ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
maga | 29 Yanvar 2014 22:11
Salam hekim. Penisim 17 sm. 19 yasim var penis nece yasa kimi inkisaf gedir. Indiden twk.
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 07:38
Salam Maga. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
sahin | 29 Yanvar 2014 20:25
hekim salam mende ehtiraslananda agrilar olur xayamda bu neden ireli gele biler
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:45
Salam Sahin. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ahmet | 29 Yanvar 2014 19:21
Salam doktor . sualim beledir. bir kisinin ovladi sahibi olmaq ucun spermasinin faizi nece olmalidir? umumiyetle spermada hansi keyfiyyetlere ve neye onem verilir usaq olmaq ucun ? onceden tesekkurler
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:48
Salam Ahmet. Bu haqda, Spermoqramma məqaləsindən oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vuqar | 29 Yanvar 2014 17:29
salam hekim men cinsi zeiflikden eziyyet cekirem. ehtiras bir anliq gelir ve tez bir zamanda boaliram. bu meseleye bir aydinliq getirmenizi xais edirem. evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:51
Salam Vuqar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anonim | 29 Yanvar 2014 16:57
Salam hekim.men uzun muddetdi spermoqrammadan analiz verirem faiz asagi oldugu ucun.bu gun de analiz verdim neticeler 180 derece deyisilib.hec bir mualice de goturmemiwem.eger mumkunse men analizlerin foto resmlerini sizin email e gonderim siz de fikir bildirersiniz.onceden tesekkurler
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:47
Salam Anonim. Buyurun, skrinşotları emailə göndərə bilərsiz. Uğurlar.
Elvin | 29 Yanvar 2014 15:04
Salam Cenab hekim sizden cox xahiw bir munasibet bildirin. Avqustun sonunda cinsi elaqede olmuwam sonra mende Mikroplazma ve Ueroplazma askar olundu. 3 Kurs mualice almaqima baxmayaraq Iltihab dayanmir. bel agrilari ,iltihab qic agrilari halsizliq mene qenim kesilib niye sagalmiram sebeb ne ola biler???
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:37
Salam Elvin. Yazdığınız əlamətlər nə ureaplazma nədə ki mikoplazma ilə bağlı deyil. Səbəbləri dəqiqləşdirib düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Unknown | 29 Yanvar 2014 14:52
Salam. Hemonoplastika emeliyyatini etmek ucun hara muraciet etmek olar? Eger pocientin ozunun raziligi varsa bu nece mumkun ola biler? Rica edirem cvb yazardiniz. Risk ne gederdir?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:29
Salam Unknown. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
anonim2 | 29 Yanvar 2014 14:32
Salam hekim.eger bir nece defe qizla anal seks olubsa aramizda....bunu yoxlatmaq mumkundu ki mennen evvel kimnense olub bele bir sey ..yoxsa artiq gecdi.....eger mumkundurse..harda etmek olar..
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:29
Salam Anonim2. Xeyr, bu mümkün deyil. Uğurlar.
meryem | 29 Yanvar 2014 13:47
doktor salam !yoldasimla artiq 6 7 aydir cinsi elaqede olmuruq ama hefte once onun alt paltarinda sperma damcisi gordum.o bunun uzun zaman elaqede olmasa kisi ondan herden ozbasina geldiyini soyledi bu heqiqetende beledimi? cavablandirin xais edirem
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 06:29
Salam Meryem. Əlbəttə, əgər kişinin cinsi həyatında uzunmüddətli fasilələr yaranırsa, kişidə qeyri -ixtiyarı sperma ifrazı(pollusiyalar) baş verə bilər, narahat olmayın. Uğurlar.
nurane | 29 Yanvar 2014 12:03
salam,yoldasimin mar test analizi 100% cixib.bununla hamile qala bileram.?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2014 07:48
Salam Nurane. Bu çox yüksək rəqəmdir və hamilə qalmağa əngəl ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.