya heç bir aidiyyatı yoxdur. 2. Müəyyən psixoloji problemlər yarada bilər. Uğurlar.
Anonim 22 | 20 Yanvar 2014 12:13
Salam hekim,Size bir sualim var tez-tez bosalmagin nese ziyani var?Varsa neye? Indiden tesekkurler.
Dr.Orxan Agabəyov | 21 Yanvar 2014 07:43
Salam Anonim 22. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.