Tunar | 18 Fevral 2014 15:29
Salam hekim, eger butun cinsi analizlerde cinsi xestelik askarlanmayibsa, leykosit normadan artiq (40) olarsa bunu ne ile elaqelendirmek olar. indiden tesekkurler.
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:52
Salam Tunar. Bu sidik-cinsiyyət sistemində iltihabi prosesin əlaməti ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
nihat | 18 Fevral 2014 12:52
Hekim cox xaiw edirem cvblandirasiz men intim elaqe zamani ozumu hec cilovluya bilmirem ele vaxt olur gec ele vaxta olur heddinnen artig tez bowaliram.Birde masturbaciya insana ziyandimi cox xaiw edirem cvblandirasiz.
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:51
Salam Nihat. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 18 Fevral 2014 11:57
salam hekim xais edirem sizden sorduma cavab yazin qadinda ay basi daynmadan devam ede biler qadin ay basi vaxdi agir qaldirsa bele sey olar qan axma daynmaya biler ve yaxduda esdlese
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:07
Salam Orxan. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
Samir | 18 Fevral 2014 11:05
Salam doktor menim 30 yaşım var, 19 yaşımnan bu vaxta kimi məndə cinsi zəifliklər var. Vaxtaşırı hekime muraciət etmişəm, dərmanlar yazıblar lakin aradan qalxmayıb. dərmanlardan sonra uzağı 2 dəfə normal cinsi əlaqədə ola bilmişəm. mənə kömək edin xahiş edirəm. Birdəki bilmək istəyirəm bu masturbasiyadan ola bilərmi? (16 yaşımdan etibarən masturbasiya edirəm) Əvvəlcədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:57
Salam Samir. Birinci növbədə cinsi zəifliyin dəqiq səbəbləri araşdırılmalıdır, sonra isə düzgün müalicə kursu təyin etmək olar. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Akif | 18 Fevral 2014 10:48
Salam hekim. Menim 24 yasim var ancaq uzumde tuk bitmir. Bunun sebebini bilmek isteyirem. Mualicesi varmi? varsa bu yasdan sonra mumkundur yani uzumde tuk biter?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:06
Salam Akif. Üzdə tüklərin çıxması individual prosesdir, amma tüklənmə zəifdirsə - bu hormonal çatışmazlığın əlaməti ola bilər. Hormonal müayinədən keçib, problemin səbəblərinin dəqiqləşdirib, müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
orxan | 18 Fevral 2014 05:51
salam hekim men 8aydi evlenmisem ama usagimiz olmur evvelce yoldasim hekime muraciet etdi yoldasim temiz cixdi sonra ozum muraciet etdim hekim mende mikrob oldugunu dedi ve xroniki prostatit oldugunu bir ayliq mualice kursu teyin etdi sozun duzu icimde subheler qalib hekim mennen analiz goturmedi xususi aparAT VASTtesi ile yoxladi esas sualim odurki bu mualice vaxti cinsi elaqede olmaq olarmi?ve gelen ay usagimizin olmasi mumkun olarmi?birde bu mikrob mende varsa yoldasimdada ola bilermi?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:57
Salam Orxan. 1.Əgər hansısa kişinin uşaq olub-olmamasını yoxlamaq lazımdırsa, birinci növbədə prostat vəzinini və mikrobları deyil, spermoqramma analizi verilməlidir. 2. Cinsi infeksiyaları(mikrobları) aparat vasitəsi ilə yoxlamaq mümkün deyil. 3. Əgər cinsi əlaqə olmursa, hamiləlik ehtimalı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emil | 18 Fevral 2014 05:09
salam hekim.bagisdiyin menim 22 yasim var .indiye qeder biriyle olmamisam .menim penisim balaca 10 11 sm di.mende erken bosalma var. buna gore qordugum ucun kimnese cisi eleqeye girmirem .bunun sebebleri nedi sizinle nece eleqe yarada bilerem .gelsem meni mualice ede bilersiz .xerci nedi bunuda desez yaxsi olar .bu sualima cavab verin xais eleyirem.evvelceden tesekurler
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:38
Salam Emil. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Samira | 17 Fevral 2014 21:17
Salam.Men gorusduyum kisiyle munasibetde sertlesme zeifleyir birden bire.heddinden artik tez bosalma.olur.yas 55.di.hekim muainesinden kecse komek olar?cox sagolun.
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:06
Salam Samira. Bəli, ereksiya(sərtləşmə) probleminin səbələri aşkarlanıb, düzgün müalicə təyin oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
həsən m | 17 Fevral 2014 20:39
salam.necesiz doktor..reklamda olan i cinsi zeifliyi aradan galdirirmi? və sualim beledir ki mende evde yaxinlig eden zaman hissiyat olur.amma kenar yerde hissiyatim olur gadinlara qarsi..bunu nece izah etmek olar..
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:14
Salam Həsən m. 1. Cİnsi zəifliyin müxtəlif səbəbləri ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri dəqiləşdirməmiş, heç bir vasitənin istifadəsi düzgün deyil. 2. Bu problem selektiv erektil disfunksiya adlanır və sırf psixoloji səbəbləri var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Tural | 17 Fevral 2014 19:12
Salam həkim mənim xayamın dərisinin üzərində elə bil kir çıxır. Yuyunuram bir gün keçdikdən sonra yenə kir çıxır. Kir bilirsiz necə çıxır elə bil çoxdandır çinməmişəm indi də parlı hamamdayam əl vuran kimi qat qat çıxır. Bu göbələk xəstəliyinin əlaməti deyil ki? Bir də ki mənim penisimə elə bil qan işləmir adi halda buz kimi olur. Bu nədəndir?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 06:29
Salam Tural. 1. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. 2. Bu penis damarlarında olan problemlərlə əlaqəli ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.