ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vusal366 | 21 Yanvar 2014 16:02
Salam hekim, menim sualim odurki agirliq qaldirma idmani ile mewgul oluram, oz chekimdr artiq qaldiriram, bir muddetdirki sol xayada agri var, damar geniwlenmesi deirler ve aperasiya olunmalidir kimi melumatlar deilir, agri ilk evvel yalniz mewq vaxti olurdusa indi her gun olur ve daha widdetli, bir meslehet vermeyinizi xaish edirem, ve aperasiya olunsam(eger lazimdisa) ne qeder muddet sora mewqlere davam ede bilerem, teshekkurler
Dr.Orxan Agabəyov | 23 Yanvar 2014 07:32
Salam Vusal366. Birinci növbədə Siz xayalarda olan ağrıların səbəbini dəqiqləşdirməlisiniz - bunun üçün xayaların doppler müayinəsindən keçmək lazımdır. Əgər varikoseleyə görə əməliyyat olunsaz,  əməliyyatdan 2-3 ay sonra yüngül məşqlərə başlaya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nicat | 21 Yanvar 2014 13:34
salam hekim. menim 26 yasim var. artix uzun muddetdirki mende hem sertlesme hemdeki tez bosalma prablemi var. demey olarki sertesmemis bosaliram. bunu mualice etmek mumkundurmu ve bu mualiceni siz edirsiz yoxsa basqa klinikalara yonlendirirsiz.. birdeki bu mualice bahali mualicedi ya yox, evellceden minnetdarligimi bildirirem. sagolun
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 18:02
Salam Nicat. Bəli, mən bu problemlərin müalicəsini özem aparıram. Qiymətlər münasibdir, daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
pervin | 21 Yanvar 2014 12:40
ananin qan qrupu A (RH II ) ataninki da eynidir, yeni 2ci qrup musbet , hamile qalmada ve ya usagin inkisafi ile bagli problem ola biler?
Dr.Orxan Agabəyov | 23 Yanvar 2014 07:32
Salam Pervin. Qan qruplarının fərqli(qeyd etdiyiniz kimi) olması, nə hamiləlik üçün nə də uşağın sağlamlığı üçün təhlükəli deyil. Uğurlar.
Xeyale | 21 Yanvar 2014 10:19
Salam Hekim. Men iki ildirki yaxin olmurdum. Iki il sonra 3 gun evvel yaxinliq etdim. ve mende az da olsa qan geldi. Ve iki gun davam etdi. Gun erzinde az da olsa gelirdi. bu ne ile baglidir?
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 18:02
Salam Xeyale. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
ruzgar | 21 Yanvar 2014 09:54
salam hekim menim penisin 12 smdi bunu boyutmek ucun ne ede bilerem yawim 21di sizde nese tebi mualice varmi bunun ucun
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 17:30
Salam Ruzgar. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Cinsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
rasim | 21 Yanvar 2014 09:34
salam hekim menim uzumde sizanaqlar emele gelib bu neden olabiler ve onlari nece temizlemek olar 17 yasim var cox adam da deyirki bu spermadan emelegelir
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 17:27
Salam Rasim. Üz dərisində olan problemlərin, spermaya heç bir aidiyyatı yoxdur. Müalicə üçün dermatoloqun əyani qəbuluna müraciət edin. Uğurlar.
Bayram | 21 Yanvar 2014 08:42
Salam həkim. Nadir hallarda (xüsusən oturaq vəziyyətdə) sidiyə getdikdən sonra cinsiyyət orqanımı yuyarkən az miqdarda sperma axır. Mümükünsə səbəbini deyərdiniz. Qeyd etmək istəyirəm ki, evli deyiləm. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 11:53
Salam Bayram. Çox güman ki, bu problemin səbəbi, prostat vəzidə yaranmış durğunluq prosesidir - durğunluq prostatiti. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emil | 21 Yanvar 2014 08:06
SALAM Orxan doktor. Doktor bilmek isterdim ki hamiləliyin baş verməsi üçün hər gün əlaqədə olmağın spermanın keyfiyyətinin düşməsinə ziyanı varmı və cinsi əlaqə zamanı qadının boşalması onun hamilə qalma ehtimalını düşürmür? təşəkkürlər doktor
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 08:08
Salam Emil. 1. Hamiləlik üçün, cinsi həyatın günaşırı ritmi daha yaxşı sayılır. 2. Xeyr, boşalmanın olub-olmamasının hamiləlik ehtimalına heç bir aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.  
zahid | 21 Yanvar 2014 07:46
salam hekim bilmek isdiyirdim kiside menfi 1 qadinda musbet 4 dur.bu qan quruplari bir biri ile tutusur?
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 08:04
Salam Zahid. Qan qruplarının fərqli(qeyd etdiyiniz kimi) olması, nə hamiləlik üçün nə də uşağın sağlamlığı üçün təhlükəli deyil. Uğurlar.
Vüsal | 21 Yanvar 2014 07:14
Salam həkim, bir kişi üçün sizin klinikadan müayinədən keçmək nə qədər vəsait tələb edir? Mümkündürsə hesabımı bilim, çünki müayinəyə gəlmək istəyirəm
Dr.Orxan Agabəyov | 22 Yanvar 2014 08:00
Salam Vüsal. Bütün qiymətlər münasibdir, daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.