ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ramin | 12 Fevral 2014 19:21
salam hekim tez tez yeni hergun cinsi elaqede olmaq ve yaxud suxoy vurmaqin her hansi bir zereli ola biler ?
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 05:04
Salam Ramin. Cinsi əlaqə və masturbasiya ayrı-ayrı fəaliyyətdir və hər gün cinsi əlaqədə olmaq heç bir problem yaratmaz amma əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Roma | 12 Fevral 2014 17:49
salam hekim . menim sualim beledi men gec bosaliram ilo.jeden olar komeklik edseniz sevinerem..
Dr.Orxan Agabəyov | 15 Fevral 2014 06:13
Salam Roma. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
NAZIM777 | 12 Fevral 2014 10:41
Salam Dr. Menim sag xayam sol xayama nisbeten cox balacadi ve hemise yuxarida qalir.Bir defe usaqliqda qrija emeliyyati kecirmisem sag xayamdan belke deyirem yeniden qrijadi? Ne ise agir bir sey qaldiranda sisir sonra sixiram yerine qayidir.Sag ayagimda herden keyime olur. bunun basqa orqanlara ziyani var? (19 yasim var) bilmek isterdimki bu nedir ona gore mualice ve emeliyyat olunum... Bilirem virtual demek biraz cetin olar amma siz yenede mene melumat verinde cox xahis edirem sizden!!!
Dr.Orxan Agabəyov | 15 Fevral 2014 06:06
Salam Nazim777. Xayaların fərqli ölçülərdə olması, normaya uyğun haldır amma fərq çox olmamalıdır. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
admin | 12 Fevral 2014 10:41
Salam hekim. Mende axir 4 aydi cinsi orqanimda qasinmalar olur ve bu qasinma cinsi elaqeden sonra lap cox olur ve qabiq baglayir ve qasimadan acismalar olur cinsi orqanimda, bir tanisimin mesleheti ile F derman aldim, istifade etdim, ama tesir etmedi, yeni qasinma yene var. Sizce ne etmeliyem bu qasinma kecsin? ilk onceden tesekkurler!
Dr.Orxan Agabəyov | 15 Fevral 2014 05:59
Salam Admin. Fikrimcə belə problemlərdə "tanış" məsləhətlərinə qulaq asmaq düzgün deyil, ən düzgün variant qaşınmaların səbəbini müəyyənləşdirmək və sonra müalicə almaqdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
raufff | 12 Fevral 2014 08:44
Salam doktor. Doktor mene varikoz diaqnozu qoymusdular ama usmde mueyyen olunduki 1,7 qarnin sisidilmis vezyetde 2m cixdi birde sag xayada maye oldugun dediler sperm analisi verdim miqdari az oldugu hereketleyi 25-30% bununla bagli derman yazilib p bunlarin nekimi effeklivliyi olar mualice duzgundumu?maye neden emele gelerki? Xais edirem etrafli cavablandirin once tsk
Dr.Orxan Agabəyov | 15 Fevral 2014 05:59
Salam Raufff. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. O ki qaldı təyin olunan müalicəyə - başqa həkimin təyin etdiyi müalicəni şərh etmək etik cəhətdən düzgün deyil. Uğurlar.
El in | 12 Fevral 2014 07:33
Salam doxdur cinsi yollarda qawintilar ne ile elaqeli ola biler?
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 12:49
Salam El in. Bu cinsi yolla keçən infeksiyanın əlaməti və ya cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Dəqiqləşdirib,  müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fiko | 11 Fevral 2014 23:20
salam hekim 3 ay olar varikozdan emeliat olm olmusam emeliatdan sonra qarinin asaqi etraflarinda bir sozle sunnetin ust tereflerinde amma qarin nahiyede qasinma olur pis qasinma olur bu neden ola biler ...is smeninden cixan kimi gebulunuza gelecem onceden tesekkurler
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:36
Salam Fico. Bu müxtəlif xəstəliklərin əlaməti ola bilər, allerqiyadan tutmuş dəri xəstəliyinə qədər. Səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
cafar | 11 Fevral 2014 22:27
salam hakim man birdafa oluram 2 dafa gec qalxir
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:33
Salam Cafar. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Turane | 11 Fevral 2014 21:08
salam hekim,men 6 ildir aileliyem 5 yasli qizim var,Hal hazirda hamile qala bilmirem yoldasimin faizi 0% cixib.3 kurs mualice olundu oldu 12% .Bilmek isteyirem ki bu ne ile elaqeder olar biler axi birinci hamilelik planli olmayib.Cox xahis edirem bir meslehet verin
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 12:49
Salam Turane. Spermanın hərəkətliliyin sıfır faiz olması, cinsiyyət sistemində ciddi problemlərdən xəbər verir. Bu problemləri araşdırıb, sonra düzgün müalicə strategiyası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Xeyal | 11 Fevral 2014 20:47
Salam Orxan hekim evvelceden suali cavablandirdiginiz ucun tewekkur edim. Bilmek isteyirdim idman qidalari ( proteinler ) cinsi aktivliye menfi tesir gosterir? yada gelecek her hansi bir problem ola biler orqanizmamda
Dr.Orxan Agabəyov | 13 Fevral 2014 06:29
Salam Xeyal. İdman qidalarının nə cinsiyyət sisteminə nədə ki ümumiyyətlə orqanizmə heç bir mənfi təsiri yoxdur. Zərər vura bilən yalnız hormonal(steroidlər) preparatlardı. Uğurlar.