ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Günay | 19 Fevral 2014 18:04
SAlam Həkim Vaginal Əkilmə nədir, və bu necə yaranır. və bu daimi qalan bir şeydir. öncədən tşk
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 12:21
Salam Günay. Bu sualı ginekoloqa verməyiniz daha düzgün olar. Uğurlar.
elnur | 19 Fevral 2014 16:26
salam hekim menim 16 yawim var penisimin olcusu 12-13sm dir bu normal olcudu
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 12:19
Salam Elnur. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur | 19 Fevral 2014 14:01
Slam həkim mən 3 ay bunnan qabaq qaanereya infeksiyasi tutdum mulice olundum .Müalicədən təxminən 10 gün sora məndə halsızlıq ayaq və bel nahiyəsində ağrılar oldu sora ara sıra axintılar olurdu .Yenidən analzi verdim heç bir infeksiya tapılmadı ama axınti var idi.1 aydan sora yenidən analzi verdim infeksiyanın açarrlar var çıxdı demək olarki bütün infeksyalardan analiz verdim hamısı neqativ çıxdı ama axıntı var həkim ureplasmaya görə k dərmanı yazdı 10 gündü atıram yenedə axıntı var.Mən nə edim bilmirəm ,analizlərə pul xərcləməkdn pulda qalmıyıb
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:52
Salam Elnur. Çox güman ki, cinsi infeksiyalar düzgün metodla yoxlanılmır və Sizdə qonoreyadan savayı hansısa infeksiya var. Düzgün diaqnostika keçib, axıntının dəqiq səbəbini öyrənmək lazımdır, sonra müalicə kursu təyin olunacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fuad | 19 Fevral 2014 13:53
Salam hekim məndə xaya yiqilir , penisin özude balacalasir, ele vaxt olur adi veziyetde uzunluqu 7 sm olur. Ama ele vaxtda cox yiqilir bu nədən ola bilər? Birde saq xayada yumru nese elimə deyir bu nə ola bilər?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:39
Salam Fuad. Penisin ölçülərinin dəyişməsi normaya uyğun haldır. Xayada şişkinliyin səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
anonim | 19 Fevral 2014 11:28
qadinda trixanoma mikrobu neden yaranir?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:19
Salam Anonim. Trixomoniaz - cinsi yolla ötürülən infeksiyalara aiddir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Semed | 19 Fevral 2014 08:35
Salam hekim. mende sperma azligi ve spermada olan hucereler azligi var gosdericden aşagidir. bunun ucun men ne etmeliyem ? bununlari nece artira bilerem ? komek etsez sevinerem
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:19
Salam Semed. Əgər spermoqrammanın göstəriciləri normaya uyğun deyilsə, birinci növbədə bu problemin səbəblərini araşdırmaq lazımdır. Səbəblər aradan qaldırılandan sonra, stimulyasiya kursu təyin olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elmin085 | 19 Fevral 2014 08:12
salam Orxan hekim, 20gun evvel damar genislenmesinden emeliyyat olunmusham, bir muddet evvele qeder her shey qaydasinda idi ama 3gundur yeniden sol xayada agri var sol ayagim dizden asagi agriyir seherden axshama qeder davam eliyir bele, bu neden ola biler sebeb ? onceden tesekkurler
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:19
Salam Elmin085. Əməliyyatdan sonra müəyyən müddət xayalarda ağrı ola bilər, amma ayaqda olan ağrılar mütləq xayalarla əlaqəli deyil. Hər-halda dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Binyamin | 19 Fevral 2014 07:24
Salam hekim necesiz?hekim sunnet olmanin pensin inkisafin yeni enine ve uzunluguna menfi tehsiri varmi???ve yaxud musbet ...?xahis edirem cavaplandirasiz mende biraz sunnet derinden olub evvelceden tsk cavablandirdiqiza gore
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 11:14
Salam Binyamin. Sünnət - çox sadə əməliiyatdır və bu zaman yalnız penisin dərisinə müdaxilə olunur, ona görədə penisin ölçülərinə aidiyyatı demək olar mümkün deyil. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Teymur | 18 Fevral 2014 21:07
Salam doktur Men spermadan analiz verdim Neticelere gore eyakulyatin miqdari 4.9 rengi agimtil boz. Iyi spesifik.ozluluyu (1 saatdan sonra) 3 Ph8 durulasma muddeti 40 deq. 1ml.de sperm.sayi 116mln. Butun eyak. spermt. sayi 568.4mln. Aktiv ireli geden spermt.43% zeif hereketliler 19% yerinde hereket eden 16%. Hereketsizler 22% Epitelial huceyreler 1-2g/s. Lesitin denecikleri cox miqdarda. Eritrositler yoxdur Selik az miqdarda var Bu neticeler normaldirmi ve bununla yoldaşım hamile qala bilermi? Nese elave muayineye ehtiyac varmi? 6 aydir evliyem Xahis edirem sualimi cavablandirasiniz Allaha emanet olun
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:22
Salam Teymur. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
timka | 18 Fevral 2014 20:56
salam hekim ...mencinsi elage zmani iyrenirem nese tez birwey olan kimi ozmu pis his elyirem iyrenir.sora ozume gele bilmirem ... bu meseleni nece eliyim ?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 07:23
Salam Timka. Sağlam, təmiz və zövqünüzə uyğun qadınla cinsi həyata başlayın və hər şey düzələcək. Uğurlar.