ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Intizar | 31 Yanvar 2014 21:29
Salam hekim bagislayin sizi narahat edirem menim yoldasim spermadan analiz verib bakidada irandafda faiz 0 cixdi bize meslehet gordulerki suni mayalanma edesiz bizde razilasdig yoldasim yanvarin 3 emeliyyat olundu her iki xayadan sperma goturuldu ve dondurulmag ucun aparildi ve bize deyildiki canli ve ya cansiz hec bir sperma yoxdur sizin usaginiz olmayacag amna bir seyide xatirladimki yoldasim hec vaxt buprobleme gore mualice almayib menim helede umudum var cunku biz hele iki ildirki evliyik sizden xais edirem mesajimi cavablandirasiz cox pis veziyyetdeyik
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:47
Salam İntizar. Əgər spermoqrammada göstəricilər sıfıra bərabərdirsə, bu cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir. Amma xaya biopsiyası olmadan, birinci növbədə həmin problemlər araşdırılmalıdır və müalicə haqqında fikir söylənilməlidir. Hətta müalicənin mənasız olduğu halda, biopsiyadan öncə xüsusi stimulyasiya kursu olmalıdır ki, biopsiyada spermotozoidlərin aşkarlanması ehtimalı artsın. Hal hazırda, ən düzgün variant, cinsiyyət sitemində olan vəziyyətin diaqnostikasıdır, sonra hansısa proqnoz vermək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim 3 | 31 Yanvar 2014 21:09
Salam hekim. bagishlayin men sualimi bir az da aciqlamaq isteyirem .menim cekim azdi isteyirem ki, ceki artirmaqla ezelemi inkishaf etdirim.yeni masturbasiyanin cekimin artmamagi ile ezelinin inkishafi ile bir elaqesi varmi. yeni bezi adamlar deyir gucuvu ve cekivi itirirsen mastbasiya ile ? bunu bilmek isterdim . sagolun
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:42
Salam Anonim3. Xeyr, heç bir əlaqəsi yoxdur. Yəni, əgər masturbasiya ifrat dərəcədə deyilsə, bədənin çəkisinə və gücünə təsir etmir. Uğurlar.
Emin | 31 Yanvar 2014 18:52
Salam Orxan hekim. Ozum demek olar ki her gun, her gun de olmasa 2 gunden bir masturbasiya edirem artiq nece ildir. Men son zamanlar cinsi orqanimin derisinin esas govdeden sanki biraz aralandigini, biraz sallandigini hiss edirem. Derinin elastikliyi artib sanki. Ereksiya vaxti cox da hiss olunmur bu, esasen adi veziyyetde olanda hiss edirem. Bezen orqanimda uyusmalar hiss edirdim. Bundan elave cinsi orqanin uzunlugunda evvelki vaxtlara nisbeten biraz kicilme de ola bilsin var. Ozum dusunurem ki cox vaxti hec bir surusgenliyi temin edecek seylerden istifade etmemisem deye ifrat surtunmeden orqanimin derisini zedelemis ola bilerem. Bu mesele meni artiq nece vaxtdir narahat edir. Sizden oyrenmek isteyirdim ki penisin derisini normal veziyyete qaytarmaq ucun ne etmek olar? Cox sag olun
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:31
Salam Emin. Bəli, ifrat dərəcədə masturbasiya olduqda, penisin dərisi zədələnə bilər. Penisin daha kiçik görünməsi, ereksiya problemləri ilə əlaqədardı. Dəri zədələnməsini aradan qaldırmaq üçün, bir müddət masturbasiya etməmək və regenerasiyanı artıran kremlərdən istifadə etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
23qaqas | 31 Yanvar 2014 17:50
Salam Orxan doktor!! melumat ucun cox sagolun men sizinle elaqe saxlayacam, bagisda bunun nece muddet mualicesiz var??
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:15
Salam 23qaqas. Aktiv müalicə adətən 1,5-2 ay ərzində aparılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rza | 31 Yanvar 2014 16:56
Salam Hekim.menim uzumde tuk narin ve seyrek cixir.hemcinin bedenimde de.bir cox insan bunun hormon zeifliyinden ola bileceyini deyir.eger dogurdan da eledirse,komeklik gostere bilersiz?
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:15
Salam Rza. Bu problemin səbəbini birinci növbədə dəqiqləşdirmək lazımdır.  Əgər müalicəyə ehtiyac olarsa, çalışaram Sizə kömək edim. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mehemmedali | 31 Yanvar 2014 16:31
Salam hekim.sizin kilinkada penisin dopler muayinesi var?varsa qiymeti neceyedi?birde hekim, penis berkimiw halda döyunurse nedendi?cox xaiw edirem cvb yazin cox saqolun!
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:15
Salam Mehememedalı. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kanan | 31 Yanvar 2014 13:25
salam doktor.doktor menim 24 yawim var.subayam cinsi elaqede 3 4 ayda bir defe oluram.elaqede olanda 4 5 defe olmaq menimcun problem deyil.birinci defeden sora derhal ikinci ucuncu defe ola bilirem.menim problemim erken bowalmaqdir.birinci defe olanda ele vaxt olurki 1 deqiqedende tez bowaliram.ikinci texminen 2 deqiqe 3 4 uncu defe olanda 5 deqiqe ve daha cox cekir.niye birinci ikinci defe bu qeder tez bowaliram?qeyd edimki men mastrubasiya ederek bowaliram.texminen ay erzinde 15 defe mastrubasiya edirem.diger bir problemim ise cinsiyyetimin cox hessas olmasidir.mastrubasiya ederken bele 1 inci defede bir nece defe cinsiyyetin baw terefin masaj eden kimi bosaliram.niye cinsiyyetim bu qeder hessasdir.xais edirem sizden mumkun qeder suallarima dolgun ve her ikisine cavab veresiz.minnetdarliqimi bildirirem.
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:12
Salam Kanan. Sizdə erkən boşalma var. Bütün yazdığınız əlamətlərdə bu problemdən irəli gəlir. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural87 | 31 Yanvar 2014 12:51
salam. menim sol xayamda bir az agri olur. derinin altinda ele bilki damarlar yigilib bir yere. ehtiraslananda agri olur. ama seksden sonra agri demek olar olmur bu nedi?
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:06
Salam Tural87. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fedya | 31 Yanvar 2014 12:19
salam hekim 2 aydi sol hayada varikozdan emeliat olmusam..amma sol hayada az az uteri agrilar var ell ile toxunanda hayanin altina.....birdeki sunnetin ust terefinde sag solda garin altinda agrilar olur bu neden ola biler cavabinizi gozduyurem tesekkurler
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:06
Salam Fedya. Ola bilər varikoseledən savayı problemlər var, ola bilər varikosele təkrar yaranıb. Dəqiqləşdirib, düzgün müalicə strategiası müəyyənləşdirmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mammadov | 31 Yanvar 2014 07:46
Salam Doktor. Cinsi orqanim sakit halda 2sm olur erreksiya halinda 10 sm bu normaldi? 15 yasim var cox narahatam. bu yasima kimi cinsi elaqede olmamisam.Subayam. Mende erreksiya cox tez olur 1 deq hette tezde olur. bir defe elaqede olmaq istedim baslamamis erreksiya oldu ve isteyim olmadi. cox xais edirem mene meslehet vererdiniz. 2 il bundan qabaq varkoselden emeliyyat olunmusam cinsiyyet orqani etrafi ve gobek hissemde piy var cinsiyyet orqanin bele az inkisaf etmesini piylenmeden olamri?
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:00
Salam Mammadov. Sizdə hələ cinsi inkişaf davam edir, tələsməyin. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.