ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Zeynal | 1 Fevral 2014 23:56
salam doktor,demek menim xayamin birinde qashinma var,qabiqlanir ve pis qoxur zehmet olmasa mene bunun mualicesini ve ya nese bir meslehet vererdiniz,evvelceden minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 05:54
Salam Zeynal. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Emin | 1 Fevral 2014 23:02
Здравствуйте ,доктор.Мне 25 лет.У меня после армии проблема.Я присматриваюсь к яицам,и наблюдаю их увелечение ,на ощуп они стали какбудто крупнее ,при лёгком нажатиий на их кончики чувствую неприятное покалывание,да и вобще одевая облегающие брюки и такоеже нижнее бельё чувствую дисконфорт.очень редко впериод пасмурной погоды бывают покалывания,при мочеиспусканий наблюдал комик спермовыделений,которые облегчали покалывания.Что это может быть?Извиняюсь за подробности:связанно ли подобное состояние с воспалением, отсуствием активной половой жизни или чемто ещё?Дайте пожалуйста совет.
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:04
Здравствуйте Emin. Изменения в яичках могут быть связаны с различными заболеваниями - эпидидимит, орхит и др. Для уточнения диагноза, необходимо пройти допплер-исследование мошонки. Кроме этого у Вас симтомы конгестивного(застойного) простатита. Уточнив диагноз, рекомендуется пройти курс лечения.  Для более подробной информации, можете связаться со мной по телефонам 055 655 00 66 и 050 363 83 86. Удачи.
Roman | 1 Fevral 2014 21:06
Salam.Men bir neçe gün sonra ilk defe cinsi elaqede olacağam.Erreksiya zamanı penisim 11-13 sm arasında olur.Bu halda meslehet görürsünüz cinsi elaqeni? (15 yaşım var)
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 05:34
Salam Roman. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Penisin inkişafı adətən 17-19 yaşa kimi davam edir. Uğurlar.
Raul | 1 Fevral 2014 18:13
Salam hekim men bilmey isderdim bu gostericiler ne derecede tehlukelidi analizde beledi aktiv hereketli 32% gosterici 6*
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:41
Salam Raul. Sual tam aydın deyil, spermoqrammanın bir çox başqa vacib göstəricilərini yazmamısız, amma yazdığınız göstərici normadan xeyli aşağıdır, müalicə kursuna ehtiyac var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali | 1 Fevral 2014 17:06
Salam hekim menim sol xayami ovucumda tutub sixdiqda alt hissede agri olur ve agri belime vurur,masturbasiya vaxti xayanin temperaturu artir? Xahiw edirem aydin cavab yazardiz, iltihabi proses olma ehtimalli deyirler boyukdu? Imkan varsa mueyyen gosterisler vererdiz bakiya 15 gune gelecem onda qebulunuza duserem.
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:38
Salam Ali. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
huseyn | 1 Fevral 2014 16:30
salam hekim menim 21 yasim var cinsi orqanim aktif veziyete 12 sim olur boyuye biler yoxsa hansisa mualice lazimdi xayis edirem melubat veresiz
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:36
Salam Huseyn. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Penisin inkişafı adətən 17-19 yaça kimi davam edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Mammadov | 1 Fevral 2014 15:49
Salam Doctor. men suali vererken uzr isteyirem yasim bilmeden sehf gedibdi 15 yas gedibdi. Menim 25 yasim var. Cinsiyyet oranim sakit halda 2-sm olur erreksiya halinda 10 sm bu hal meni cox narahatt edir. ehtiras sehvet hissi yuksekdi bele bir problem yoxdu. 25 yasima kimi cinsi elaqede olmamisam bir defe olmaq istedim ondada baslamamis erreksiya oldu. ondan sonrada heves olmadi 2 ci defe olmaga. mende hemde mastrubasiya ederken erreksiya 1 deq erzinde olur. evlenmek vaxtim catibdir bu problem meni narahat edir. xais edirem mene bir yol gosteresiniz. onuda qeyd edim ki 2 il bundan qabaq varkoselden emeliyyat olmusam. emeliyyat olandada hekim demsdiki cinsiyyet orqani etrafinda piy yigini var indide var ola bilermi ki bu piy yigimi cinsi inkisafi saxlasin?
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:28
Salam Mammadov. Əsas problem 25 yaşa kimi uğurlu cinsi əlaqənin olmamasıdır. Piylənmə cinsiyyət sisteminə mənfi təsir göstərir, amma cinsi inkişafa aidiyyatı yoxdur. Ən düzgün yol, cinsiyyat sistemini yoxlayıb, müəyyən müalicə kursu keçib, yaranmış problemləri aradan qaldırmaqdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mahir | 1 Fevral 2014 10:03
salam hekim mende bir nece vaxtdi penisimin evvele nisbeten kicimesini hiss edirem bunun sebebi nedi birde evvelki heves olmur 26 yawim var. evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:23
Salam Mahir. Penisin ölçülərinin kiçilməsi, ereksiyanın(sərtlik) zəifləməsi ilə əlaqədardı, yəni penisə qan az gəldiyindən, penis daha kiçik görünür. Ereksiya və cinsi həvəsin zəifləmə səbəblərini müəyyənləşdirib, düzgün müalicə kursu təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Maksim | 1 Fevral 2014 08:48
Salam Hekim . Men bodybuilding le mewgul oluram.. Cinsi elagede ay erzinde 4....5 defe mewgul oluram .. Bunun beden formasini itirmeye bur ziyani yoxdu yeni ceki azalmasi baw vermezki))
Dr.Orxan Agabəyov | 2 Fevral 2014 06:21
Salam Maksim. Cinsi həyatın idman məşqlərinə və əzələ kütləsinin artımına mənfi təsiri yoxdur, sadəcə məşqdən 4-5 saat öncə və 2 saat sonra cinsi əlaqədə olmaq məsləhət deyil. Uğurlar.
Anonim | 31 Yanvar 2014 23:07
Salam Hekim.son 3gunde sidiye gederken yandirmaqlar muwahide olunur ve sidiyden once bir damci weklinde meniye(sperma) benzer madde ixrac olunur.bu neyin elameti ola biler sizce?indiden cavaba gore tewekkur edirem
Dr.Orxan Agabəyov | 1 Fevral 2014 07:48
Salam Anonim. Çox güman ki, Sizdə cinsi infeksiya ilə yoluxmanın əlamətləri var. Dəqiqləşdirib(cinsi infeksiyaları yoxlayıb), mütləq müalicə kursu keçin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.