ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
timur | 21 Fevral 2014 00:05
salam . Mende xayamda ve bel nahiyemde guclu agri oldu 3 cekdi sonra duzeldi.. Birde mende supermam su kimidi son vaxtlarda bele olub gozledim ki , duzele heleki eledi neyden olar ? Cox sagolun zehmet olmasa cavablandirin.
Dr.Orxan Agabəyov | 24 Fevral 2014 06:38
Salam Timur. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Teymur | 20 Fevral 2014 10:16
Sualimi cavablandirdiginizcun cox sag olun Doktor men yeniden spermadan analiz vermeliyem? Yoxsa buna ehtiyac yoxdu? !
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 07:27
Salam Teymur. Əgər hamiləlik yaranmasa, birinci analizdən 3 ay sonra təkrar müasir normativlər olan klinikada spermoqramma verərsiz. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elgun | 20 Fevral 2014 09:21
salam doctor. size yazmisdim xayamin uzerinde yumru mercimek boyda warik var.sizde dediz wifafi hecne deye bilmerik doplerden kecmek lazimdir. men bugun doplerden kecdim ve awkar olundu ki :SAG XAYAMIN BAS HISSESINDE 7mm ve 3mm olcude kistalar qeyd olunub. doctor bu qorxulu bir sey deyil ki? emeliyyat lazimdir? eger lazim deyilse,o nece sovrula biler? cox xaiw edirem yazin.
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 07:22
Salam Elgun. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
Behruz | 20 Fevral 2014 08:55
Hekim salam! Size bir sual vermek isteyirdim. Menim penisimin sol hissesinde qizarti var. Bu qizartinin uzeri erp bagliyir. Basha dushe bilmirem bu nedi. Komeklik gostermeyinizi xahish ederdim.
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 07:24
Salam Behruz. Ola bilər göbələk infeksiyası olsun, amma dəri problemlərinin dəqiq qiyabi diaqnostikası mümkün deyil. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aydin | 20 Fevral 2014 06:53
Salam.Mende 11-12 yawlarimda cinsi orqanin ust sag hissesinde balaca wiw variydi.Onda hekime muraciet edende hecne olmadigini demiwdi.Indi 19 yawim var.Sizce bu problem yarada biilermi?Qrija ola bilermi?
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 07:19
Salam Aydin. Cinsiyyət sistemində hal-hazırda olan vəziyyət qiymətləndirildikdən sonra, düzgün diaqnoz təyin oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ruslan | 20 Fevral 2014 06:10
Salam Doktor.mende bezi cinsi problemler var,komeyinize ehtiyacim var.1.cinsiyyet orqanim cox kicikdir. 2.cox tez bowaliram ve bir defeden artiq cinsi elaqede ola bilmirem. 3.penisimde ziyile benzer etler emele gelib
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 06:50
Salam Ruslan. 1. Penisin ereksiya vəziyyətində 12 sm-dən artıq uzunluğu, normaya uyğun sayılır. Əgər hormonal çatışmazlıq yoxdursa, penisin ölçülərinə heç bir dərman preparatı təsir etmir. 2. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. 3. Bu cinsi yolla ötürülən, papillomavirusun əlamətidir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ZAMIN | 19 Fevral 2014 20:43
SALAM.hormetli hekim size bir sual verim.idmanla mesgul oluram.ve heftede 1,2 defe cinsi eladede oluram..bunun nese ziyani varmi??normal halda heftede yada ayda cinsi elage ne geder olmalidi..diggetinize gore minnetdaram
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 06:50
Salam Zamin. Normal cinsi həyatın heç nəyə ziyanı yoxdur. Cinsi həyatın normal ritmi, yaşdan asılıdır, məsələn 20-25 yaşda həftədə 5-6 cinsi əlaqə normaya uyğun sayılır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Samir | 19 Fevral 2014 19:24
Salam hekim.varikosel emeliyatindan ne qeder sonra cinsi elaqede olmaq olar 3 hefte kifayetdir?birdeki hekim emeliyyatdan nece muddet sonra spermadan analiz versem meslehet olar???tesekkurler
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 06:50
Salam Samir. Varikosele əməliyyatından 1 ay sonra cinsi həyat məsləhət görülmür. Spermoqramma analizi əməliyyatdan 3 ay sonra verilə bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 19 Fevral 2014 19:21
Salam hekim.Men sxoy vururdum.Mene dediler ki damar genislenir cox atanda.Bu ne qeder dogrudur?Öceden təşəkkürlər.
Dr.Orxan Agabəyov | 22 Fevral 2014 06:50
Salam Nicat. Masturbasiya ilə məşğul olmaq, damar genişlənməsinə(varikoseleyə) gətiirib çıxarmır. Uğurlar.
Kerem | 19 Fevral 2014 19:17
Salam,hekim,men uzi dopler muayinesinden kecmisem ve mende 1 ci dereceli varikosele askar olunub.Spermoqrammada spermanin aktivliyi 10 % dir.Emeliyyat vacibdir?
Dr.Orxan Agabəyov | 20 Fevral 2014 13:19
Salam Kerem. 1-ci dərəcəli varikosel xəstəliyində əməliyyat məqsədəuyğun sayılmır. Birinci növbədə spermoqrammanın göstəricilərinə mənfi təsir göstərən başqa səbəblər araşdırılmalıdır, sonra düzgün müalicə strategiyası seçmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.