ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Ferrux | 6 Fevral 2014 18:27
salam hekim men qarwi cinsin numayendesi ile ehtirasli movzulardan danisarken cinsi orqandan selikli maye gelir .cinsi orqanmnan xosagelmez qoxuda gelir hardasa cimdikden iki sonra bu baslayir. bir aralar cinsi orqanimda sepkiler de yaranmisdi az az xirda berk fomrada bezi hallarda ise ag qabiq emele gelir uzerinde.cinsi yolla infeksiyaya yoluxa bileremmi .bu barede mene melumat verin xais edirem evvelceden tesekku edirem
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:29
Salam Ferrux. 1. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. 2. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur | 6 Fevral 2014 18:19
Salam doktor..3 ay evvele kimi mende hersey normal idi..somra elaqede oldugum zaman cinsi elaqenin pik noktelerinde quttarmayim deye ozumu zorla saxliyirdimmbunnann sonra mende isteksizlik penisimin tam berklesmemesi yarnib..bu meni cox nrht edir..xais edirem cvb verin
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:21
Salam Elnur. Bu problem daha çox psixoloji səbəbləri olan problemdir.  Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ferid | 6 Fevral 2014 16:48
Salam.Hekim yaxin bu bir ay erzinde menim xayalarimda azaciq agrilar var.ama duzunu desem meni narahat edir.ele bilki xayamin biri obirinnen balacadi.bunda muhum nese var?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:20
SAlam Ferid. Xayaların fərqli ölçüdə olması, normaya uyğun haldır.  Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emre | 6 Fevral 2014 13:18
salam hekim.umudum tek sizsiniz? hekim men cinsi elaqeye girene 1 saat qalmis gecikdirici ve setlesdirici dermandan isdifade edirem amma nedense penisim qalxir qalmasina amma tez bosaliram hardasa 2/3 deqiye bele tez ne ucun ola?2 tablet derman belke atmaliyami hekim? xayis edirem ne etmeliyem rayonda qaliram gelmek mumkun diyil mesletinizi bura yazin hekim?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:17
Salam Emre. Erkən boşalma problemində heç bir dərman preparatı, bu problemin səbəbləri öyrənilmədən qəbul edilməmlidir. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
resad | 6 Fevral 2014 12:37
salam bagiwliyin sizi narahat eliyirem ama mene cox vacibdi bu sualin cavabi menim cinsi orqanim 7-8 sm dir ve men olcusunden narahatam ama bele elaqede landa hec bir prablem olmur yeni erken ve yaxud gec bowalma olmur .lakin olcusunden narahatam sizce bu olcu normaldi?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:07
Salam Resad. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. Uğurlar.
RAMİN | 6 Fevral 2014 12:28
Salam Hekim xaiw edirem mene meslehet verin ya komek edin menim 35 yashim var aileliyem 2 usaqim var .. mende birinci cinsi elaqeden sonra ikinci alinmir cox vaxt kecdikden sonra penisim durur texminen 30 deqiqe sonra buda meni cox narahat edir bele deyek partnyoruma istediyini vere bilmirem xaiw edirem komek edin
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:01
Salam Ramin. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
FERHAD | 6 Fevral 2014 11:31
HEKIN SALAM. BAGIWLAYIN NARAHAT EDIREM SIZI. HEKIM HEFTEDE 3-4 DEFE CINSI ELAQEDE OLMAQ COXDUR YOXSA AZ.? HEKIM BIR SUALIM DA VAR.. HEKIM 3-4 DEQIQEYE BOWALIRAM. BU ERKEN BOWALMANIN MUALICE USULLARI VARMI VE YA NECEDIR? hansidir?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 07:01
Salam Ferhad. 1. Cinsi həyatın ritmi, yaş faktorundan asılıdır, məsələn 25-30 yaşda - həftədə 5-6 cinsi əlaqə normaya uyğun sayılır. 2. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramiz | 6 Fevral 2014 10:57
Salam Həkim. Mənim cinsi orqanımın papağın alt hissəsi şişib. Sualım budur ki, nədən ola bilər?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:58
Salam Ramiz. Bu müxtəlif səbəblərdən ola bilər, ən real səbəb - cinsiyyət sitemində iltihabi prosesin ağırlaşmasıdır. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nail | 6 Fevral 2014 09:21
salam doktur.cavaba gore tewekkur edirem ve suala gorede uzr isteyirem.ama neyleyim bu problemin sebebini bilmeliyem.men suxoy bowalmada gec bowaliram ama cinsi elaqede olanda tez bowaliram onun sebebini deye bilersiz?xaiw edirem
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:56
Salam Nail. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
musa | 6 Fevral 2014 08:59
uzr isdeyirem Doxdur eyer yaxma analizi goturulerken cinsiyyet orqanina iltihabi proses bawlayibsa onun elametleri nece ola biler? Ve en esasi yeniden yaxma analizi goturulmelidirki oyrenmek ucun?
Dr.Orxan Agabəyov | 7 Fevral 2014 06:53
Salam Musa. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.