ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Cavid | 3 Fevral 2014 05:51
Salam Doktor. Məndə Sperma sarı rəngdədi. Bu nə ilə əlaqədardı? Bunda Nəsə problem varmı? Həmçinin Məndə gələcəkdə, problem yarada bilərmi? Bunun üçün nələr etməliyəm? Təşəkkür.
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 04:46
Salam Cavid. Spermanın sarı olması, cinsiyyət sitemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirmək üçün spermoqramma analizi vermək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nurlan | 2 Fevral 2014 20:26
salam doktor, menim cinsiyyet orqanimda eyrilik var, duranda saga meylli formada durur, bunun sebebi nedir, ne kimi zereri var, normalda duz olmalidi??? onceden tesekkurler
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:24
Salam Nurlan. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 2 Fevral 2014 19:53
salam hekim.cinsi orqanin balaca olmaqi gelecekde aile qurduqdan sonra usagin olmasina bir problem olmazki?
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:27
Salam Elnur.  Cinsi orqanın ölçüləri uşağın olub-olmaması ehtimalına təsir etmir. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 2 Fevral 2014 19:34
salam hekim.men kliniklardan birinde yoxlanisdan kecende prostat vezi-strukturu homogen exogenliyi bir qeder artib-prostatit olmasi istisna edilmir-yazilmisdi.qarwilasdiqim simpotanlar -kesile kesile sidik gelir.sidikden sonra iceride qaldiqini hiss eliyirem.zeif gelir ve guc elemeye mecbur oluram sidiyin cixmasi ucun.xayalarda ve asagi etraflarda agri hec bir agri hiss elemirem.tez tez sidiye cixiram.birde en pis cheeti xayalarin ayaqlarla birlesdiyi yerlerde terleme olur.mende mualicenin ne derecede effekt vere bileceyini bilmey istiyirem ve prostatin novunu.tesekkurler
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:36
Salam Tural.  Bu əlamətlər prostitin əlamətləridir. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Müalicə kursları keçdikdə və həyat tərzi ilə rekomendasiyaları tətbiq etdikdə, heç bir nahatçılıq olmur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferman | 2 Fevral 2014 17:49
Salam. doktor menim bele bir sualim var. menim 32 yawim var. mendecinsi zeyiflik ve heddinden artig tez bowalma olur. ve ikinci defeye ele bil gucum catmir. amma 1 ci defe bowalnda ele bilki 2 defeni 1 defe bowaliram. analiz verdim. sidikden yagmadan uzuden. dediler hecne yoxdu. uzi dedi 1 az vaspaleniya var, yaxma dedi hecne yoxdu sdikdende dediler 1 az vaspaleni. amma mende bu hemiwe bele olub. ne meslehet gorerdiz? doktor uzr isteyirem 1 weyi unutdum demeyi. men sidiye gedende elebil gedenden sonra. tam getmir kanalda galir sonra yavaw yavaw tam cixr. yenede hiss ediemki galir
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:03
Salam Ferman. Əgər analizlər tam və düzgün aparılıbsa və heç bir patologiya aşakalanmayıbsa, bu problemlərin səbəbi psixoloji səbəblər ola bilər. Hər bir halda bu problemlərin müalicəsi var. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ali kamal | 2 Fevral 2014 17:14
Salam doktor menim xayamin birinin icinde damar uzanib bunun birqorxusu varmi.damar uzan masinin qarsisini nece almaqolar
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:18
Salam Ali. Bu varikoselenin(damar genişlənməsi) əlaməti ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resulov qasim | 2 Fevral 2014 13:33
salam hekim . men idmanciyam bodybuilderem. cinsi munaibetde cox olmuwam amamki uaralrr olmuram 1 idlen coxdu. heftede 1 2 defe bosaliram. . bilmek isteyirem bu menim bedenim ucun ziyandir yeni ezelelrimin inkiwafi ucun? yoxsa hec bir tesiri yoxdu ezeleye?
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:23
Salam Qasim. Masturbasiyanın əzələ inkişafına heç bir mənfi təsiri yoxdur. Uğurlar.
Agakishi | 2 Fevral 2014 09:49
salam hekim.xahish edirem bunu aydinlashdirasiz. miqdar-2ml qatiligi-0,2 PH-8 durulashma vaxti-35deq 1ml-de spermotozoidlerin sayi-164 butun eyakulyatda sperm sayi-328 aktiv duzxetli hereketliler (A)-20 aktiv reqqasvari(B)-27(A B=47) zeif hereketliler(C)-16 hereketsizler(D)-37 patoloji formalar- 6-7 bash hissenin potologiyasi boyun hissenin potologiyasi quyruq hissenin potologiyasi leykositler - 2-4 selikde24-28 eritrositler - epiteli huceyreler - 0-1-2 lesitin deneleri- orta miqdarda spermatogenezin elementleri- 0-1 selik - bezi g/s de chox miqdarda
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 06:18
Salam Agakishi. Spermoqrammanın əsas göstəricilərindən olan, hərəkətli spermotozoidlərin faizi normadan aşağıdır, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ceyhun | 2 Fevral 2014 09:28
salam, dr. agabeyov. men sizden xais edecekdimki mene tripit deyilen xesdeliyi ne ile musahide olunur. ? oz dilimizde bu xesteliye ne deyilir? ve birde zehmet olmasa mualicesi haqqinda melumat verersiz. tesekkur edirem,
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 05:56
Salam Ceyhun. Tripper xəstəliyi haqqında Gonoreya(tripper) məqaləsindən oxuya bilərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
lola | 2 Fevral 2014 06:48
Salam, doktor biz yoldasimla 6 ildi evliyik. Bu muddetde birce defe hamilelik olub, oda 6 heftelik inkisafdan qalib. Sualim budur ki, yoldasim bu yaxinlarda analiz verdi, spermaqramada leykosit cox cixdi, yeni, 4 cixib.diaqnoz leykositspermiya. Ne meslehet gorursuz, yoldasim hekimede getmek istemir, cox xahis edirem, hansi derman,ya iyne daha efektli olar? Cox xahis edirem cavablayardiz.cox sagolun.
Dr.Orxan Agabəyov | 3 Fevral 2014 05:59
Salam Lola. Ən düzgün variant - spermada leykositlərin artmasının səbəblərini müəyyənləşdirib, sonra müalicə kursu keçmək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.