ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
jagler | 30 Yanvar 2014 21:37
salam hekim babasilin cinsi zeifliye ne kimi tesirleri olar biler?
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 06:59
Salam Jagler. Babasilin cinsi zəiflik probleminə aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ruslan776 | 30 Yanvar 2014 21:16
salam Orxan hekim.sol xayada agri olurdu uzide yoxlandim ve 0.8mm geniwlenme I derece varikozel chixdi.spermaqramma analizinde ise spermatazoidlerin sayiyinin azalmasi gosterir buna gore emeliyyat vacibdirmi? her gun kesgin agri olur ..
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:20
Salam Ruslan776. Əgər xayalarda ağrı varsa və spermanın göstəriciləri normadan aşağıdırsa - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
seva | 30 Yanvar 2014 19:18
salam həkim,yoldaşım 2həftə əvvəl sol teref xaya damar genişlənməsinden əməliyyat olub,ancaq yenədə biraz sallanma var sol teref xayada,bu zamanla keçəcəkmi,yeni normaldırmı?birdə ki bilmək isterdim bizim övladımız nə qeder müddetden sonra ola bilər? yoldaşımla cinsi əlaqədə olduqdan sonra agzının qurumasından çox halsızlıqdan,halının bir anlıq pisləşməsinden şikayet edir,bunun səbəbi nə olar?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 08:48
Salam Seva. 1. Bu situasiyanın normaya uyğun olub-olmamasını öyrənmək üçün, yaldaşınız xayaların doppler müayinəsindən keçməlidir. 2. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır. 3. Ola bilər, hormonal pozğunluq var. Dəqiqləşdirib, müalicə kursu keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rasad | 30 Yanvar 2014 19:04
Salam Heki mennde 4 dereceli varkosele muayyan olunub,spermmaqrama analizi verecem in sa ALLAH,menim ucun emaliyyat mutleqdirmi her bir halda ?spermanin gostericileri asaqi olsa,emeliyyatdan sonra her qaydasina duse bilermi ALLAHIN komeyi ile tebiiki?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:12
Salam Rasad. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Əməliyyatdan sonra spermanın göstəricilərində artım bir çox amildən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
meryem | 30 Yanvar 2014 17:16
doktor cavabinizcun cox tesekkur edirem! savadli bir hekimin istediyn,sene lazim olan vaxtda meslehet vermesi komek etmesi qeder vacib indiki zamanda mence hecne yoxdu bu seraitcunde minnetdaram size! doktor birde sualim varki yoldasimda artiq 1ildirki tez bosalma bas verir bu onda stresden yaranib ancaq bunu ev seraitinde yeni hekime getmeden dermanlami ve ya tebii halla nece aradan goturmek olar?cavabinizi gozleyecem
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:08
Salam Meryem. Bu problemin müalicəsi üçün, biriinci növbədə səbəblər müəyyənləşdirilməlidir(erkən boşalma stressdən yaranmır) - sonra düzgün müalicə kursu təyin etmək olar. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Melek | 30 Yanvar 2014 15:30
Salam doktor. yoldawım mualıce alır, mualıce hele davam edır. analız verıb kı ozumuz netıcelerı bılek. netıceler beledı:Hecm 2,2 norma >1,5.ph 7,3 norma >7,2. 1ml de mıqdarı 18 norma >15. Umumı sayı 39,6 norma >39. Irelı hereketlı 10 norma >32. Reqsı hereketlı 20 hereeketsız 70. Hereketlı sperm sayı 30. Morfolojı normal kryuqer 6 norma >4.bawcıq 56,boyuncuq 8,qarıwıq 30.canlı sperm sayı 42 norma >58.spermatogenez huceyreler 2 norma 0-10.sperm.aqlyutınasıya yoxdur.bu netıce ıle hamıle qalmaq wansı varmı?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:06
Salam Melek. Spermoqrammanın əsas göstəriciləri normaya uyğun deyil, müalicə kursu davam olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aydan | 30 Yanvar 2014 14:32
Slim dctr.evliyem amma hamilelk olmur.narahatam.xahis edirem edirem yoldasimin spermoqramma neticesini qiymetlendiresiniz Hecm 3.3 Gorunusu bozumtul Ag homogen Konsistensiyasi 0.3sm PH 7.5 Pehriz 4gun Durulasma vaxti40deq Sp.zoidlerin 1ml.de miqdari37mln Eyakulyatda umumi sayi 122mln Ireli hereketliler 29% Reqsi hereketli 34% Hereketsizler 37% Hereketli sp.zoidlerinsayi63% Morfoloji normal Kruger usulu 10% Patoloji basciq 40%,boyuncuq 20%,qarisiq30% Cali sp.zoidler 75% Spermatogenez huceyreleri 2% Spermaqqlutinasiya Leykosit
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:05
Salam Aydan. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
aysel | 30 Yanvar 2014 14:09
salam hekim.menim oglumun 6 yasi var 3yasi olanda kriptoxizmden emeliyyat olunub,5 yasi olanda homonlardan analiz verdik ;lh.1.5,fsh 2.6,testosteron 0.6.cavabi bele cixdi hekim dedi pis deyil .bilmek isterdim ki,yasina gore hormonlar normadadi.birde xroniki qonodotropin 500 ed iynesi vurulub.birde hekim xayalari cox yigilir az hallarda xayalari normal veziyyet olur.mene meslehet vererdiz narahat ki,gelecekde nese problem olar evvelceden sagolun
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:03
Salam Aysel. Bu sualı uşaq uroloquna verməyiniz daha düzgün olar. Uğurlar.
anonimm | 30 Yanvar 2014 13:18
Salam hekim.eger qizla aramizda bir nece defe anal seks olunbsa.5-6 defe..bilmek olarki mennen evvel kimlese olub ya yox..bele bir yoxlama testii ve ya analizii mumkundu?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 09:02
Salam Anonimm. Xeyr, bu mümkün deyil. Uğurlar.
A.Asad | 30 Yanvar 2014 12:57
Spermogrammanin neticesi: Aktiv duzune hereketi (A)- 5% Zeif Duzune hereketi (B)- 15% PH - 8.5 Zeif ve ya dairevi hereketli (C) - 30 % Hereketsizler - 50 % Adi dil ile bunu neje basha dushmek olar. Evvelceden teshekkur edirem
Dr.Orxan Agabəyov | 31 Yanvar 2014 08:59
Salam A.Asad. Siz spermoqrammanın bütün əsas göstəricilərini yazmamısız, amma yazdığınız göstəricilər çox zəifdir, yanə müalicəyə ehtiyac var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.