ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Raqif eyvazov | 15 Fevral 2014 14:11
xayada qrija xesteliyi haqqinda mene melumat vere bilersiz? xahis edirem... Birdeki onun emeliyyati haqqinda. agir emeliyyatdi ya yox.emeliyattan nece gun sora idmanla mesqul olmaq olar? Onceden tesekkurler!!!
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 07:53
Salam Raqif. Bu əməliyyat o qədər də ağır əməliyyat sayılmır, adətən klinikada pasient 1 gün qalır. Əməəliyyatdan sonra 6-9 ay müddətində ağır idman məşqlərinə fasilə verilməlidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
kenan | 15 Fevral 2014 10:56
salam doktor bagiwlayin yene sizi narahat edirem mende adi hallarda da bir xanimla internelte telefonla daniwdidqda da az da olsa maye gelir bu meni cox narahat edir mumkunse bunun ucun bir pereparat derman yaza bilersinizmi yoxsa mualice olunmalidi!!! cox sag olun allah razi olsun sizden cox komeklik edirsiniz bize
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:56
Salam Kenan. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 15 Fevral 2014 07:54
salam hekim mende qadinla cinsi elaqede olma hevesi azalib meselen 10 il bundan qabaki illerdeki kimi deyi bunun ucun neylemek lazimdi hansi dermanlarda istifade etmek lazimdi.
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:53
Salam Orxan. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnar | 14 Fevral 2014 17:44
salam hekim menim cinsiyyet orqanim evveller el vuran kimi dururdu indise cox gec durur bunu ozum nece duzelde bilerem
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:45
Salam Elnar. Başqa xəstəliklərdə olduğu kimi, cinsi xəstəlikləri də insan özü deyil, həkimin təyin etdiyi müalicə vasitəsi ilə həll edir. Sizdə potensiyanın zəifləməsi halları var. Səbəblər müxtəlifdir - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vafa | 14 Fevral 2014 14:31
Salam doktor! Menim yoldashim spermadan analiz verdi cavabi bele chixdi: Hecmi 5.8 pH 8.2 reng, sari viskoz, yox aqqlutinasiya , yox spermanin sayi, 28x10 6 60% ireli hereket, 15 yavash hereket, 30 yerinde hereket, 15 hereketsiz, 40 leykositler, 3-4x10 6 morfologiya: normal 16% Bash anomaliyalari: akrosom 24% nuveli 14% yumru 8% boyukbash 6% Kichik bash 10% Uzunbash 2% Cutbash 0 Diger: boyun 12% quyruq 6% sitoplazmatik droplet 2% serbest bash 0 Doktor sizden xahish edirem mene cavab verin, bu analizlere esasen mualice mutleqdir ya yox? Ginekoloqum ona derman yazdi, ama qebul etmir, ehtiyac yoxdur deyir! Onceden teshekkurler.
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:45
Salam Vafa. Spermoqrammanın əsas göstəriciləindən olan, aktiv hərəkətli spermotozoidlərin faizi normadan aşağıdır, səbəbləri müəyyənləşdirib, müalicə kursu keçməsi məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsad | 14 Fevral 2014 13:15
salam hekim size bir sualim var men cinsi elaqede olanda qurtaran zaman mende sperma cox gelir normal qatiliqdadir amma normadan cox gelir esasda 1 ci defe elaqeye girende sonradan 2ci 3 cu defe duzelir menim 26 yawim var bilmek istiyirem bu neyese ziyan ola biler.
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:45
Salam Elsad. Bu cinsi həyatda uzunmüddətli fasilələrlə əlaqəli ola bilər, dəqiələşdirmək üçün spermoqramma analizi vermək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ayaz | 14 Fevral 2014 10:48
salam doxdur xayalarin olcusunde ferq olmagi ne ile elaqelidi?? biri hemise asagi dogru sallanir...
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:41
Salam Ayaz. Xayaların ölçülərinin fərqli olması, normaya uyğundur. Amma xayaların sağlamlığını yoxlamaq üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elvin | 14 Fevral 2014 08:59
salam hekim men qadinla cinsi elaqede olandan sonra xeyada agrilar oldu rentgene getdim dediler ki,sende 1-ci varkasil var bu cinsi yolla kece biler?Varkasilin derman mualicesi mumkundurmu?
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:37
Salam Elvin. Cinsi yolla yalnız infeksiyalar ötürülür, damar genişlənməsi(Varikosel) isə orqanizmdə mövcud olan xəstəlikdir. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
cavid | 14 Fevral 2014 08:38
Salam hekim mende qadinla yaxinliqdan sonra mende xayada agrlar bas verdi ve hekim dediki damar genisdenmesi var bu cinsi yolla kecer
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 06:33
Salam Cavid. Cinsi yolla yalnız infeksiyalar ötürülür, damar genişlənməsi(Varikosel) isə orqanizmdə mövcud olan xəstəlikdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
musa | 14 Fevral 2014 01:29
men tripir xesdeliyi tutmusdum malice aldm ama indi yene durduq yere basdyib olar ki soyoqdan olsun bde malicesi nedi
Dr.Orxan Agabəyov | 17 Fevral 2014 05:28
Salam Musa. Birinci növbədə cinsi infeksiyaların olub-olmaması yoxlanılmalıdır(əgər cinsi infeksiyalar aşkarlanmırsa, iltihabi proses ola bilər), sonra müalicə kusu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.