ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ruslan | 3 Fevral 2014 17:43
Salam doktor mende soyuq olanda terleme esasen qol alti ve cinsiyet orqanin sag sol terefinde birde sidiye getme tez olur .
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:35
Salam Ruslan. Tərləmənin cinsiyyət sisteminə aidiyyatı yoxdur. Tez-tez sidiyə getmənin səbəbi isə, sidik-cinsiyyət sistemində iltihabi proses(sistit - sidik kisəsinin iltihabı, uretrit - sidik kanalının iltihabı və s.) səbəindən ola bilər. Dəqiqləəşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tural | 3 Fevral 2014 16:27
tesekkr eliyirem.men size zeng vuracam mutleq mualice ucun de yaniniza gelmeyi fikirlewirem.dostum meslehet gormuwdu.bir de eger mualiceleri alsam bu elametler yoxa cixacaq yoxsa olduqu kimi qalacaq ve tehluke toretmiyecey? ama bu terleme en psidi terleme bir iki gunden sonra asaqi etrafda qoxu yaradir ve tebii olaraq cinsi munasbet haqqinda dusunmurem bele.yani bu ilde iki defe muaclilerin tesirini men nece gorecem zehmet olmasa buna cavab yazin imkan olan kimi zeng eliyib sizin yaniniza gelecem.
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:42
Müalicə nəticəsində bütün əlamətlər aradan qaldırılacaq, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
eldar | 3 Fevral 2014 16:16
salam.bagıslayın narahat etdım.men bır ay once varkaselden emelıyat olmusam.emelıyatla baglı problemım olmadı.ama ındı sol xayamda yaman agrılar baslayıb sankı ayagımı tutur.bunu sebebını bılmek ısterdım.zehmet deyılse.ewelcen tesekkur.
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:39
Salam Eldar. Ağrıların səbəbi müxtəlif ola bilər, hidrosele yarana bilər(maye yığılması), epididimit(xaya artımının iltihabı),  orxit(xayaların iltihabı) və s. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Serxan | 3 Fevral 2014 14:37
Hekim salam. Mende axwam yatanda oz ozune sperma gelir heftede 1 2 defe olur sizce neden olar.
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:23
Salam Serxan. Pollusiyaların(qeyri-ixtiyarı boşalmaların) səbəbi - müntəzəm cinsi həyatın(boşalmaların) olmamasıdır. Uğurlar.
Elnur | 3 Fevral 2014 14:32
salam hekim menim 20 yasim var ama helede cinsi orqanim inksaf etmeyib.uzumde bedenimde tuklenme var hemde kokem ariglaya bilmirem buna gore ola biler?
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:15
Salam Elnur. Kökəlməyin penisin inkişafına birbaşa aidiyyatı yoxdur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
kenan | 3 Fevral 2014 12:59
salam doktor doktor mende en adi hallardada az da olsa maye gelir bu hal meni cox narahat edir xahis edirem ne sebe bele olar deyesiniz xestelik ola bilermi sonuncu defe 8 olar yad qadinla elaqede olmusam
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:08
Salam Kenan. Bu ya cinsi infeksiya ilə yoluxmanın əlaməti, ya da prostat vəzidə iltihabi proses - prostatitin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nuray | 3 Fevral 2014 12:01
salam doktor mən qan analizi vermişdim xlamidiyanı yoxlamaq üçün chlamydia trachomatis İg G 13.9 chlamydia trachomatis İg M isə 1.4 çıxmışdır bu nə deməkdir zəhmət olmasa cavablandırardınız çox narahatam təşəkkürlər
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 05:05
Salam Gunay. Birmənalı cavab vermək üçün, yetərli məlumat yoxdur, ən yaxşısı, ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Gunay | 3 Fevral 2014 09:06
Salam.yanvarin 20si menstruaciya olub.hamilelik sindromlari hiss etdiyim ucun ayin 27si test etdim.nazik xett,28birazda ayin 29u tam acig sekilde iki xett gorunu.ayin 29u uziye girdim uzi dedi matka bowdu boruya baxdi dedi var idi hamilelik indi yoxdu.xqc de 1,5 cixdi. Dunen az az qan sizma basladi.test etdim testde bos cixdi..deyilene gore hormonal pozgunlug da testse musteb cixmasina sebeb olur.indi bu nedi menstruaciyaya hele cox var hesabla
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 04:54
Salam Gunay. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Ferid | 3 Fevral 2014 08:24
Salam hormetli Orxan hekim, gununuz ugurlu olsun inshallah.Evvela teshekkur edirem ki,bu cur dolgun ve faydali bir sayt yaradib insanlari mariflendirdiyiniz ucun.Burdaki melumatlardan anladigim qederinde siz kishi problemleri ile kompleks shekilde meshgulsunuz.Bilmek isterdim ki,varekozun emeleiyyatinida heyata kecirisiniz???Ve birde ki, mende prostat vezinde 5-7 mm kristallashma var bezi hekimlerin fikrince onu eritmek mumkun deyil bezilerinki tam ferqlidir yeni herenin bir metodu var.Hemde bu sahede olan bezi hekimler cox vaxt uzandirmagi sevirler oz menfeetleri xetrine mualice prosesini (sozum size aid olmasin) ve firma dermanlarinida o qeder yazirlar ki,onlarin da yan tesirleri bashqa orqanlarda oz menfi tesirini gosterir ve nehayet heqiqeten professional bir mutexesisse ehtiyac var deyerdim.Uzunculuq oldu bagishlayin amma Vallahi bu sahedeki olan firildaqcilarin suni engellerinden cekinib hec bir hekime muraciet ede bilmirem amma siz mende musbet fikir oyatdiniz.Cox sag olun.
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 04:54
Salam Ferid. Birinci növbədə pasientin həkimə inamı olmalıdır, bu əsas şərtdir. Eyni zamanda həkim də, əlindən gələni etməlidir ki, pasientin problemləri aradan qalxsın. O ki  qaldı, prostat vəzidə olan kalsinatlara - bu situasiyada heç bir həkim deyə bilməz ki, prostat vəzi kalsinatlarını əritmək olar, bu müalicə metodundan asılı olan proses deyil, bu kalsinatın çoxdan və ya təzəlikcə yaranmasından asılıdır. Kalsinatlar xroniki prostatitin əlamətidir. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
subhan | 3 Fevral 2014 08:15
Salam hekim.uzdeki yungulvari priwik var onu nece aradan qaldirmax olar tebii yolnnan?
Dr.Orxan Agabəyov | 4 Fevral 2014 04:46
Salam Subhan. Bu sualı dermatoloqa(dəri həkimi) verməyiniz daha düzgün olar. Uğurlar.