ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elmin | 6 Fevral 2014 08:09
salam orxan hekim. men sizin yanınızda olmuşam, müalicə də almışam. müalicəm uğurlu olub.Təşəkkür edirəm sizə. Ama indi məndə bir başqa problem yaranıb. Məndən şirə kimi maye gəlir. Ehtiraslananda bu daha çox olur. Xahiş edirəm cavablandırasınız
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:51
Salam Elmin. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramiz | 6 Fevral 2014 07:06
Hekim salam. Sizin patensiyanin artirilmasi ile bagli (bal, qoz ve s. meyve qurulari) teklif etdiyiniz qarishiq ne vaxt qebul olunmalidir? Yemekden evvel, yoxsa sonra???
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:49
Salam Ramiz. Bu tərkibi səhər açqarına qəbul etmək daha düzgün olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 5 Fevral 2014 22:19
salam həkim.1)mənim sol yumurtam sallanır.2)sperma lap çox gəlmir.3)penisim naziydi.4)penisin adi vəziyyətdə ölçüsü 7 sm yarım olur.5)penisim oyaq vaxtı olur.6)qadının pərdəsin açmaq üçün penisin uzunluğu nə qədər olmalıdır7)toy günündən 3-gün sonra elaqede olanda penisin uzunluǧu nə qədər olmalıdır ki spermanı içinə boşalda bilim.Məni Başa Salın Ki Hansına Görəsə Mütləq Müalicə Almaǧa Ehtiyacım var ?, Və Hansına Görə Müalicə Almalıyamsa Dəqiq Yazın Mən Bilim.
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:46
Salam Emil. Əgər bu qədər problem varsa, birinci növbədə cinsiyyət sitemi yoxlanmalıdır, sonra müalicə strategiyası seçilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Shahin | 5 Fevral 2014 16:45
Salam Orxan hekim, men tezelikce damar geniwlenmesinde emigyat olunmusham, sualim odurki ne qeder muddet sonra elaqede ola bilerem ve ya nece muddet sonra mastrubasiya ede bilerem? Tewekkurler
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 08:09
Salam Shahin. Varikosele əməliyyatından 1 ay sonra, cinsi həyat və ya masturbasiya məsləhət görülmür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mahmud | 5 Fevral 2014 14:48
salam hekim bagislayin sizi narahat edirem mende butun bedenimde butun gun erzide qasinma olur sanki bedenimde nese gezir bunla elaqeli olaraq uzumun bir hissesi qizarir ayaq tukleri sanki tikan kimi olur bu ne ile elaqelidi zulalim 0,99 dur sizce kime muraciet elemeliyem indiden cavabiniza gore cox tesekkur eliyirem
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 08:07
Salam Mahmud. Dermatoloqa(dəri həkimi) müraciət etməniz daha düzgün olar. Uğurlar.
musa | 5 Fevral 2014 14:18
Salam Hekim siz bu sahe uzre isleyirsiz sizce yaxma analizi goturerken cinsi orqanlara mikrob yada bawqa xesdelikler duse biler??? Hardasa 1 il bundan evvel mennen yaxma analizi goturubler onnan sora uzr isdeyirem isiyende narahat olurdum sora sidiyin annalizinden dedilerki oksalat duzu var yenede mene maraqli geldiki yaxma analizi goturerken mikrob duse bilermi?
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 08:02
Salam Musa. Əgər yaxmal normal aseptika(gigiyena) qaydaları olan klinikada götürülübsə, bu mümkün deyil. Ola bilər, yaxma analizindən sonra, cinsiyyət sistemində iltihabi proses başlayıb, birdə ki əgər ola bilər dolğun diaqnostika olmayıb və mövcud olan infeksiyalar aşkar olunmayıb. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
leyla | 5 Fevral 2014 13:02
Salam men sevdiyim oglanla bir birimizi 8-ci sinifden sevirik ilk ve son sevgimizdi menim indi 19 yasim var onun 22 yasi var evlene de bilmirik bezi problemler var biz artig doze bilmirik gorusende axri pis qutarir amma bezi yerlerde oxumusam ki evlenmekden qabag bele seyler gelecekde hemin adamla aile heyati qurduqda hevessizlik oyadir heqiqeten beledir? Xahis eleyirem tam etrafli basa sala bilersiniz?
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 08:02
Salam Leyla. Cinsi həvəsin azalması(həm qadında həmdə kişidə) cinsi həyatın başlama dövründən asılı deyil. Uğurlar.
Vusal | 5 Fevral 2014 12:09
salam hekim xroniki prostatitin mualicesi varmi varsa ne qeder cekir ?
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 07:33
Salam Vusal. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
tehmasib | 5 Fevral 2014 11:17
salam hekim size bir sualim olacaq bu prablem mende 3-4 aydirki yaranib demeli sxoy vuranda penis oz ozune bowalir hemde tez qutariram demey olarki psixalogiyama pis tesir edib sizce bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 07:38
Salam Tehmasib. Ola bilər, prostat vəzidə iltihabi proses var, amma səbəblər cinsi həyatın(boşalmaların) ritmi ilə əlaqəli ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rufat Cahangirov | 5 Fevral 2014 11:11
Salam Orxan doktor. Bagislayin narahat edirem.meslehet isteyirdim.Spermaqrammanin neticeleri beledir: eyakulyat -5, boz, spesifik, qatiliq 0,2, pH 7,6, durulasma 40 deq, 1ml-de sayi 50, butun eyakulyatda sperm sayi 250, aktiv duzxetli ireli 10, zeif duz ve ya qeyri duzxetli 35, yerinde aktiv rotasion 5, hereketsiz 50, deqenerativ 5-6, aqqlutinasiya az, bas basa , quyruq quyruga , qarisiq , leykosit 15-18, eritrosit -, epiteli huceyreler 1-2, lesitin deneleri orta, spermatoqnezin elementleri 3-4, maya gobeleyi -, selik az, yag-, retroqrad -, amiloid -. Baxardiniz zehmet olmasa. 3 aydir evliyem. Her 2 xayada 2ci dereceli varikosel var.
Dr.Orxan Agabəyov | 6 Fevral 2014 07:34
Salam Rufat. Spermoqrammanın əsas göstəricilərindən olan, hərəkətli spermotozoidlərin faizi normaya uyğun deyil, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.